Müharibə veteranlarının olmayan statusu
"Hərbçilərin
Hüquqlarının Müdafiə Mərkəzi" Qarabağ mübaribəsi veteranlarının pozulmuş hüquqlarını qoruyacaq
Hüquqları pozulan vətəndaşlar arasında həyatını
ölkəmizin müstəqilliyi və azadlığı,
torpaqlarımızın bütövlüyü
uğrunda təhlükəyə atan keçmiş
döyüşçülər də var.
Təəssüfləndirici haldır ki,
onların əksəriyyəti məhz ölkənin ərazi bütövlüyü uğrunda
vuruşan, Qarabağın
işğalına qarşı düşmənlə ölüm-dirim meydanına atılan
müharibə iştirakçılarıdır. Həmin
müharibənin atəşkəs rejiminin
tətbiqindən 18 il keçməsinə
baxmayaraq, bu
döyüşlərin faktiki
iştirakçılarının bir qismi hələ də qanunla
veteran statusu ala bilmir. Problem
kimi hətta sonuncu dəfə
Milli Məclisdə müzakirə olunan "Əmək pensiyaları
haqqında" qanuna dəyişikliyi də
göstərirlər. Səbəb isə Böyük
Vətən Müharibəsi veteranlarının
pensiyalarının qaldırılıb, Qarabağ
veteranlarına verilən pensiyaların sabit
olaraq qalmasıdır.
Ötən ay Milli Məclisin Sosial siyasət
komitəsinin iclasında "Əmək pensiyaları
haqqında" qanuna dəyişiklik edilməsi barədə
müzakirələr zamanı komitənin sədr müavini
Musa Quliyev çıxış edərək bildirmişdi ki,
bu qanuna dəyişiklik yalnız Böyük Vətən
Müharibəsi əlillərinə şamil olunur:
"Qarabağ müharibəsindən 22 il ötüb. Bu
müddət ərzində pensiyaya çıxan müharibə
iştirakçıları da var, amma bu dəyişikliyin
Qarabağ müharibəsi veteranlarına şamil olunması nəzərdə
tutulmayıb. Amma bu məsələləri müzakirə edərkən
mütləq Qarabağ müharibəsi əlillərini və
iştirakçılarını da nəzərə
almalıyıq".
Ekspertlər və millət vəkilləri
buna səbəb kimi bu gün "veteran vəsiqəsi"nə
sahib olanların əksəriyyətinin bu sənədi saxta
yolla əldə etməsində görür. Onun fikrincə, həqiqi
veteranlarla saxta veteranların ayırd edilməsi xeyli çətinlik
yaradır. Ehtiyatda və İstefada Olan Zabitlərin İctimai
Birliyinin (EİOHİB) rəhbəri, hərbi ekspert Yaşar
Cəfərli qeyd edir ki, hüquqlarının müdafiəsində
əlavə yardıma ehtiyac duyan hər bir müharibə
veteranı "Hərbçilərin Hüquqlarının
Müdafiə Mərkəzi"nin ofisinə müraciət edə
bilər. Onun sözlərinə görə, EİOHİB -nin
mərkəzi ofisində "Hərbçilərin
Hüquqlarının Müdafiə Mərkəzi"
yaradılıb və bu mərkəz vaxtilə müharibədə
iştirak edən, lakin problemlərlə üzləşən
veteran hərbçilərin hüquqlarını qoruyur.
Yaşar Cəfərli rəhbəri olduğu
İctimai Birlik məhz Qarabağ müharibəsində
iştirak etmiş şəxslərin bir qisminin veteran statusu
alması məsələsində ciddi problemlərlə
üzləşdiyini nəzərə alaraq "Hərbçilərin
Hüquqlarının Müdafiəsi Mərkəzi"
adlı yeni qurum yaradıb. Hazırda Azərbaycanda belə mərkəzlərə
ehtiyac olduğunu deyən keçmiş
döyüşçü bildirir ki, 2003-cü ildən fəaliyyət
göstərən EİOHİB-in əsas fəaliyyət
istiqamətlərindən biri də məhz hərbçilərin
hüquqlarının müdafiəsi ilə
bağlıdır: "Mərkəzin yaradılmasına
2008-ci ildə qərar verdik. Çünki artıq bu sahə
aktuallaşmışdı və belə mərkəzə
ehtiyac vardı. Biz İctimai Birliyin fəaliyyət istiqamətlərindən
xüsusilə hərbçilərin hüquqları ilə
bağlı olan məsələni ayırdıq. Bu sahə ilə
daha ciddi və ayrıca məşğul olmaq qərarı
verdik. Həmçinin müraciətlərin sayı da belə
bir mərkəzin yaradılmasını zəruri etdi. Daha
effektiv işləmək üçün mərkəz
formalaşdırdıq. Bu mərkəzin fəaliyyət
göstərməsi həmçinin onu sübut edir ki, hərbçilərin
hüquqlarının pozulması ilə bağlı hələ
də problemlər var və bu, bizim fəaliyyətimizi zəruri
edir".
