Bakı Film İnstitutunun açılışı oldu

 

İnstitutun inoprodüser kursunda Azərbaycan, Türkiyə, İranGürcüstandan dəvət olunmuş peşəkarlar dərs deyəcək

Nizami Kino Mərkəzində Bakı Film İnstitutunun (BFİ) və onun nəzdində açılan kinoprodüser kurslarının açılışı ilə bağlı mətbuat konfransı keçirilib. BFİ-nin təsisçisi "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzidir.  

Mərkəzin sədri Fehruz Şamıyev çıxışında kurslarda həm yerli və həm xarici mütəxəssislər dərs deyəcəyini bildirib: "Üç aylıq təhsil prodüser institutunun yaranması üçün baza rolunu oynaya bilər. Kurslara 25 nəfər qəbul edilib. Onlar müsahibə əsasında seçiliblər. Prodüser kurslarında ideya, ssenari sifarişi, çəkiliş komandasının təşkili, rejissor seçimində nəyə üstünlük verilməlidir, aktyor seçimi zamanı nələr nəzərə alınmalıdır, film üçün maliyyə axtarışı, bazarın öyrənilməsi, filmin yerlixarici bazara çıxarılma yolları tədris olunacaq. Bundan əlavə klassikmüasir filmlərin nümayişi və müzakirələr keçiriləcək".

"Azərbaycanfilm" kino studiyasının istehsalat şöbəsinin rəisi Çingiz Həsənov isə vurğulayıb ki, Azərbaycanda kino sahəsində prodüserlik vacibdir: "Bizim kinostudiyada da gənc kadrlara ehtiyac var. Bu kimi layihələrin həyata keçirilməsi yüksək qiymətləndirilir".

Tədbirdə həmçinin rejissor Əli İsa Cabbarov, iranlı rejissor və prodüser Əyyub Dənişvər, "Nərimanfilm" kino şirkətinin direktoru Nəriman Məmmədov də iştirak ediblər. Qeyd edək ki, kurslarda Türkiyənin ən tanınmış film distribütorlarından biri, bir çox beynəlxalq film festivalları ilə əlaqələrə malik Nizami Eren, Rusiyada çalışan rejissor və prodüser Rodion İsmayılov, iranlı rejissor Nadir Saiver, gürcüstanlı rejissor və prodüser David Caneidze, əməkdar incəsənət xadimi, kinorejissor Şamil Nəcəfzadə, "Nərimanfilm" kino şirkətinin direktoru Nəriman Məmmədov, "Dərviş" Prodüser Mərkəzinin sədri, rejissor və prodüser Əli İsa Cabbarov, Rusiya, Qırğızıstan, Türkiyədə çıxan kino jurnallarında Azərbaycan kinosu ilə bağlı məqalələri dərc olunan kinoşünas Aygün Aslanlı dərs deyəcək.

Bundan başqa, Avropa Kino Akademiyasının ən yaxşı prodüseri və EUROMAGES Ortaq Prodüser mükafatına layiq görülən Zeynəb Özbatur "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xətti ilə Bakı Film İnstitutunda üçgünlük mühazirə oxumağa gələcək.

BFİ-də yerli və xarici mütəxəssislər tərəfindən tələbələrə kinoprodüserlik tədris olunacaq. İnstitutun ilk kinoprodüser kursunda Azərbaycan və Türkiyə, İran, Gürcüstandan dəvət olunmuş yüksək səviyyəli peşəkarlar - Əli İsa Cabbarov (rejissor, prodüser-Azərbaycan), Zeynəb Özbatur (prodüser, Türkiyə), David Caneidze (rejissor, prodüser- Gürcüstan) Nizam Eren (distributor- Türkiyə), Şamil Nəcəfzadə (rejissor, prodüser- Azərbaycan), Əyyub Danişvər (rejissor-prodüser- İran), Rodion İsmayılov (rejissor, prodüser- Rusiya), Nəriman Məmmədov (prodüser- Azərbaycan) və bu sahədə ad qazanmış başqa kino xadimləri dərs deyəcəklər.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.- 20-23 yanvar.- S. 8.