Azərbaycan əraziləri mütləq
işğaldan azad
olmalıdır
Novruz Məmmədov:
"Dağlıq Qarabağ münaqişəsinin
həll olunmamış vəziyyətdə qalması mümkün deyil"
"Dağlıq
Qarabağ münaqişəsinin həll
olunmamış vəziyyətdə qalması mümkün
deyil. Azərbaycan əraziləri mütləq
işğaldan azad
olmalıdır". Bunu jurnalistlərə
açıqlamasında Azərbaycan Prezident
Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov
deyib. Onun sözlərinə görə, beynəlxalq
qurumların, Avropa İttifaqının, Avropa Şurasının, İslam
Əməkdaşlıq Təşkilatının, digər regional və beynəlxalq qurumların bu münaqişə ilə bağlı müəyyən
qərar və qətnamələri, həmsədr dövlətlərin
- ABŞ, Rusiya və Fransa
prezidentlərinin 4 bəyanatı olduğu
üçün status-kvo
dəyişməlidir: "İndiki vəziyyət
qəbuledilməzdir Bizim mövqeyimiz
ondan ibarətdir. Ermənistan tərəfi
vaxtaşırı müəyyən bir bəhanə
axtarıb taparaq danışıqlar prosesini uzatmağa nail olmamalıdır". N.Məmmədov rəsmi
Bakını ATƏT-in Minsk Qrupundan gözləntilərini də
açıqlayıb: "Həmsədrlərdən bizim istəyimiz və tələbimiz ondan ibarətdir ki, ili ilə satmağa dəyməz.
Neçə illərdir ki, onlar bu istiqamətdə
danışıqlar aparırlar, ancaq bu danışıqların hələlik real bir nəticəsi yoxdur. Şəxsən mənim də fikrim ondan ibarətdir ki, bu, nə qədər tez olarsa, Ermənistan bir dövlət kimi erməni
xalqının gələcək taleyi
üçün müəyyən mənada
təminat ala bilər. Vəziyyət belə
qalarsa, bu dövlətin
də, bu millətin də gələcəyi
sual altında olacaq".
Həmsədrlərin yeni təklifləri
ilə bağlı məsələyə münasibət
bildirən N.Məmmədov qeyd edib ki, "Madrid prinsipləri" müəyyən sənədlərdə
qəbul edilib: "Onların çərçivəsində
bəhanə axtarmaq yox,
münaqişənin konstruktiv həllinə
nail olmaq
lazımdır. Ermənistan rəhbərləri bununla bağlı özlərində iradə
tapmalıdırlar. Bu xalqın, bu ölkənin taleyini girov qoymaq olmaz.
Onlar erməni xalqının, erməni
dövlətinin taleyini öz
maraqlarına qurban verərək özlərini
hakimiyyətdə saxlamaq üçün
danışıqlar prosesini müəyyən
bəhanələr tapmaqla uzadırlar. Bu da onların faciəsidir".
Azad
Həftə
içi. – 2012. – 28 noyabr. –S. 1.