İran və Azərbaycan mədəniyyətinin
birləşdiyi məkan
İbrahim Nuri: «Mədəniyyət Nazirliyinin təqdim etdiyi film dünən İrana - film festivalının təşkilatçılarına göndərilib»
İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi uzun illərdir fəaliyyət göstərir. Bu məkanı yaxşı tanıdığım üçün deyə bilərəm ki, oranın qapıları hər zaman insanların üzünə açıq olub. Mərkəzdə çoxları fars dilini öyrənib, zəngin kitabxanasında elmi araşdırmalar aparıb, bu idarənin yaxından köməyi ilə İranda keçirilən çox sayda tədbirlərə qatılıb və sair. Oradan reportaj hazırlamağımızın məqsədi də elə oxucularımızı sadaladığımız təsisatlarla daha yaxından tanış etməkdir…
Dost evi
Səfirliyin Mədəniyyət
Mərkəzinə Bakının ilk
qarlı-boranlı günündə yollandıq. Əvvəlcədən
danışdığımız kimi, mərkəzin
sədri cənab İbrahim Nuri qarlı çovğuna
baxmayaraq, artıq bizi
gözləyirdi. Böyük hörmətlə
qarşılayıb, çoxsaylı suallarımızı məmnuniyyətlə
cavablandırdı, hətta Mədəniyyət Mərkəzinin
otaqlarını bizimlə birlikdə gəzdi. Bildirdi
ki, Mədəniyyət Mərkəzi
İranın Azərbaycandakı səfirliyinin tərkibində,
özü də iki
ölkə arasında bağlanmış müqavilələr
əsasında fəaliyyət göstərir: «Fəaliyyətimiz
dövründə xalqlarımız arasında mövcud
olan qədim mədəni əlaqələri
daha da zənginləşdirməyə
çalışmışıq. Məsələn,
dövlətlərimizin müvafiq
qurumları arasında əldə edilən anlaşmalar
əsasında qarşılıqlı olaraq
2011-ci ildə İranın Tehran və Təbriz
şəhərlərində Azərbaycan, ötən il isə Azərbaycanın Bakı və Gəncə
şəhərlərində İran mədəniyyət
günləri keçirmişik.
Həmin tədbirlər çərçivəsində sərgilər
təşkil olundu, rəsm əsərləri,
xəttatlıq nümunələri, taxta,
şüşə üzərində əl işləri və
sair sərgiləndi. Eləcə də sənət
adamlarımız, müğənnilər dəvət olunmuşdu, gəlib Bakıda və Gəncədə
konsert proqramları ilə çıxış
etdilər. Hazırda dövlətlərimizin Mədəniyyət
nazirlikləri arasında danışıqlar gedir
ki, gələn il
yenidən bu cür mədəniyyət
həftələri və ya günləri
keçirilsin».
Rəngarəng elm ocağı
Cənab Nuri bildirdi ki, hazırda mərkəzin nəzdində çox zəngin kitabxana fəaliyyət göstərir. Hansı ki, rəflərində fars və Azərbaycan dillərində kitablarla yanaşı, ərəb, ingilis və sair dillərdə əsərlər saxlanılır: «Oxucularımız da çoxdur, özü də bura əsasən universitet tələbələri, akademiyanın Şərqşünaslıq İnstitutundan elmi işçilər gəlirlər. Çünki elmi sahədə onlara lazım olan fars dilində bir çox kitabları burada asanlıqla tapıb oxuya bilirlər». O əlavə etdi ki, Mədəniyyət Mərkəzi həm də bir çox əsərləri fars dilindən azərbaycancaya və ya əksinə, Azərbaycan dilindən farscaya çevirərək çap da edir. Məsələn, iranlı alim, cənab Mollayi tərəfindən yazılan bir kitab Mədəniyyət Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin müştərək köməkliyi ilə çap olunub və Şeyx həzrətlərinin də iştirakı ilə geniş təqdimat mərasimi keçirilib. Onun fikrincə, hətta elə əsərlər var ki, onları həm İran, həm də Azərbaycan vtəndaşları oxuyub, bilməlidirlər. Ona görə də belə kitabların tərcüməsinə maddi dəstək verirlər: «Məsələn, Firdovsinin iki cilddən ibarət «Şahnamə»si rəhmətlik professor Mübariz Əlizadə tərəfindən farscadan Azərbaycan dilinə tərcümə olundu və biz səfirliyin Mədəniyyət Mərkəzi olaraq həmin əsərin çap xərcini ödədik. Həmçinin Füzulinin divanının çapına da maddi dəstək vermişik. Bundan əlavə, şair Fazilin «Səfərnamələr»ini Azərbaycan dilində çap etdirmişik. Amma istəyirik həmin kitabı fars dilinə tərcümə etdirərək yaxın gələcəkdə İranda da yayımlayaq. Yəni hər iki dildə danışan xalqlar bu əsəri oxuya bilsinlər. Düşünürük ki, Novruz Bayramına dair kitabların tərcüməsinə başlayaq. Məsələn, İranda çap olunmuş «Şəbi Çelle» kitabının Azərbaycan dilinə çevrilməsi əhəmiyyətlidir».
