Hikmət Hacızadə: “Bahalı kitab almağa pulum yoxdur 

 

hafta-ichi.az bu həftədən etibarən "Tanınmışların kitabxanası" layihəsinə start verir. Məşhur insanların evindəki kitabxanalardan müsahibə-reportajlarla görüşəcəyik. Birinci reportajımız Azərbaycanın Rusiyadakı keçmiş səfiri, tanınmış politoloq Hikmət Hacızadənin evindəndir.

Keçmiş səfirlə yaşadığı evin yanında görüşdük. Mənzilə qalxdığımız andan politoloqun demokratiyanə davranışı bizdə ruh yüksəkliyi yaradırdı. Elə bil evin yabancısı deyildik. Həmsöhbətimizlə kitabxanası olan otağa keçəndə "bu da bizim otağımız" dedi.

Otağın tən yarısında rəflər var. Başdan-başa kitabla əhatə olunub. Səliqə ilə yığılan kitabların arasında disk-kitablar olan bölməyə rast gəlmək olur. Politoloqun oxuduqlarının çoxu rus dilindədir. Ancaq Azərbaycan ingilis dillərində kitaba rast gəlmək olur. Bu barədə belə deyir: "Kitabxanadakıların çoxu rus dilində olmasının səbəbi budur ki, dünya klassiklərini, filosoflarını bu dildə oxumuşam. Azərbaycanca isə öz yazarlarımızın kitablarını, məsələn, Mövlud Süleymanlı, Əkrəm Əylisli başqalarını mütaliə etmişəm".

Nitşe, Frans Kafka, Volter kimi fəlsəfə nəhəngləri rəfdə özlərinə yer edib. Fəlsəfə divləri ilə bərabər klassik fəlsəfəçiləri, ədəbiyyatçıları da kitabxanada görmək olur. Həmsöhbətimizin müəllifi olduğu "Demokratiya haqqında 15 min işarə", "Demokratiya gediləsi uzun bir yol" s. kitabları daha çox gözə dəyir.

 

Marksla Nitşe çiyin-çiyinə...

 

Fəlsəfə kitablarının hərəsi bir tərəfdə idi. Ancaq bu növdə olan kitablarının çoxluğu onları tez-tez qarşımıza çıxarırdı. Aristotelin "Poetika" əsərindən tutmuş, Umberto Eco-nun "Postmodernizm"inə qədər hər dövrdən olan fəlsəfəçinin kitablarına rast gəlmək olur. Aristotel, Platon, Con Lokk, Hegel, Kant, Tomas Hobs, Feyerbax, Nitşe, Marks, Albert Kamyu, Şopenhauer, Volter, Russo, Sartr, Con Dui, Şpilberg digər filosofların əsərləri ayrı-ayrı kitab rəflərində qalıb. XX əsr insanlarını 2 düşüncə cəbhəsinə bölən Marksla-Nitşe heç olmamış kimi kitabxanada "çiyin-çiyinə" dayanıblar.

Kitabxanada öz böyüklüyü ilə diqqətçəkən ensiklopediyalar da var. Bu ensiklopediyaların arasında müxtəlif mövzularla bağlı olanı da var, ümumi bilgilər tərkibli olanı da. Ensiklopediyaların bir qismi sovet dövründən qalıb. Qalan ensiklopediyalar isə müasir dövrə aiddir. Azərbaycan dövlət ensiklopediyası, tarix ensiklopediyası s. görmək olar.

Müsavatçı siyasi şərhçidən gənc yazarlardan kimləri oxuduğunu soruşduq. "Seymur Baycanın "Quqark" romanını oxudum bəyəndim. Sonra... (bir xeyli düşünür). bir Günel Mövlud. Güneli, çox sevirəm. Həm yazıçı, həm şairə kimi". Klauzeviçin kitabını göstərib deyir: "Bu hərbi kitabdır. Yaxşı olar ki, bizim dilə tərcümə edib zabitlərə oxutsunlar. Hərb sənətinin keçmişi bu günü ilə bağlı ciddi kitabdır".

 

Bahalı kitab almağa pulum yoxdur

 

Həmsöhbətimizdən ən bahalı kitabını soruşduq: "Çox pul verdiyim kitab azdır. Məsələn, dünyadakı siyasətçilərinin nitqlərini kitab halında 40 ABŞ dollarına almışam. Ondan baha almamışam ala bilmərəm". Səbəbini soruşduq. Deyir ki, pulum yoxdur (gülür). Hazırda hansı kitabı oxuduğu ilə maraqlandıq: "Migel De Servantesin Don Kixot əsərini oxuyuram". Professor Rəhman Bədəlovun Zərdabi haqqında olan kitabını göstərib deyir: "Bu da bizim Don Kixotumuzdur. Don Kixot nömrə 2". Bəs Elçibəy necə? Axı o vaxt ona da elə deyirdiz. Elçibəy Don Kixot nömrə 3-dür”.

Sağollaşıb çıxırıq. Biz redaksiyaya, həmsöhbətimiz bizim kimi harasa tələsir.

 

 

Tural Qurbanlı 

 

Həftə içi.- 2013.- 20-22 aprel.- S.8.