«Marqaret Tetçer əslən türk olub»
«Azərbaycanın müstəqilliyinə qovuşması
Reyqan - Tetçer siyasətinin nəticəsidir»
Dünya siyasətinin «balinası», siyasət aləmində «Dəmir Ledi» kimi ad çıxarmış
Böyük Britaniyanın
keçmiş baş
naziri Marqaret Tetçer dünyasını
dəyişdi. Bununla da bugünkü
Tetçersiz dünyada
yeni «Tetçer müzakirələri» başlayıb.
Hər bir kəs onun
insanlığını, işini
araşdırır, fikirlər
ortaya atılır.
Bir çox ölkələrdə isə
hətta «Dəmir ledi»nin xatirəsi
əbədiləşdirilir. Belə ölkələrdən biri
də Azərbaycandır.
Belə ki, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
təsis etdiyi Beynəlxalq Mükafatın
sonuncu sahibi olan Böyük Britaniyanın sabiq baş naziri Tetçerin vəfatı ilə bağlı idarə heyətinin üzvləri tərəfindən
başsağlığı göndərilib. Diasporla İş
üzrə Dövlət
Komitəsinin başsağlığında
Marqaret Tetçerin həm ölkəsinin inkişafı və xalqının rifahının
yüksəlməsi, həm
də dövlətlərinin
həmrəyliyi istiqamətində
mühüm işlər
gördüyü qeyd
edilib. "İnanırıq ki, onun əziz xatirəsi Böyük Britaniya xalqının yaddaşında və bəşər tarixində
əbədi qalacaq.
Bu ağır itki ilə əlaqədar
mərhumun ailəsinə
və bütün Böyük Britaniya xalqına dərin hüznlə başsağlığı
veririk". Nizami
Gəncəvi Beynəlxalq
Mərkəzi Qəyyumlar
Şurasının may ayında
Azərbaycanda keçiriləcək
ali toplantısı
zamanı Marqaret Tetçerin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi
tədbirin də keçirilməsi qərara
alınıb.
Maraqlıdır, Marqaret Tetçer Azərbaycana, ümumiyyətlə, türk
millətinə nə
verib? Yeri gəlmişkən, bu yerdə bir
maraqlı məqamı
xatırladım ki,
1990-cı ildə sovet
ordusu Bakıda qətliam törədəndə
Mixail Qorbaçovun qanlı əməllərini
dəstəkləyənlərdən biri məhz o illərdə dünya siyasətini müəyyənləşdirən
liderlərdən biri sayılan Tetçer olub. Əlbəttə, biz müəllif olaraq ona şərh
vermək istəmirik və bu missiyanı
türk dünyasının
tanınmışlarının üzərinə yükləyirik.
Baxaq, görək onlar nə deyirlər:
Türkiyəli doktor Əşrəf
Vaiz Marqaret Tetçeri antidemokratiyanın
tərəfdarlarından biri
adlandırır. Onun fikrincə,
İngiltərədə mövcud
olmuş 200 illik demokratiya ab-havasını
məhz bu qadın hakimiyyəti illərində dəyişməyə
çalışıb: «Britaniya
krallıq olsa da, məlumdur ki, sosial demokratiya
və sosial haqlar baxımından dünyaya həmişə
örnək göstərilib.
Bu ölkədə təhsil və səhiyyə tamamilə pulsuzdur. Britaniya bəlkə də
dünyada yeganə ölkədir ki, burada vətəndaşların
mənzil problemi həll olunub. Amma Tetçer hakimiyyəti illərində var qüvvəsiylə bütün
bunları dəyişməyə
səy göstərib.
Onun öz ölkəsinə, öz xalqına xeyri dəymədiyini nəzərə alsaq, deyə bilərəm ki, Tetçer heç vaxt türk xalqlarına isti münasibət bəsləməyib».
Türkiyə Qida, Kənd
Təsərrüfatı və
Heyvandarlıq Nazirliyinin
Antalya laboratoriyasının rəhbəri Necati Polat isə bildirdi ki, Tetçerin
kimliyini üzə çıxarmaq üçün
onun hakimiyyətə gəldiyi ilk vaxtları xatırlamaq lazımdır.
Müsahibimiz dedi ki, o, hökumət
başçısı seçilən
kimi Folklent adaları uğrunda
Argentina ilə müharibəyə
başladı: «Əlbəttə,
bizim riyakar mətbuat davamlı olaraq Britaniyanı dəstəkləyən xəbərlər
yayırlar, ingilislərin
türklərə sadiq
dost olduqlarını bildirirlər.
Amma mən şəxsən bunun tam əksini deyirəm: dünyanın hər yerində yalnız öz mənfəətlərini
güdən bir xalq və onun
sabiq rəhbəri olan Tetçer digər millətləri,
o cümlədən, türkləri
sevə bilməzdi».
Afrika-Avrasimya Strateji Araşdırmalar Mərkəzinin
(AFROSAM) eksperti Çağatay
Balcı isə bu qənaətdədir ki, Marqaret Tetçer
dünyanın iqtisadi
siyasətinə yenilik
gətirib. Onun sözlərinə
görə, məhz bu xanım dünyaya
«sərbəst bazar» və ya liberal iqtisadiyyat terminlərini daxil etdi: «Hətta
onun fəaliyyəti Turqut Özala da təsir göstərib.
Yeri gəlmişkən, Turqut Özalla Marqaret Tetçer zamanlarında çox yaxın münasibətlərə malik
olublar. O vaxt Turqut Özal Türkiyə iqtisadiyyatında
neo-liberal siyasət yürüdürdü,
Tetçer isə bu siyasəti bütün dünyaya yaymaqdaydı. Bu mənada
Özalla Tetçer bir-birini tamamlayırdılar».