Bildiyimiz kimi, 100 il əvvələdək uzun
müddət Azərbaycanda dədə-babalarımız ərəb
əlifbasında yazıb-yaradıblar. Ona
görə də hələlik, əllərdə çox sayda tədqiq
olunası qədim əlyazmalar qalır. Görəsən,
hansısa vətəndaş fərdi surətdə Mədəniyyət
Mərkəzinə əlindəki həmin əlyazma ilə
müraciət edibmi? Cənab Nuri bildirdi ki,
yox, belə fakt
olmayıb. Çünki Azərbaycan vətəndaşları
bu cür
tapıntılarını Akademiyanın Əlyazmalar İnstitutuna təqdim edirlər. Mədəniyyət
Mərkəzi isə həmin elm
ocağı ilə qanunlar çərçivəsində
əməkdaşlıq edir.
Mərkəz rəhbəri
bildirdi ki, onlar Azərbaycanda keçirilən beynəlxalq
sərgi və konfranslarda İran
tərəfin fəal iştirakını təmin edir. Məsələn, bu il Bakıda beynəlxalq kitab
sərgisi təşkil olunmuşdu və
mərkəz həmin tədbirə çox
sayda kitab göndərib.
Hətta sərgidən sonra göstərdikləri
aktivliyə görə Azərbaycanın Mədəniyyət
Nazirliyindən təşəkkür də eşidiblər.
Təmənnasız dil öyrədilir
Mədəniyyət Mərkəzinin
nəzdində uzun müddətdir fars dili kursları da fəaliyyət göstərir.
Maraqlıdır, kim istəsə həmin
kurslara yazıla bilərmi və bunun üçün nə
qədər bu dili
öyrənmək istəyən istənilən şəxs gəlib
kurslarda iştirak edə
bilər. Onu da deyim ki, kursları bitirənlərə
diplom verilir. Eləcə
də bizdə Quran kursları mövcuddur. Hətta bizdə fəaliyyət
göstərən kompüter kurslarına
qatılmaqla müasir texnoloji
biliklərə yiyələnmək də mümkündür.
Yeri gəlmişkən,
xatırladım ki, İran
səfirliyinin nəzdində Bakıda «Şəhriyar Evi» açılıb ki, ora müraciət edən vətəndaşlar
kompüter
kurslarına, eləcə də toxuculuq
siniflərinə yazıla, eyni zamanda, incəsənətin sirlərini öyrənə
bilərlər.
Dil kurslarında fars hərfləri
ilə yazıb-oxumaq, şifahi
danışıq və fars ədəbiyyatı
üzrə dinləyicilər təhsil alır. Fars əlifbası ərəb əlifbası
ilə oxşar olduğundan
Quranı oxuyub pul
ödəməlidir? Cənab Nuri bildirdi ki, burada
dil öyrənmə haqqı çox aşağıdır və hətta
belə demək mümkündürsə, orada
pul alınmır: «Onlar
kurslara yazılanda cəmi 5 manat ödəyirlər. Bu
isə indiki qiymətlərlə
müqayisədə gözə görünmür.
Çünki niyyətimiz dil
kursları açmaqla pul
qazanmaq yox, insanlara kömək etməkdir. Bir çox insan var ki,
işləri ilə bağlı fars dilini başa düşməli
və ya danışmalıdır, ona görə də çətinlik çəkir.
Bu cür adamlar kurslarımızda üzləşdikləri
bu cür çətinlikləri
aradan qaldıra bilərlər. Amma təəssüf ki, yerimiz darısqaldır, ona
görə də kurslara çox
adam cəlb edə bilmirik».
