"İrəvanın siyasəti xalqının bütün sosial-iqtisadi həyatını məhv etməkdədir"

 

İsmayıl Safi: "Ermənistanın hakimiyyəti şəxsi ambisiyalarına görə danışıqlara zərbə vurur"

 

Türkiyə Böyük Millət Məclisinin üzvü İsmayil Safinin "Həftə içi"nə eksklüziv müsahibəsi

 

İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı Azərbaycanda baş tutdu sədrlik Türkiyədən Azərbaycana keçdi. Bununla yanaşı Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Azərbaycanın apardığı xarici siyasət nəticəsində müxtəlif uğurlara imza atılsa da Dağlıq Qarabağ münaqişəsi hələ problem olaraq qalır. Ermənistanın qeyri konstruktiv mövqeyi münaqişənin həllini əngəlləyir.

Bu məsələlərlə bağlı Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, İsmayil Safi "Həftə içi"nin suallarını cavablandırdı.

- Ölkələrimiz arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

- Azərbaycanla Türkiyə iki qardaş dövlətdir bu qardaşlığımız bəzi dövlətləri narahat edir. Amma onu dəqiq bilirəm ki, heç bir qüvvə Türkiyə Azərbaycan qardaşlığına kölgə sala bilməz. Bu bizim tarixi taleyimizdir. Bir kökdənik, dilimiz, dinimiz, birdir. Eyni ənənələrə, mədəniyyətə, düşüncəyə sahibik. İki qardaş ölkə kimi qalacağıq. Münasibətlərimizin bütün sahələrdə inkişafı göz qabağındadır bu bizi məmnun edir.

- İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Türkiyədən Azərbaycana keçdi. Hansı nəticələri gözləyirsiniz?

- Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik müddətində yeni töhfələr verəcəyini düşünürəm. Bu təşkilatdan çox şey gözləyirik, ümid edirik ki, uğurlu nəticələrə imza atılacaq. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Xarici işlər naziri Əhməd Davudoğlu tədbirdə iştirak etmək üçün Azərbaycana səfər etdilər ki, bu da müsbət haldır. Təbii ki, belə səfərlər həm iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxarır. Bu gün Azərbaycanın hər tərəfli inkişaf etməsi, Türkiyənin bölgədə güclənməsi inkişaf etməsi deməkdir. Türkiyə bunu ürəkdən dəstəkləyir öz qardaşlarının uğurlara nail olması onu sevindirir.

- Ermənistan rəsmiləri Xankəndi aeroportunun açılacağını bildirirlər. Sizcə bu məsələnin kökündə dayanır?

- Ermənilər bu hava limanını açmaqla heç əldə edə bilməyəcəklər məqsədləri isə danışıqlar prosesinə dalana dirəməkdir. Ermənistanın bu addımı onu səmimi olmadığını ortaya qoyur. Məsələdən yayınır öz şəxsi ambisiyalarına görə, danışıqlara zərbə vurur. Beynəlxalq qurumlar bu məsələdə hərəkətə keçməlidirlər Ermənistana təzyiqləri artırmalıdırlar. Çünki, bu kimi hallar bölgədə vəziyyətin gərginləşməsinə təsir edən amillərdəndir. Ermənistan isə, bu yolu tutub etdiyi hərəkətlərdən nəticə çıxartmaq istəmir.

- Türkiyənin Ermənistan siyasətində dəyişiklik ola bilərmi?

- Cənubi Qafqazda gec-tez sülhün yaranması bu siyasətin güclənməsi Türkiyənin əsas strateji maraq dairəsində olan məsələdir. Türkiyə bu məsələdə prinsipialdır qəti siyasət yürüdür. Türkiyə Ermənistanın işğalçılıq siyasətindən əl çəkənə qədər, qardaş Azərbaycanla birgə addım atacaq geri çəkilməyəcək. Bunu Ermənistanda da bilməli nəticə çıxartmalıdırlar. Artıq, Ermənistanda da bir şeyi dərk etməlidirlər ki, dünya dəyişir buna uyğun siyasi şərtlər meydana gəlməkdədir. Onu da qeyd etdi ki, bundan sonra Ermənistanın uzun müddət işğalçı siyasət yürütməsi mümkün olmayacaq. Ermənistan sülh barışdan yana olduğunu səmimi şəkildə ortaya qoyandan xüsusilə işğal olunan Qarabağ torpaqlarından geri çəkildikdən sonra Ermənistana qarşı münasibət dəyişə bilər. Bütün dünya bilir ki, Ermənistan münaqişədə səmimi mövqe ortaya qoymasa, vəziyyətləri daha da pisləşəcək. Hələ bundan sonra da, bu proses ağırlaşmaqda davam edəcək.

Bu gün Ermənistanın Türkiyə Azərbaycana qarşı sərgilədiyi təcavüzkar siyasət, nəticə etibarilə erməni xalqının bütün sosial-iqtisadi həyatını məhv etməkdədir. Bu təcavüzkar mənfi xətlə yüklənmiş siyasi kurs, sadə ermənilərə çətin dözülməz həyat bəxş edib. İnsanlar istər-istəməz bu şəraitdən canlarını xilas etmək üçün başqa ölkələrə üz tutmağa məcbur olurlar.

