İslam dünyasının əmək nazirləri Bakıda toplaşdılar    

 

Fizuli Ələkbərov: «İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanla bağlı qətiyyətli mövqe nümayiş etdirməsini yüksək qiymətləndiririk»

 

Dünən Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası öz işinə start verdi. Beynəlxalq tədbir Quran ayələrinin oxunması ilə başladı.

Tədbiri giriş sözü ilə açan Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Mufarreş əl-Kubani bildirdi ki, bu görüşün keçirilməsi hələ əmək nazirlərinin ilk görüşündə planlaşdırılıb. O, Bakı şəhərində qonaqlara yaradılan bütün imkanlara görə Azərbaycan xalqına, rəhbərliyinə, həmçinin İƏT-in rəhbərliyinə təşəkkür etdi: Bu görüş böyük fürsətdir ki, həm fikirlərimizin, ideyalarımızın mübadiləsini aparaq, həm də səhiyyə, yerlərində təhlükəsizlik, işsizliyin aradan qaldırılması üçün yeni yerlərinin açılması kimi məsələləri birgə müzakirə edək. Əmək nazirlərinin I görüşündən sonra Səudiyyə Ərəbistanında əmək bazarlarının inkişafı, işsizliyin aradan qaldırılması istiqamətində işlər görülüb, təminatı, təlimlə bazar arasında boşluqların aradan götürülməsi, özəl və dövlət sektorları arasında münasibətlərin yaradılması istiqamətində lazımi tədbirlər həyata keçirilib”.

İclasa sədrlik edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirdi ki, dünyanın 50-dən çox müsəlman ölkəsinin əmək nazirlərinin iştirak etdiyi konfrans İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəminin yaradılması, bu sahədə mütərəqqi ideya və innovasiyaların mübadiləsi məqsədinə yönəlib. Onun sözlərinə görə, konfransda həmin ölkələrdə əmək bazarının inkişaf etdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi və beynəlxalq standartlara çatdırılması, işsizliyin səviyyəsinin azaldılması və s. məsələlər müzakirə edilməsi mühüm əhəmiyyətlidir.

«İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası İslam ölkələri arasında bir sıra məsələlərin həll olunmasına xidmət edir», - deyən F.Ələkbərov dedi ki, konfransın keçirilməsində məqsəd İslam ölkələri arasında gənclər və qadınların işsizlik problemlərinin həlli, əmək bazarının yüksəlməsi, iqtisadiyyatın yüksələn əmək bazarının tələblərinə cavab verməsi üçün əməkdaşlığın yaradılmasından ibarətdir. Nazirin sözlərinə görə, tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı təşəbbüs 2011-ci ildə əmək nazirlərinin birinci konfransında irəli sürülüb: “O vaxt iştirakçı dövlətlər bu təşəbbüsə səs veriblər. Azərbaycanda keçirilən konfrans çərçivəsində bu günsabah ayrı-ayrı ölkələrin əmək nazirlərinin yüksək səviyyəli rəsmilərinin ayrı-ayrı təqdimatları olacaq. Bu təqdimatlar müasir dünyanın bu məsələlərə olan çağırışları olacaq. Azərbaycanın da bu məsələlərlə bağlı qarşıda ambioz planları varbizim təcrübəmiz də digər dövlətləri maraqlandırır. Hesab edirəm ki, konfrans gələcəkdə bütün müsəlman dövlətlərində bu sahəyə koordinasiya gətirəcək. Tədbirdə əsas prioritetlər müasir dünyada əmək bazarına olan tələbatlarının çevik şəkildə ödənilməsi, qadınların, gənclər arasında işsizlik problemlərinin həlli, təhsillə əmək bazarının bir-birinə uyğunluğu, iqtisadiyyatın tələblərinə əmək bazarının cavab verməsi və digər məsələlərdir”.

“Ötən müddətdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycanla bağlı bütün istiqamətlərdə, xüsusən ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı konstruktiv və ədalətli münasibət, qətiyyətli mövqe nümayiş etdirməsini yüksək qiymətləndiririk”. Bunu da tədbirdə nazir F.Ələkbərov dedi. Bildirdi ki, buna layiqli cavab olaraq təşkilat çərçivəsində Azərbaycanın fəallığı getdikcə artır. Nazirin fikrincə, 4 il öncə - 2009-cu ildə Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunub: “2018-ci ildə isə qədim Azərbaycan torpağı olan Naxçıvan bu şərəfli adı daşıyacaq. Bütün bunlar İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın güclənməsi naminə Heydər Əliyev tərəfindən əsası qoyulanbu gün prezident İlham Əliyevin layiqli səviyyədə davam etdirdiyi siyasi kursun uğurlu nəticələridir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində belə mötəbər tədbirin də məhz Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilməsi xoş və əlamətdar bir təsadüf kimi bizim yaddaşımızda qalacaq”.

Konfransın məqsədi əmək bazarı problemlərinin, gənclər və qadınlar arasında işsizliyin aradan qaldırılmasıdır. İclas Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatı ilə keçirilir.

Qeyd edək ki, iki gün davam edəcək iclasda məqsəd təşkilata üzv ölkələrin əmək nazirlərinin aprelin 25-26-da keçiriləcək konfransının gündəliyinin hazırlanması, nazirlərin görüşü zamanı müzakirəyə çıxarılacaq əsas sənədlərin yekun razılaşdırılmasıdır. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərin yekunu olaraq əmək nazirləri tərəfindən Bakı Çərçivə sənədi və Qətnamənin, həmçinin Bakı Bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Qeyd olunan sənədlər İƏT-ə üzv ölkələrin əmək nazirlikləri arasında əməkdaşlıq prioritetlərini müəyyən etməklə, eyni zamanda, bu əməkdaşlıq üzrə vahid əlaqələndirmə şəbəkəsinin yaradılmasını və bu əlaqələndirmə vəzifəsinin yaxın iki ildə Azərbaycan tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.

 

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2013.- 24 aprel.- S.4.