Hazırda Londonda yaşayan, Fransa mətbuatının müasir
dövrün Marko Polosu
adlandırdığı kiprli
türk səyyah Ümit Silman isə bu siyasətçi
haqda daha kəskin fikirlər söylədi. Bildirdi ki, müsəlman xalqlara münasibətdə
Tetçer digər xristian liderlərdən qətiyyən fərqlənməyib:
«Bunların hamısı
türk millətinə
yuxarıdan aşağı
baxıblar. Məhz Marqaret Tetçer
Folklend adaları uğrunda müharibəyə
başlamaqla, müasir
dünyamıza yeni formada irqçilik gətirib. O, eyni zamanda, Kipr adasında
türk xalqının
varlığını qəti
qəbul etmirdi. Ümumiyyətlə, Tetçer hamıdan
çox sizli-bizli türk millətinin düşməni idi».
«Ərbil» qəzetinin tanınmış yazarı
Sadun Köprülü
isə tamam fərqli düşünür:
«Uzun illər Birləşmiş Ştatlarda
yaşamışam. Mən orada
bir çox hindularla söhbət etmişəm, onlar deyirdilər ki, Marqaret Tetçer xalis türkdür. Hətta onlar dediklərini isbatlayan dəlillər göstərirdilər. Marqaret Tetçerin
türk dünyasına
xidmətləri böyük
olub. Xüsusilə də Azərbaycana
yaxından kömək
göstərib. Onun Azərbaycan
iqtisadiyyatının inkişafına,
müstəqilliyinin möhkəmlənməsinə
verdiyi dəstək, xüsusilə gizli yardımları bu gün hamıya bəllidir».
Şimali Kipr Türk
Cümhuriyyətinin (ŞKTC) Birləşmiş Ərəb
Əmirliklərindəki təmsilçisi
Hasiba Şahoğlu isə düşünür
ki, Marqaret Tetçer konkret olaraq Azərbaycan və bütövlükdə
türk dünyası
üçün önəmli
şəxs olmayıb:
«Tetçer daha çox Böyük Britaniyanın maraqlarına
xidmət göstərib,
amma «Dəmir ledi» titulunu öz əməyi sayəsində, halallıqla
alıb. Məncə Tetçer müasir
Britaniya iqtisadiyyatının
sabit inkişafını
təmin edib. O olduqca ciddi, qərarında inadcıl və öz işini bilən xanım olub və buna görə
onu hər zaman alqışlamışam.
Allah rəhmət eləsin».
«Türkməneli TV»nin rəsmisi Ersan Sarıkahya isə bildirdi ki, «Dəmir
Ledi» ləqəbli bu qadın 80-ci illərdə hakimiyyətə
gələn kimi Britaniyanın Qərb ölkələrinə sərmayə
yatırmasını dayandırdı,
özəlləşdirmə, sərbəst bazar iqtisadiyyatını keçid
siyasəti yürütdü,
işçilərin hüquqlarını
tapdadı və ölkədə neoliberal siyasət
həyata keçirdi:
«Tetçer Britaniyanın
daxilində sol müxalifətlə,
beynəlxalq arenada isə sosialist bloku ilə «Soyuq müharibə»yə girdi. O dövr üçün mümkünsüz
olan güzəştə
getməməklə özünü
diqqətə çatdırdı
və «Dəmir ledi» titulunu qazandı. Sonradan təmsil etdiyi
partiya parçalandığı
üçün aktiv
siyasətdən getməli
oldu. Amma onun ölkənin
dövlət üzərində
təsiri o qədər
güclü idi ki, hakimiyyətdən gedəndən uzun illər sonra da rəsmi Londonun
mövqeyini dəyişə
bilirdi. 6-8 aprel
1988-ci il tarixində Tetçerin Türkiyəyə
rəsmi səfəri
zamanı Türkiyənin
Avropa Birliyinə üzvlüyü, ölkədə
iqtisadi islahatlar və Britaniyadan sərmayə yatırılması
tələbi, eləcə
də Kipr problemi, İran-İraq müharibəsi və Fələstin münaqişəsi
başlıca danışıqlar
mövzusu idi».
Türkiyə Liberal Demokrat Partiyasının sədri
Cem Toker isə bu qənaətdədir
ki, Marqaret Tetçerin necə adam olduğunu
bilmək üçün
onun fəaliyyətini
ABŞ-ın o dövrdə
prezidenti olmuş
Roland Reyqanın fəaliyyəti
ilə birlikdə analiz etmək lazımdır: «Bu siyasətçilərin
o həyata keçirdikləri
iqtisadiyyatda liberallaşdırma
siyasəti dövrün
bütün inkişaf
etməkdə olan ölkələrinin liderlərini,
o cümlədən, Turqut
Özalı təsir altına salmışdı.
Kommunizmin çökməsi, SSRİ-nin dağılması və digər türkdilli ölkələrlə
birlikdə Azərbaycanın
müstəqilliyinə qovuşması
Reyqan-Tetçer siyasətinin
nəticəsidir. Ən
əsası budur ki, Tetçer «Britaniyanı «mənə sən ver»dən «qalx özün qazan» cəmiyyətinə
dəyişmək üçün
baş nazir oldum və bunu
etdim», - deyirdi. Ona Allahdan rəhmət diləyirəm».
Vüsal Tağıbəyli
Həftə içi.- 2013.- 10 aprel.- S.1;
4.