“İş, karyera-bunlar müvəqqətidir”
Gülnarə Məmmədova: “Qadın üçün
xoşbəxtliyin düsturu ailədən
ibarətdir”
O, hələ
bir vaxtlar “Sara TV”də efirə çıxanda həm yadda qalan xarici
görünüşü, həm də ki dilli-dilavərliyi ilə
tamaşaçının marağına səbəb oldu. Sonradan “Sara TV”nin
gözəli “ANS”in sevilən simalarından birinə çevrilə bildi. Və nə az, nə çox
düz 11 il dəqiq, qərəzsiz, vicdanla deyən kanalın efirini bəzədi...
Gülnarə Məmmədova son illərdəki susqunluğunun
səbəblərini hafta-ichi.az-a danışır.
- Bir vaxtlar
maraqlı layihələrin
aparıcısı olan
Gülnarə Məmmədova
bu gün niyə susub?
- Susmağım hər kəsə maraqlıdır.
Hamı soruşur, maraqlanır ki, efirə nə vaxt qayıdacam?
Hətta
efirə çıxmağımı
tələb edən tamaşaçılarım da
olur.
- Bəziləri düşünür
ki, Gülnarə Məmmədovanın sükutunun
arxasında depressiya dayanır. Yəni siz ailə həyatındakı uğursuzluq
sonrası efirlə də vidalaşmaq qərarı vermisiniz.
- Bunun arxasında da depressiya dayanmır,
yox (gülür).
Efirdən uzaqlaşmaq məqsədim olmayıb əslində. Neçə illər idi
ki, fasiləsiz, istirahətsiz işləyirdim.
Düşündüm ki,
bir az
dincələrəm, fikirlərimi
toplayaram. Amma razıyam ki,
bu fasilə çox uzandı. İşimdən soyudum.
- “ANS”dən ayrılmağınızın
əsas səbəbi nə idi?
- Sadəcə, bezdim bu işdən. Həvəsdən düşdüm.
- Bəzi şayiələr
gəzir ki, kanal rəhbərliyi ilə aranızda narazılıqlar yaranıb?
- Qətiyyən. Bu gün də salamımız var. Mən
“ANS”dən çıxdıqdan
sonra bir neçə dəfə dəvət etdilər.
Hətta
əvvəllər aparıcısı
olduğum “Kamerton” verilişini də təklif etdilər yenidən mənə.
İstəmədim. Serialla çatdırmazdım, çünki bir arada.
- Gülnarə, “ANS”dən sonra sizin böyük
bir layihənin aparıcısı olacağınız
danışıldı. Amma...
- Çox təkliflər aldım. Çalışdığım kanaldan da təkliflər gəldi, digər yerli kanallarımızdan da.
Amma nədənsə
start edə bilmədim.
Böyük layihələr
başlamalıydım, amma
yarı yolda buraxdım...
- Yenə depressiya?
- Yox. Daha depressiya yoxdur.
- Efir üçün
darıxmamısınız heç?
- Yox, (gülür). Efir üçün darıxmamışam.
Amma tamaşaçılarım üçün
çox darıxmışam.
“Niyə efirdə yoxsuz, sizi görmək
istəyirik yeni layihələrdə”, - deyən
kimi kövrəlirəm
ki, məni sevirlər, qayıdım efirə...
Məsələn, dostlarıma söz verdim ki, bu televiziya
mövsümündə efirə
qayıdacağam. Amma bir söz deyim sizə. Yenə də əmin deyiləm qayıdacağıma.
Ola bilər yaxşı
aparıcılardan olmuşam.
Amma tamaşaçı sevgisindən
başqa bir şey qazanmamışam.
- Yerli telekanallara
baxırsız? Hansı aparıcıları
bəyənirsiz? Kimləri
izlədikdə “bunun yeri efir deyil
deyirsiz?”.
