Lift probleminin həllinə
7 milyon manat
Bakıda lift təsərrüfatının
işlək hala gətirilməsi üçün
tədbirlər planı
hazırlanır
İstər Bakı şəhərindəki, istərsə
də bölgələrdəki
çoxmərtəbəli binalarda yaşayan sakinləri qayğılandıran
və ən çox narahat edən məsələlərdən
biri də lift problemi ilə bağlıdır. Aparılan təhlillər göstərir
ki, regionlarla yanaşı, Bakıdakı
çoxmənzilli sovet
binalarının əksəriyyətində
lift ya ümumiyyətlə
fəaliyyətdə deyil,
ya da müəyyən
qrafik əsasında işləyir. Təkcə
Nəsimi rayonunun Rəşid Məmmədov,
Alı Mustafayev, Cavadxan, Hüseynbala Əliyev, Abdulvahab Salamzadə və Ceyhun Əliyev küçələrində, eləcə
də Tbilisi prospektinin
bir hissəsində yerləşən və
1964-65-ci illərdə tikilmiş
57 ədəd beşmərtəbəli
bina lift üzünə
həsrətdir. Liftin yoxluğu
üzündən çoxmənzilli
binaların sakinləri
daha çox qızmar yay günlərində 1-ci mərtəbəyə
pilləkənlə düşə
və həyətə
çıxaraq təmiz
hava qəbul edə bilmirlər.
Hesablamalara görə, Bakı Şəhər Dövlət Mənzil Fondunun binalarındakı hər 5 liftdən
3-nün istifadə müddəti
başa çatıb. Bu səbəbdən
də həmin liftlər öz funksiyalarını yerinə
yetirə bilmirlər.
Məsələn, Binəqədi rayonunun
Süleyman Sani Axundov küçəsi
11 b ünvanında yerləşən
9 mərtəbəli binanın
2-ci blokunda lift tez-tez sıradan çıxır.
Əsasən 5-ci mərtəbədən
yuxarı mərtəbələr
üçün nəzərdə
tutulmuş bu liftin daxilindəki lift qurğusu yararsız hala düşüb, oradakı düymələrdən
bəziləri sındırılıb.
Lift kabinəsindəki işıqlandırılma
sistemi normal işləmir.
Plasmast şüşənin arxasındakı
lampanın işığı
zəif olduğu üçün kabinənin
içi həmişə
yarımqaranlıq olur.
Xatırladaq ki, aprelin
3-də ölkə prezidenti
İlham Əliyev «Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli
binaların lift təsərrüfatının
maddi-texniki bazasının
möhkəmləndirilməsi haqqında» yeni bir sərəncam imzalayıb. Sərəncama əsasən, Prezidentin
Ehtiyat Fondundan ilkin olaraq BŞİH-ə
5, Gəncə və Sumqayıt Şəhər
İcra Hakimiyyətlərinin
hər birinə 1 milyon manat ayrılıb.
Bir problemə 10,6 milyon manat
Bakıda ilk lift 1905-ci ildə indiki Filarmoniya ilə üzbəüz binada quraşdırılıb.
1967-ci ildə «Azərlift»
adlı idarə fəaliyyətə başlayıb
və həmin dövrdə Bakıda 80
lift olub. 2001-ci ildə Bakı Şəhər Dövlət
Mənzil Fondundakı
4130 liftdən 3254-ü işləyən,
876-i isə işləməyən
liftlər idi. Sonradan ayrı-ayrı dövlət
komitələrinin, nazirliklərin
və digər qurumların balansında olan və uzun
müddət baxımsız
qalan yaşayış
binaları Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansına
qəbul edilib. Bundan sonra 876 işləməyən
liftlə yanaşı,
bərbad durumda olan binaların liftləri də Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı
Departamentinin «Lifttəmir»
istehsalat birliyinə verilib.
2005-ci ildə BŞİH-ə ayrılan
600 min manatın və
texniki xidmət hesabına toplanmış
maliyyə vəsaiti hesabına həmin il Bakıda
197 liftdən 162-i əsaslı
təmir, 35-i isə yenisi ilə əvəz edilib. 23 dekabr 2008-ci ildə dövlət başçısının
imzaladığı «Şəhər
və rayon mərkəzlərində
olan binalarda lift təsərrüfatının maddi-texniki
bazasının möhkəmləndirilməsi
haqqında» sərəncama
əsasən, 2008-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Prezidentin Ehtiyat Fondundan 10 milyon manat məbləğində
vəsait ayrılıb.
Həmin vəsaitin hesabına Bakıda 424 liftdən 295-də əsaslı
təmir aparılıb,
129 lift yenilənib. Gəncədə
58 lift əsaslı təmir
edilib, 10 lift yenilənib.