Filmlər tərcümə olunur
Ekranlarda İran filmlərinə
çox baxmışıq.
Maraqlıdır, gələcəkdə də yeni
filmləri seyr edə biləcəyikmi? Mərkəzin
sədri dedi ki, geridə
buraxılan illərdə bir çox İran filmi Azərbaycan dilinə tərcümə
edilərək telekanallar vasitəsilə
tamaşaçıların ixtiyarına təqdim olunub. Məsələn, İmam
Əli filmi, imam Rzadan bəhs edən «Vilayəti eşq» serialı və sair
məhz burada tərcümə edilib. Hətta hazırda Mədəniyyət Mərkəzində
həmin filmlər disklərə yazılmış formada mövcuddur. Kim istəsə həmin diskləri aparıb, baxa bilər.
Maraqlıdır ki, İran və Azərbaycan
xalqları minillər boyunca bir bölgədə yaşadıqları,
xeyir-şərləri bir olduğu
üçün iki
ölkə bir-birinə qırılmaz tellərlə
bağlıdır. Bu baxımdan eyni adət-ənənələrə malik xalqların əsrlərdən
süzülən dostluğunu müştərək
filmlərin diliylə müasir nəsillərə
çatdırmaq yaxşı olmazdımı? Cənab Nuri də bu məsələdə
bizimlə həmfikirdir. Onun sözlərinə
əsasən, əslində ölkələrimizin
kinematoqrafçıları artıq bu
müstəvidə böyük layihələr
həyata keçiriblər. Məsələn, «Cavad xan» filmi
buna əyani sübutdur.
Bundan başqa, iki ölkə kinematoqrafçıları
birlikdə narkotik qaçaqmalçılığı
və ona qarşı mübarizədən
bəhs edən film çəkiblər. Yəqin
ki, bundan sonra da birgə çəkilmiş
çox sayda filmlərə
baxa biləcəyik.
Xalqları birləşdirən körpü
Bildiyimiz kimi, səfirliyin Mədəniyyət
Mərkəzi ölkələrimiz arasında alimlərin, mədəniyyət
adamlarının birgə konfranslarını,
görüşlərini də təşkil etməkdədir.
Məsələn, Mərkəz İmam Rzaya həsr olunmuş
şeirdemə tədbirlərinə Azərbaycandan da nümayəndələrin getməsinə
yardım göstərir: «Bundan əlavə,
hərtərəfli köməyimiz sayəsində Azərbaycan
təmsilçiləri Urmiyada keçirilən
tədbirdə də iştirak ediblər.
Azərbaycanda keçirilən tədbirlərə də İrandan qonaqlar gətiririk.
Başa düşürük
ki, elmi-mədəni sahələrdə bu cür ünsiyyətlərin
qurulması hər iki dövlətin daha da
yaxınlaşmasına kömək edir. Bir məlumatı da
çatdırım ki, yaxın vaxtlarda İranda beynəlxalq
kino festivalı təşkil olunacaq. Ora dünyanın
hər yerindən kino xadimləri çəkdikləri
filmlərlə birlikdə təşrif buyuracaqlar.
Biz də öz növbəmizdə
Azərbaycanın Mədəniyyət Nazirliyinə müraciət
ünvanlayaraq həmin festivala
dəvət etdik. Nazirlik
də festivalda nümayiş
olunması üçün Mədəniyyət
Mərkəzinə bir kino
təqdim etdi və biz
onu dünən İrana
- film festivalının təşkilatçılarına
göndərdik».
Artıq il sona yetir,
növbəti ildə ölkələrimiz arasında mədəniyyət
sahəsində hansı tədbirlərin keçirilməsi
planlaşdırılır? Mədəniyyət Mərkəzinin
sədri bildirdi ki, bu il Bakıda -
İçərişəhərdə Novruz
təntənəsi keçiriləcək: «Bunun
üçün Novruz
Bayramını keçirən ölkələrin
iştirakı ilə böyük şənlik
təşkil olunacaq, hər ölkə üçün çadır qurulacaq.
O cümlədən İran da dəvətlidir və həmin bayramda bu ölkə milli folkloru, mədəniyyəti
və incəsənəti ilə təmsil olunmaq
fikrindədir».
Vüsal Tağıbəyli
Həftə
içi.- 2013.- 14-16 dekabr.- S.4.