Kənd turizmi niyə inkişaf etmir? 

 

Nazirlik rəsmisi: “Kənd turizminin iqtisadi yüksəlişini təmin etmək üçün iri məbləğli maliyyə vəsaiti xeyli zaman lazımdır

 

Son illərdə Azərbaycanda turizm yüksək templə sürətlə inkişaf edir. Ancaq turizmin bir növü sayılan kənd turizminin inkişafına dövlət tərəfindən lazımi səviyyədə xüsusi diqqət dəstəyin ayrılmaması ölkə ictimaiyyətində narazılıqla tənqidlə qarşılanır.

Bəs, Azərbaycanda kənd turizminin inkişafı üçün potensial imkanlar varmı? Kifayət qədər maliyyə vəsaiti tələb edən bu sektorun inkişafı ölkə iqtisadiyyatına verə bilər?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyir ki, son illərdə kənd turizmi dünyada çox inkişaf edib. Hətta turizmin ən çox inkişaf etdiyi Fransa İtaliya kimi ölkələrdə hər 4 nəfər turistdən biri kənd turizminin payına düşür. Onun sözlərinə görə, Azərbaycanda kənd turizminin yaradılması inkişaf etdirilməsi üçün bir sıra addımlar atılmalıdır. Ekspertin fikrincə, ilk öncə kəndlərin hansı potensiala malik olması araşdırılmalı, kənd turizminə cəlb edilə biləcək ərazilərlə bağlı məlumat bazası yaradılmalıdır. Sonra bu kəndlərdə turizmin inkişafı istiqamətində müxtəlif layihələr hazırlanmalı həyata keçirilməlidir: “Məsələn, tarixi abidələr olan ərazilər kənd turizminə cəlb edilməlidir. Yaxud kənd turizminin yaradılacağı kəndlərdə ailə turizmi ilə məşğul olacaq şəxslər kulinariya, yəni milli xarici mətbəxlərə məxsus yeməklərin hazırlanması ilə bağlı nəzəri praktiki məlumatlandırılmalıdır. Yol infrastrukturu ilə bağlı məsələlər həllini tapmalıdır. Kəndlərdə abadlıq, ekoloji təmizlik sanitar-epidemioloji vəziyyət məsələsinə xüsusi diqqət yetirilməlidir».

İqtisadçı qeyd edir ki, kənd turizminin inkişafı üçün yerli xarici turistlər üçün əlverişli normal şəraitin yaradılması da vacib şərtlərdəndir. Məsələn, turistlər üçün istirahət evləri, hamamlar sair olmalı, onlar elektrik enerjisi, təbii qaz içməli su ilə daim təchiz edilməlidir. Amma Rövşən Ağayevin fikrincə, bütün bunların hamısının reallaşdırılması kənd sakinlərinin şəxsi vəsaitləri hesabına mümkün deyil. Ona görə dövlət səviyyəsində kənd turizminin inkişaf etdirilməsi üçün turizmlə məşğul olmaq istəyənlərə müəyyən məbləğdə yardımlar verilməlidir: “Həmçinin turizm informasiya mərkəzləri yaradılmalıdır ki, onlar kənd turizminin, ailə turizminin təbliğatı ilə məşğul olsunlar, kənd yerlərində lazımi səviyyədə maarifləndirmə işləri aparsınlar, kəndlilərə lazımi tövsiyələri versinlər».

Rövşən Ağayev təəssüflə qeyd edir ki, bəzi kəndlərdə mənzərəli, gəzməli-görməli ərazilər müəyyən varlı şəxslərin nəzarəti altındadır belə ərazilərə kənar şəxslərin daxil olması qadağan edilib. Amma onun fikrincə, əslində həmin ərazilər kənd turizmin inkişafında ciddi mühüm rol oynaya bilər.

 

Kənd şəhər arasındakı iqtisadi fərqi azaltmalı?

 

Sabiq millət vəkili, iqtisadçı alim Əli Əlirzayev isə hesab edir ki, Azərbaycan üçün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafında turizmin özünəməxsus çəkisi var. Ona görə kənd turizmi inkişaf etdirilməlidir. Çünki əksər kəndlərdə turizmi inkişaf etdirmək üçün iqlim şəraiti, təbiət, təbii resurslar digər potensiallar mövcuddur: «Kənd turizminin məqsədi kəndləri qorumaq, təbii tarazlığını nizamlayaraq təbii gözəllikləri olan yaylaqların dəyərləndirilməsini təmin etmək, işsizliyi azaltmaq, kənd qadınının gənclərinin əməyini qiymətləndirməkdir. Bu turizmin inkişafı kənd ərazilərində orta sinfin formalaşmasına təsir göstərir. Yəni bu turizmin inkişafı nəticəsində kəndlərdə yaşayanlar əlavə gəlir əldə edər, kəndlərdəki iqtisadi sosial problemlər azalar, sosial iqtisadi cəhətdən zəif inkişaf etmiş ucqar kəndlərdə gənclərin başqa ərazilərə getməsinin qarşısını alar, böyük innovasiya cəlb etmədən kiçikhəcmli sahibkarlıq fəaliyyətini inkişaf etdirər. Kənd turizminin inkişafı həmçinin şəhər kənd ərazilərində yaşayanların həyat davranışları arasındakı fərqi əhəmiyyətli dərəcədə azaldar».