Sumqayıtda 85 lift əsaslı
təmir edilib, 31 lift yenilənib. Mingəçevirdə
20, Şirvanda isə
6 lift əsaslı təmir
olunub.
3500-dən çox
lift ömrünü başa
vurub
«Lift-təmir» İB-nin sabiq baş mühəndisi, lift təsərrüfatı
üzrə mütəxəssis
İqbal Səfiyev bildirir ki, liftlərin
istismar müddəti
25 ildir. Həmin müddət başa
çatdıqdan sonra
liftlər dəyişdirilməli
və yeniləri ilə əvəz edilməlidir. Amma 25 illik müddət başa çatan liftlər yoxlanılır:
«Əgər onlar işlək və saz vəziyyətdədirsə,
insanların həyatına
təhlükə yaratmırsa,
onda onların istismar müddəti daha bir il
artırılır. Ancaq belə
bir addım liftlə bağlı problemləri çözə
bilməz. Çünki 3500-dən artıq lift 25 illik istismar müddətini başa vurub. Onların yeniləri ilə əvəzlənməsi vacibdir».
Onun sözlərinə görə, keçmiş
sovet dövrünün
məhsulları olan liftlərin müxtəlif
kabelləri, kanatları,
yəni trossları və digər ehtiyat hissələri Ukrayna, Qazaxıstan, Özbəkistan, Rusiya və Belarusiyadan alınır. Ona görə
də lift təsərrüfatının
inkişaf etdirilməsinə
ayrılan maliyyə vəsaiti yetərli olmadığından problemlərin
tam həlli mümkünləşmir:
«Yeni liftlərin köhnələrindən fərqli
olması da problem yaradır. Ümumi liftlərin təxminən
15 faizini təşkil
edən proqramlaşdırılmış
elekton liftlər çox böyük qayğı və diqqət, həmçinin
stabil elektrik enerjisi tələb edir. Məsələn, yeni liftlərin
elektrik gərginliyi sabit, yəni 220-380 volt olmalıdır. Əgər bu
normadan artıq, yaxud az gərginlik
olarsa, insan müdaxiləsi olmadıqda
liftlər avtomatik olaraq sönür».
Nazirlər Kabinetinə müraciət olunub
«Lifttəmir» İB-dən bildirirlər ki, hazırda 5100-dən artıq
lift istismardadır. Ötən il 140-dək yeni lift quraşdırılıb.
Ölkə başçısının aprelin 3-də imzaladığı
sərəncam əsasında
ayrılacaq 5 milyon manat isə “Lifttəmir” İB-nin balansına köçürülməyib.
Bununla belə, lift təsərrüfatının
maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində
tədbirlər planı
hazırlanır və
5 milyon manat həmin planının icrasına xərclənəcək.
Qeyd edək
ki, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı
İstehsalat Birliyinin (GMKTİB) balansında təxminən 190
lift var. Araşdırmalarımız zamanı öyrəndik ki, liftlərin cari təmirinə il ərzində GMKTİB tərəfindən cəmi
40 min manat pul ayrılır. Amma bu məbləğ
qədim paytaxtda yerləşən binaların
liftlərinin bəzilərinin
təmir, bəzilərinin
isə yeniləri ilə əvəz olunmasına yetmir. Məhz vəsait çatışmazlığı
üzündən sözügedən
təmir və əvəzləmə işləri
dəfələrlə təxirə
salınıb. Ona
görə də Gəncə Şəhər
İcra Hakimiyyətinin
başçısı Elmar
Vəliyevin rəhbərliyi
ilə son zamanlar
10-dan artıq yeni liftin quraşdırılıb,
20 lift isə Qəbələ
şəhərində fəaliyyət
göstərən lift zavodunda
əsaslı təmir
edildikdən sonra yenidən quraşdırılıb.
Gəncə ŞİH-dən bildirilir ki, bir müddət əvvəl Gəncə
ŞİH maliyyə vəsaitinin
ayrılması üçün
Nazirlər Kabinetinə
müraciət edib.
Sumqayıt şəhərində
isə lift təsərrüfatı
ilə Sumqayıt Şəhər Lift-Servis Birliyi məşğul olur. Bu şəhərdə
mövcud olan 586 liftdən təxminən
562-si istismardadır. Sumqayıt ŞİH-ə ayrılan 1 milyon manat pul hesabına
yaşayış binalarında
yeni liftlər quraşdırmağı və
istismar müddəti ötmüş bir neçə lifti yenisi ilə əvəz etməyi və istismarda olan liftlərdən bəzilərini əsaslı
və ya cari təmirini planlaşdırır.
Təbriz Vəfalı
Həftə içi.- 2013.- 16 aprel.- S.8.