Bakıda
Gül bayramına hazırlıqlar başladı
Bu il
ilk dəfə olaraq Azərbaycanın qədim tarixinin maketləri
də nümayiş olunacaq
Ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində
dövlət qurumlarında, ictimai təşkilatlarda, eləcə
də təhsil müəssisələrində silsilə tədbirlər
təşkil edilir. Mayın 10-da, mərhum eks-prezidentin
doğum günündə isə Bakıda Heydər Əliyev
Sarayının qarşısındakı parkda ənənəvi
Gül bayramı keçiriləcək.
“Həftə
içi”nin məlumatına görə, Bakı Şəhər
İcra Hakimiyyəti artıq Gül bayramına
hazırlıqlara başlayıb. Əməkdaşımız
yubiley ərəfəsi həmin parkda aparılan işlərlə
maraqlanıb və tədbirin əvvəlki illərdən fərqliliyini
öyrənib. Məlum olub ki, hazırlıq işləri ilə
bağlı parka kənar şəxslərin girişi
qadağan olunub və Mərkəzi Bankla park arasında olan
yeraltı keçidin əraziyə girişi bağlanıb. Həmçinin
parkın sərhədləri boyunca xəbərdarlıq lentləri
çəkilib. Zaur adlı iş icraçısı əməkdaşımızla
söhbətində bildirib ki, jurnalistlərin parkda Gül
bayramına hazırlıqlarla bağlı çəkiliş
aparmasına icazə verilir. Ancaq görülən işlərlə
bağlı iş icraçılarından müsahibə,
münasibət öyrənmək mümkün olmayacaq:
“Çünki bizə belə tələb qoyulub ki, parkda
işləyənlərin heç biri kənar şəxslərlə
söhbətləşməməlidir”.
Xatırladaq
ki, Heydər Əliyevin doğum günü ilə
bağlı paytaxtda Gül bayramı 2004-cü ildən
keçirilir. Bayram tədbirləri bir qayda olaraq Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev
Sarayının qarşısındakı parkda təşkil
olunur. Həmçinin Milli Parkın ərazisində saat
qülləsi yaxınlığında incəsənət
ustalarının iştirakı ilə konsert və möhtəşəm
atəşfəşanlıq olur. 2013-cü ilin yanvarında
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə
keçirilməsi ilə bağlı sərəncam
imzalayıb. Sərəncama əsasən, Heydər Əliyevin
90 illik yubileyinin keçirilməsinə dair Tədbirlər
Planı təsdiq edilib və Nazirlər Kabinetinə bu sərəncamdan
irəli gələn məsələləri həll etmək
tapşırılıb.
Gül
bayramına hazırlıqla bağlı vəziyyəti
öyrənərkən məlum olur ki, builki tədbirlər əvvəlkilərlə
müqayisədə xeyli dərəcədə fərqlənəcək.
Belə ki, bu il ilk dəfə olaraq, parkda Azərbaycanın qədim
tarixi abidələrini əks etdirən maketlər
yığılır. Bayram gününə qədər
Bakı, Şamaxı, Naxçıvan, Gəncə, Bərdə
və digər rayon və şəhərlərdə yerləşən
tarixi abidələrin maketi hazırlanaraq parkda yerləşdiriləcək.
Bunların arasında Qız qalası, Şirvanşahlar
sarayı və digər tarixi memarlıq abidələri var.
Bundan
başqa, bayram gününün səhnə tərtibatı
ilə bağlı işlər görülür. Yubileyi əks
etdirən “90” yazılan deklarasiyanın hazırlanması
üzərində iş aparılır. Hələ yeni
güllərin gətirilmədiyi parkda bəzi diqqətçəkən
hündür qurğular yerləşdirilib. Əvvəlki illərdə
olmayan 6 ədəd qurğuların üzəri güllə bəzədiləcək.
Artıq parkda güllərlə bəzədiləcək
müxtəlif növ dayaq və konstruksiyaların tikintisi
gedir. Gül bayramına hazırlıq tədbirləri çərçivəsində
Heydər Əliyev Sarayı qarşısındakı parkda
dayaq və konstruksiya işləri yerli mütəxəssislər
tərəfindən həyata keçirilir.
Onu
da bildirək ki, bəzi təmir-bərpa işlərinin
görüldüyü parkdakı güllər əvvəl əkilənlərdir.
Yeni güllərin isə hardan və nə qədər gətiriləcəyi
barədə məlumat verilməyib. Heydər Əliyevin 89-cu
ildönümü ilə bağlı keçirilən Gül
bayramında Bakıya Hollandiya, İtaliya, Fransa və
Almaniyadan müxtəlif növ 116 ton, yaxud 1 milyondan çox
güldən istifadə olunmuşdu. Heydər Əliyev
Sarayının qarşısındakı parkda bayrama
hazırlıqda yerli dizaynerlərlə yanaşı, Almaniya,
Hollandiya və Fransadan olan mütəxəssislər də
birgə çalışıb. Builki yubiley tədbirinin daha
möhtəşəm keçiriləcəyi gözlənilir.
Yeri
gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala
Abutalıbov mətbuata açıqlamasında bu il Gül
bayramının təşkilində istifadə olunacaq güllərin
sayının ötənilkindən 2 dəfə çox
olacağını söyləyib. İcra hakimiyyətinin mətbuat
xidmətinin əməkdaşı Nailə Məmmədova “Həftə
içi”nə deyib ki, builki Gül bayramında nə qədər
güldən istifadə olunacağı və həmin güllərin
haradan gətiriləcəyinə dair məlumata malik deyil:
“Bununla bağlı bizim şöbəyə heç bir məlumat
verilməyib. Ona görə də builki yeniliklərlə
bağlı indidən heç nə deyə bilmirəm”.
Atif Sarıxanlı
Həftə içi.- 2013.- 17 aprel.- S.6.