Mütəxəssis bildirir ki, xarici turistlərə kənd mədəniyyətinin həyat tərzinin izah edilməsində kənd turizminin rolu böyükdür. Üstəlik, kənd sakinləri təbii, bölgəyə xas qidaları əl işlərini turistlərə sata bilərlər. Kənd turizmi kənd sənayesinin inkişafına, müxtəlif qida ərzaq məhsullarının istehsalına, onların nəinki yerli, hətta xarici ölkələrin bazarlarına çıxışına da gətirib çıxardar. Ona görə kənd turizminin inkişafı üçün kompleks tədbirlər həyata keçirilməlidir: «Xüsusilə təbii gözəllikləri qədim tarixi ilə seçilən kəndlərdə yeni infrastruktur qurulmalıdır. Kəndlilərin məhsullarını sata biləcəkləri gigiyenik sahələr yaradılmalı, kəndin gənclərini xarici dil öyrənmələri mövzusunda yönləndirib, onların dil kurslarına getmələrinə köməklik göstərilməlidir. Bu yolla sakinlər kəndlərinə gələn turistlərlə tək-tək maraqlana öz məhsullarını onlara sataraq gəlir əldə edə bilərlər. Digər tərəfdən, kənd mədəniyyəti barədə əcnəbiləri məlumatlandırarlar».

Əli Əlirzayev vurğulayır ki, Azərbaycan dünyanın qədim dövlətlərindən biri olduğu üçün təkcə ölkəmizin hər yerində, hətta kəndlərdə tarixi abidələr var. Əksər turistlər isə tarixi abidələri görməyi, onların şəkillərini çəkməyi arzulayırlar: «Bu amil tarixi abidələr olan kəndlərdə turizmin inkişafı üçün əsas götürülə bilər. Ona görə bu cür abidələrlə bağlı müəyyən tədbirlər həyata keçirilməlidir».

 

Nazirlik kənd turizmini dəstəkləyir

 

Mədəniyyət Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev isə deyir ki, son illərdə Azərbaycanın müxtəlif regionlarında turizmin inkişafı istiqamətində, o cümlədən, memarlıq-abidə turizm nümayiş komplekslərinin yenidən qurulmasına, turizm marşrutlarının inkişafına sair üçün investisiyalar yatırılıb bu işlər davam etdirilir: «Ona görə kənd yaşıl turizm növü bizim nazirliyimiz tərəfindən həmişə dəstəklənib. Azərbaycanda bu sahədə xeyli potensial imkanlar var. Artıq bu istiqamətdə müəyyən QHT-lərlə birlikdə bir sıra layihələr həyata keçirilir gələcəkdə keçiriləcək. Rayonlarda bunun üçün evlər seçilib icarəsi təşkil olunur. Bu proses bir çox məkanlarda, məsələn, Quba, Qusar, Xaçmaz Masallı rayonlarında baş tutur. Yəni bu regionlarda lazımi evlər seçilir onların sahibləri ilə müqavilə bağlanılır. Layihə çərçivəsində evin təmiri digər məsələlər qaydaya salınaraq turistlərə icarəyə verilir”.

Aydın İsmiyev bildirir ki, təmsil etdiyi nazirlik öz səlahiyyətləri çərçivəsində kənd yaşıl turizminin daha da inkişaf etdirilməsinə çalışır. Ancaq onun sözlərinə görə, kənd turizminin iqtisadi yüksəlişini təmin etmək üçün iri məbləğli maliyyə vəsaiti xeyli zaman lazımdır: “Çünki regionlarda turizm xidmətlərinin səviyyəsi elə yüksək deyil. Biz bu istiqamətdə səylərimizi davam etdiririk. Gələn ay Türkiyənin Mədəniyyət Turizm Nazirliyi ilə birgə bölgələrdə təşkil olunacaq treninq-kurslar da bu məqsədə xidmət edir”.

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2013.- 11 aprel.- S.1; 6.