- Nə gizlədim, yerli telekanalları izləmirəm. Ara-sıra baxanda əsəbiləşirəm.
Deyim ki, sevdiyim aparıcı
var, yalan olar. Amma güldüyüm aparıcılar
var...
- Seriallarda özünüzü
sınadınız... Aparıcılığı aktrisalığa dəyişdiniz demək olar?
- Aktrisalığa meyilim həmişə olub. Hətta bir əyləncə kimi baxırdım bu işə. Bir gün evdə idim, rejissor Samir Qulamov zəng
vurdu və məni seriala dəvət etdi. Məndən
gözlədiyindən də
artığını ala bildi.
Yəni rejissorum məndən razıdır (gülür).
“Küləklər şəhəri”nin ardınca “Sonun başlanğıcı”
gəldi. Varlı mafiya başçısının
qızını canlandırırdım
“Küləklər şəhərində”.
“Sonun başlanğıcında
isə bomj rolundayam. Və məhz bu roluma görə Yeni Azərbaycan Partiyasının “İlin
ən yaxşı qadın aktrisası” mükafatı ilə təltif olundum.
Zövq alıram bu işdən. Və məhz bu sənəti də davam etdirmək istəyirəm.
- Aktrisalar qısqanmırlar
ki, Gülnarəni?
- Bilmirəm ki, heç. Amma niyə də
qısqansınlar ki, məncə yox, qısqanmazlar. Axı mən
peşəkar aktrisa deyiləm, aparıcıyam.
Onlar peşəkar aparıcı, mənsə
peşəkar aktrisa ola bilmərəm.
Amma onu da bilmək olmaz (Gülür ).
- Gülnarə depressiyaya son?
- Depressiya çox oldu. Artıq son. Sadəcə, mən çox
tez-tez düşürəm
bu depressiyalara. Bu da xasiyyətimdən
irəli gəlir.
Çox
tez ruhdan düşürəm.
- İnsan ağır günlərində ətrafını
tanıyır, çətin
günlər əsl həyat məktəbidir deyirlər. Siz ələdinizmi dostlarınızı
çətin günlərinizdə?
- Çətin günlərimdə
yanımda elə dostlarım oldu ki, ələməyə ehtiyac qalmadı. Dostlarım elə dost olaraq qaldılar.
- Gülnarə Məmmədova
nəyi anladı bu son illərdə?
- Sadəcə, həyat mənə bir şey öyrətdi. Mən anladım ki, insan ilk növbədə özünü sevməli
və özünü
düşünməlidir. Yəni məhz öz arzuların uğrunda istədiyin kimi yaşamağı bacarmalısan.
- Yenidən ailə qurmağı düşünürsüz?
Bu ailə sevgi
əsasındamı qurulacaq?
- Sevmədən ailə həyatı qurmaram. Qadın üçün ən önəmli olanı ailədir. İnanın ki, bu boğazdan yuxarı sözlər deyil. İş, karyera bunlar müvəqqətidir. Qadın
üçün xoşbəxtliyin
düsturu ailədən
ibarətdir! Bir də mən
tənhalıqdan çox
qorxuram. Hər bir
qadının həyatında
qayğısına qalacaq,
ona arxa olacaq bir çiyin
dayanmalıdır.
- Səhhətinizdə
problemlər yarandı
bir ara.
- Problemlər var idi. Amma indi şükür
Allaha hər şey yolundadır.
- Və son olaraq bir daha
əvvələ qayıdacağam.
Gülnarə Məmmədovanı yaxın vaxtlarda yenidən efirdə görəcəyik?
- (Gülür). Hələ qəti deyə
bilmərəm. Serialda olacağam,
bu dəqiqdir. Amma aparıcı qismində deyə bilmərəm.
Bəlkə çox maraqlı
bir təklif gəlsə. Amma yenə
də tam əmin deyiləm.
Sevinc Məmmədli
Həftə içi.- 2013.- 18 aprel.- S.8.