Bəyimxanım Vəliyevanın
ilk solo konserti
Xanəndə Bəyimxanım Vəliyevanın
ilk solo konserti keçirilib.
Hafta.az-ın məlumatına görə, iki
saat davam edən
konsertdə müğənni canlı ifaları ilə
tamaşaçıların könlünə oxşayıb.
“Yollara yağış yağır” adlı
solo konsertdə Bəyimxanım ifa etdiyi 19 əsər içərisində
xalq mahnıları olduğu kimi bəstəkar musiqiləri də
səslənib. Müğənni
konsertini Cahangir Cahangirovun “Ana kür” mahnısı ilə açıb.
Davamında royalda Fəridə
Hüseynovanın müşayiətilə “Dəli kür” filmindən dinlədiyimiz
mahnıları səsləndirib. Bəyimxanım sənətində
imzası olan Sona Vəliyevanın
yazdığı estrada
mahnılarını da ifa
edib. O, həmçinin muğam
sevənlər üçün “Şirvan şikəstəsi” və
“Caharğah”ı da oxuyaraq
gurultulu alqışlar alıb.
Bəyimxanımı
səhnədə iki ansambl
müşayiət edib. 11 nəfərdən
ibarət, Ələkbər Ələkbərovun bədii rəhbəri
olduğu “Xalq
çalğı” ansamblı və 6 nəfərdən ibarət
“Hicaz” estrada
ansamblı idi.
Bəyimxanım solo ifaları ilə yanaşı, duetlər də
nümayiş etdirib.
O, öncə səhnəni Xalq artisti Samir Cəfərovla
bölüşərək, bəstəkar Ramiz
Mirişlinin “Səadət”
mahnısını birgə ifa ediblər.
Ardınca isə vəd edildiyi kimi səhnəyə məşhur meyxana ustası Namiq Qaraçuxurlu çıxararaq gecənin səbəbkarı
ilə “Qəmli qadın” mahnısını duet
şəklində təqdim etdilər. Onu
da xatırladaq ki,
Namiqlə Bəyimxanımın ifa etdiyi mahnı daha öncə
meyxanaçının repertuarında yer
almışdı. “Qəmli qadın” mahnısının musiqisi Ruslan Səfəroğluna
sözləri isə elə gecədə qonaq
qismində də iştirak edən Sona Vəliyevaya məxsusdur.
Gecəyə
bir çox
ziyalılar qonaq qismində
qatılmışdı. Onların sırasında Prezident Administrasiyası ictimai-siyasi
şöbəsinin müdiri Əli Həsənov,
Metropolitenin rəisi Tağı Əhmədov,
Milli Məclisin üzvü
Novruz Aslan, Mətbuat
Şurasının sədri Əflatun Amaşov
və digər ziyalılar da var. Gecədə həmçinin Milli
Konservatoriyanın rektoru Siyavuş
Kərimi, xalq artistləri Ağaxan
Abdullayev, Arif Babayev, Zabit Nəbizadə,
Zamiq Əliyev, Ramiz Mirişli, əməkdar incəsənət
xadimləri Tahir Əkbər, Nailə Mirməmmədli,
xanəndələr Qəzənfər Abbasov,
Almaz Orucova, Bahar Lətifqızı, əməkdar
artistlər Firuzə İbadov, Gülyaz və Gülyanaq
bacıları, aktyor Fuad
Poladov, aparıcılar Zaur
Kamal, Anar və digər
qonaqlar da
qatılmışdır.
Konsertdə
çıxış edən Ağaxan Abdullayev və Novruz Aslan müğənninin sənətini böyük qiymətləndirdiklərini qeyd edib ona
bu yolda uğurlar diləyiblər.
Konsert zamanı “İncilər” media
qrupu tərəfindən hazırlanan video çarx nümayiş olunub. Videoda ifaçının kiçik
yaşlarından bu günə qədər
qazandığı uğurlar və keçdiyi sənət yolundan
ən xırda detallar belə yer almışdı.
Gecənin
aparıcısı Lətafət Ələkbərova idi.
Konsert bitdikdən sonra Bəyimxanım
öz fikirlərini bizimlə bölüşdü: “Çox
həyəcanlı idim. Məni ən çox narahat edən
saraydakı yerlərin boş qalması idi. Qorxurdum ki, birdən tamaşaçı az olar və mən
çıxış etməyə utanaram.
Amma səhnəyə çıxandan sonra gördüm ki, hər şey
yaxşıdır. Bu konsertdə uzun zamandır hazırlaşırdım. Vətənimdə
baş tutan ilk konsert mənim üçün həm də bir
sınaq idi. Ümid varam ki,
tamaşaçılar bəyəndi. Çox
şükür bundan
da alnı açıq
çıxdım. Təbii ki göydə
Allah yerdə də yaxşı
insanların sayəsində. Hər kəsə dərin təşəkkürümü
bildirirəm”.
Rəsul Vahid
Həftə
içi.- 2013.- 24 dekabr.- S.8.