Şeyxülislam
müsəlmanları təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban Bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata
görə, A.Paşazadə dünya
müsəlmanlarını mübarək Qurban
Bayramı münasibətilə təbrik edib,
Allah rizası üçün
kəsilən qurbanların, dua və ibadətlərin
Haqq dərgahında qəbul
olunmasını diləyib. "İslam
aləminin ən əziz və müqəddəs
günlərindən biri - Eydül-Əzha
- Qurban Bayramı Peyğəmbər Həzrət
İbrahim əleyhissəlam dövrünün yadigarı olaraq
müsəlman ümmətinin böyük
sevinc və fərəh məqamı kimi qərar verilib.
Şükürlər olsun ki, İslami dəyərlərə
sahib duran dövlətimizin
qayğısı sayəsində biz bu mübarək məqamı 2 gün
bayram etmək şərəfinə nail olmuşuq. Bu əziz
gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə,
həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları
vətənimizin taleyinin ən çətin
anlarında bizə öndər olmuş
millət atası Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət
diləyir, onun müdrik yolunun layiqli davamçısı möhtərəm prezident İlham Əliyevin
müstəqilliyimizi qorumaq,
xalqımızı daha böyük
uğurlara doğru aparmaq, Azərbaycanın haqq
işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac
verməsini uca Allahdan
arzulayırlar. Şübhəsiz ki, dövlətimizin günü-gündən yüksələn
iqtisali qüdrəti, möhkəmlənən
siyasi iradə və nüfuzu,
milli-mənəvi dəyərlərin davamlı dirçəlişi
Azərbaycan xalqının mübarək bayram
əhval-ruhiyyəsini, daha gözəl sabahlara inamını artıran gözəl məqamlardır.
Bu əziz
gündə müstəqilliyimiz uğrunda,
vətən yolunda şəhid olmuş oğul və
qızlarımızın ruhlarına rəhmət diləyərək,
vətənimizin ərazi bütövlüyünü
bərpa etməkdə, Azərbaycanın dövlət
bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə
yardımçı olması üçün
Allaha dualar edirik".
Vüsal
Həftə
ici. – 2012. - 25 oktyabr.- C. 1.