Ermənistan siyasətçiləri ağıllarını başlarına yığmalıdırlar. Onlar dünyada proseslərin hansı istiqamətdə cərəyan etdiyini gerçək praqmatik düşüncə ilə görməlidirlər.

- Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığının daha da artması gözlənilirmi?

- Türkiyə son illər beynəlxalq tədbirlərdə Qarabağ məsələsini gündəmə gətirir problemin beynəlxalq səviyyəyə çıxarılmasına çalışır. Etiraf edilməlidir ki, münaqişənin obyektiv dünya ictimaiyyətinə çatdırılmasında Türkiyənin böyük rolu var. Türkiyə ilk gündən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyir. Çünki, Qarabağ münaqişəsinin uzanması bölgənin ümumi vəziyyətinə mənfi təsir göstərir. Qarabağ münaqişəsinin həll olunmaması, Türkiyənin cənubi Qafqaz siyasətinə mənfi təsiri göstərir. Münaqişənin yenidən alovlanması müharibənin başlanması Türkiyənin maraqlarına cavab vermir.

Unudulmamalıdır ki, müharibə Şimali Qafqazda vəziyyəti gərginləşdirə bilər. Bunun sonradan hansı mənfi nəticələrə səbəb olacağını proqnozlaşdırmaq, elədə çətin məsələ deyil. Bu gün Cənubi Qafqazda sülhün bərqərar olması inkişaf etdirilməsi Türkiyənin əsas maraq dairəsində olan məsələlərdən ən birincisidir. Bunun üçün Ermənistan konstruktiv mövqe nümayiş etdirməli, işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir.

- Suriya ermənilərinin Qarabağda yerləşdirilməsinə münasibətiniz necədir?

- Bu gün Ermənistanın Dağlıq Qarabağa köçürmə planı haqda xəbərləri eşidirik. Bu bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edə bilər. Münaqişənin statusu həll olunmamış, orada hansısa prosesin getməsi, Ermənistanın xeyrinə deyil. Həmçinin, erməni xalqı yaxşı bilməlidir ki, münaqişənin həlli onların sosial-iqtisadi həyatına müsbət təsir göstərəcək.

- Türkiyə Azərbaycan diasporunun birlikdə fəaliyyəti sizi qane edirmi?

- Bu türk birliyi 100 ildən çox idi ki, gözlədiyimiz ən böyük arzularımızdandır şükürlər olsun ki, arzularımız həyata keçməyə başlayır.

Artıq, XX əsrin əvvəllərində güclənməkdə olan birlik ideologiyası nəhayət ki, gerçəkləşmək üzrədir bununla bağlı praqmatik addımlar atılır. Onu da qeyd edim ki, birliyin yaranması istiqamətində fəaliyyətlərimizi daha da gücləndirməliyik. Bütün türk dövlətləri birlik bütövlük yolunda dayanmadan birgə çalışmalıdırlar. Siyasi-iqtisadi mədəni birliyimiz elə güclü olmalıdır ki, bu birlik sonsuza qədər davam etməlidir. Addım-addım hədəfə doğru irəliləməliyik. Çünki, birləşmək bizim haqqımızdır. Dilimiz, dinimiz, qanımız ortaq dəyərlərimiz bizi bir arada birləşməyimiz üçün böyük zərurət yaradır.

- Yəqin ki bu birliyin yaranması bəzi dövlətləri narahat edəcək.

- Türk milləti həmişə sülhün yanında olub onu dəstəkləyib. Bu gün həmin siyasətin davam etməsində maraqlıdırlar. Biz Avrasiya bölgəsində sülh əmin-amanlıq içində yaşamalıyıq bu bizə hava su kimi lazımdır. Bu birliyin yaranmasında bölgədə bu ideyaların güclənməsinə xidmət edəcək. Türk birliyi narahatçılıq yaratmamalıdır. Birgə bərabər şəkildə əməkdaşlıq edəcəyik.

- Türk birliyinin yaranması Dağlıq Qarabağ münaqişəsinin həllində hansı rol oynaya bilər?

- Təbii ki, türk birliyi Azərbaycanın regionda dünyada mövqelərinin güclənməsinə böyük təsir edəcək. Çünki Azərbaycan birliyin yaranmasını ilk gündən dəstəkləyən qardaş dövlətdir. Bu yolda da Azərbaycanla birgə addımlayırıq. Türk birliyi Dağlıq Qarabağ məsələsində Azərbaycana mənəvi-siyasi dəstək olacaq.

Dağlıq Qarabağ bir türk torpağıdır min illərdir ki, Azərbaycan türkləri burada yaşayıblar. Onlar öz torpaqlarına qayıtmalıdırlar. Bu gün türk dünyası Qarabağ məsələsində Azərbaycanın yanında olmaya bilməz. Bu çox önəmli məsələdir bunu diqqətə almaq lazımdır. Çünki, türk dünyası parlayan ulduzdur bunun işartısı bütün regiona saçacaq. Bu artıq qarşısı alınmaz prosesdir.

 

 

Əli Zülfüqaroğlu

 

Həftə ici. – 2012. - 22 oktyabr. – S. 8.