Kitabxanalarda insan hüquqları
bölmələri
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi ölkədə fəaliyyət göstərən
şəhər, rayon mərkəzi kitabxanalarına
tapşırıqlar verib.
Nazirliyin rəsmi
saytında qeyd edilir ki, ölkə prezidentinin 2011-ci il 27 dekabr
tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramı"na əsasən, Azərbaycanda
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində kitabxanalara da insan hüquqları ilə
bağlı bölmələrin inkişaf etdirilməsinə
dair tapşırıqlar verilib.
Sözügedən
Milli Fəaliyyət Proqramının icrası məqsədilə
şəhər, rayon mərkəzi kitabxanalarında
yaradılmış hüquqi-informasiya mərkəzlərinin
fəaliyyəti gücləndirilməli, mərkəzlər
mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilməli
və insan hüquqlarının aktual problemlərinə həsr
olunmuş tədbirlər keçirilməlidir. Kitabxanalar bu
barədə nazirliyin kitabxana sektoruna mütəmadi məlumat
verməlidirlər.
Nigar
Həftə içi.- 2012.- 10 yanvar.- S.
8.