"Dövlət
orqanları problemə ciddi yanaşmır"
Ekspert qeyd edir ki, bu gün mərkəzə
müraciət edənlərin sayı olduqca çoxdur. Onun
fikrincə, hərbçilərin və müharibə
veteranlarının hüquqları pozulduqca bu mərkəzə
müraciətlər artacaq. Həm xidmətdə olan, həm
də ehtiyatda olan, daha çox isə müharibə
veteranlarının hüquqları ilə bağlı olan
müraciətlər olur: "Həmçinin hərbi
qulluqçulara verilən güzəşt və
imtiyazların icrası, itkin düşən, şəhid olan
hərbçilərin sığorta pulları ilə əlaqədar
müraciətlər də çox olur. Bundan başqa, mənzil
problemi, torpaq məsələsi, sağlamlığa dəymiş
ziyanın ödənilməsi, müalicə, sanatoriya-kurort və
sair kimi məsələlərlə də bağlı mərkəzə
müraciətlər olur"
Daxil olan müraciətlərin neçə
faizinin öz həllini tapması məsələsinə gəlincə
isə, müsahibimiz bildirir ki, problemin həllində mərkəzdən
başqa digər orqanlar öz işlərinə ciddi
yanaşmırlar. Bu isə təbii olaraq bəzi problemlərin
həllində ləngimələrə səbəb olur:
"Dövlət orqanları, xüsusilə də Müdafiə
Nazirliyi problemlərin həllinə ciddi yanaşmır. Burada
süründürməçilik, məmur
özbaşınalığı birmənalı şəkildə
problemlərin həllinə ciddi mənfi təsir edir. Müəyyən
məsələləri biz məcbur olub məhkəmələrə
çıxarırıq. Təəssüf ki, məhkəmələr
də yerli icra orqanlarının təsiri altında fəaliyyət
göstərir. Bu səbəbdən də müstəqil qərar
verməkdən çəkinirlər. Əsas problemlər də
bundan qaynaqlanır. Bəzi müraciətlərin öz həllini
tapa biulməməsi və ya gecikməsi də bu problemlərlə
əlaqədardır. Ancaq biz cəhd göstəririk və
lazım olan tədbirləri görürük ki, müharibə
iştirakçılarının pozulmuş hüquqlar təmin
olunsun"
"İctimai birlik tərəfindən
verilən vəsiqələri qəbul etmirik"
O ki,
qaldı hərbçilərin, xüsusilə də
veteranların onların hüquqlarını müdafiə edən
mərkəzin fəaliyyətindən xəbərdar
olub-olmamasına, Yaşar Cəfərli qeyd edir ki, hər bir hərbçi
bir-birləri ilə yaxın münasibətdə və əlaqədə
olduqları üçün təbii olaraq mərkəzin
mövcudluğundan da məlumatlıdır. Onun sözlərinə
görə, koalisiyanın Qafqazda ilk müstəqil hərbi
portalı olan milaz.info saytı da bu istiqamətdə maarifləndirmə
işləri aparır: "Həmin saytda hər bir hərbçini
maraqlandıran məqamlara xüsusi diqqət ayrılır. Hər
halda hərbçilərin belə bir mərkəzin fəaliyyətindən
xəbərsiz olsaydılar, bu qədər müraciət daxil
olmazdı".
Məsələ
parlamentin də diqqətindədir
Milli Məclisin təhlükəsizlik və
müdafiə komitəsinin üzvü, millət vəkili
Zahid Orucun da münasibətini öyrəndik. Sərhəd
rayonu olan və müharibə
iştirakçılarının sayına görə fərqlənən
Bərdədən rayonunun parlamentdəki təmsilçisi Azərbaycanda
hərbçilərin hüquqlarını müdafiə edən
çox sayda QHT-lərin olduğunu bildirdi. Bu səbəbdən
o "Hərbçilərin Hüquqlarının Müdafiəsi
Mərkəzi"nin fəaliyyəti ilə elə də
yaxından tanış olmadığını bildirdi:
"Hazırda ölkəmizdə kifayət qədər belə
QHT-lər fəaliyyət göstərir. "Hərbçilərin
Hüquqlarının Müdafiəsi Mərkəzi" də
onlardan biridir. Lakin bu mərkəzin fəaliyyəti ilə bir
qədər yaxından tanış olmadığım
üçün bununla bağlı nə isə deyə bilmərəm.
Ancaq istənilən halda sevindirici bir haldır ki, belə mərkəzlər
fəaliyyət göstərir".
Millət vəkili qeyd edir ki, Milli Məclisin
deputatları konkret olaraq hansısa qurumlarla işləmir. Onun
sözlərinə görə, deputatların Milli Məclisdə
hansı komitəni təmsil etməsindən asılı
olmayaraq, onlar ancaq müzakirəyə çıxarılan məsələlərə
münasibət bildirə, onun araşdırılması ilə
məşğul ola bilir: "Biz millət vəkilləri
olaraq təbii ki, hər bir vətəndaşın problemi ilə
yaxından tanış oluruq. Məhz onların problemləri
ilə bağlı da müzakirələr aparılır. Hərbçilərin,
müharibə veteranlarının və onlara statusların
verilməsi məsələsi, eləcə də
"müharibə veteranı" vəsiqəsi ilə
bağlı olan problemlər Milli Məclisdə daim müzakirə
mövzusu olan məsələlərdir. Biz daim bu məsələlərə
qayıdır və hərbçilərin xeyrinə qərarların
qəbuluna çalışırıq".
Nigar
İxtiyarqızı
Həftə
içi. – 2012.- 17 oktyabr. – S. 6.