“Övladlarımın dördünün də adı muğam adlarıdır”
“Qarabağ bülbülləri”nin bədii rəhbəri: “Mən 24 il ərzində şənbə-bazar və bayram günlərində belə istirahətin nə olduğunu bilməmişəm”
Mədəniyyətimizin beşiyi sayılan Ağdam şəhərində vaxtilə musiqi təhsil ocaqları olub ki, onların yetirmələrinin şöhrəti dünyanın hər yerindən gələrdi. Həmin məktəblər Ağdamdan kənarda olsa belə, bu gün də yaşayır. Belə məktəblərdən biri də paytaxtın Biləcəri qəsəbəsində yerləşən 284 saylı tam orta məktəbin binasında məskunlaşmış Xan Şuşinski adına Ağdam Uşaq Muğam Məktəbidir.
Məktəbin direktoru, “Qarabağ
bülbülləri” ansamblının bədii rəhbəri, əməkdar
mədəniyyət işçisi Rafiq Rüstəmovla müsahibəyə
yollanarkən bu təhsil
ocağının həyətindəki insan
seli bizi təəccübləndirdi.
Binaya yaxınlaşdıqca həzin və
ezazkar səs daha
aydın eşidilirdi. Az sonra
məlum olur ki, müəllimlər
və həmin ərazidən keçən sakinlər məktəbin
həyətinə toplaşıb “Qarabağ
bülbüllər”inin “Şur”
muğamına qulaq asırmışlar.
1986-cı ildən Xan Şuşinski
adına Ağdam Uşaq
Musiqi Məktəbinin nəzdində
yaradılmış “Qarabağ
bülbülləri” ansamblı Yeni il şənliyinə
hazırlaşırmış.
Nəhayət,
içəri keçib Rafiq
Rüstəmovu soraqlayırıq. Bizi
otağına dəvət edən direktorla
hal-əhval tutduqdan sonra
məcburi köçkün məktəbinin
indiki durumu, gələcəyi
barədə söhbətə başlayırıq:
- Ağdamın işğalının 20-ci ilinin tamam olduğu 2013-cü il də arxada qalır. Bu 20 il ərzində tanınmış sənət adamlarından kimlərsə sizin məktəblə maraqlanıbmı?
- Heç kəsə sirr deyil ki, Xan
Əminin adını daşıyan məktəb bu gün də öz şöhrətini qoruyub
saxlayır. Çünki musiqi
ocağında Qarabağın tanınmış xanəndələri
Barat Fərhadov, Baxşeyiş
Hüseynov kimi
dünyaşöhrətli sənətçilər bu məktəbdə yeniyetmələrə muğamın sirlərini, səhnə
mədəniyyətini öyrədirlər. Xanın
adını daşıyan musiqi məktəbinin
yetirmələri də elə Xan kimi olmalıdır. O ki
qaldı sualınıza, bəli, Azərbaycanın bir sıra Xalq və
Əməkdar artistləri, eləcə də sənət
adamları bizim məktəbin yetirmələri
olublar. Yetirmələrimiz var
ki, onlar Heydər
Əliyev Fondu tərəfindən
keçirilən “Muğam” müsabiqələrinin,
“Ulduz” yarışmalarnın qalibi olublar. Məktəbimizin
qapısı hamının üzünə
açıqdır. Tanınmış sənətçilərimizdən
respublikanın Xalq artistləri Ramiz Quliyev, Mənsum İbrahimov, xanəndə Qəzənfər Abbasov, Mədəniyyət və Turizm Nazirliyinin təhsil
şöbəsinin müdiri Yaşar Əliyev, əməkdar mədəniyyət
işçisi Səyid Hacıyev məktəbimizlə
sıx əlaqə saxlayır və istedadlı yeniyetmələrə
öz dəyərli məsləhətlərini
verirlər.
- Musiqi məktəbləri arasında sizin rəhbərlik etdiyiniz məktəb xüsusilə seçilir. Buna səbəb nədir?
- Məktəbimiz 1985-ci ildən fəaliyyət göstərir. O vaxtları Qarabağın kəndlərinə düşüb istedadlıları axtarıb musiqi məktəbinə cəlb edərdik. Ən gözəl ifaçılar da elə Qarabağda yetişiblər. Baxmayaraq ki, Qarabağ işğal altındadır, amma biz keçmiş ənənəni bu gün də qoruyub saxlayırıq. Yeganə məktəbdir ki, burada sırf məcburi köçkün uşaqları təhsil alır. Bu səbəbdən də sənətçilər bizim məktəbə üz tuturlar. Xalq artisti, professor Ramiz Quliyev bu yaxınlarda məktəbimizdə oldu. O, xalq çalğı alətləri üzrə keçirilən müsabiqəyə namizəd olan şagirdlərlə üz-üzə oturub, onları müsabiqəyə hazırlaşdırırdı.
- Məktəbin nəzdində fəaliyyət göstərən “Qarabağ bülbülləri” ansamblının və yaratdığınız “Üçlük”ün səsi tez-tez xarici ölkələrdən gəlir. Özünüz gedirsiniz, yoxsa sizi özləri dəvət edirlər?
- Öhdəmə
düşən vəzifəmi öz
şəxsi işimdən, yeri gələndə
evimdən, ailəmdən üstün
bilmişəm. Mən 24 il ərzində
şənbə-bazar və bayram günlərində
belə, istirahətin nə olduğunu
bilməmişəm. Bizdə şənbə-bazar və bayram günləri yoxdur,
çalışırıq ki, milli-mənəvi
dəyərlərimiz olan
muğamlarımızın sirlərini yüksək səviyyədə
gələcək nəsilə öyrədək. Mənim üzərimdə bu gün də böyük
məsuliyyət var, övladlarımın
dördünün də adı muğam adlarıdır: Şahnaz,
Rahab, Mahur və
Şüştər. Çünki mən
12 yaşımdan Ağdamın Xındırıstan kəndində
günün birinci
yarısını orta məktəbdə,
ikinci yarısını isə Cəlal
Əliyevin rəhbərlik etdiyi Ağdam şəhər Uşaq
Musiqi Məktəbində təhsili
almışam. Cəlal müəllim öz
iş otağında 5 il
mənə musiqi dərsi keçib.
Bu 5 il musiqi
təhsili aldığım dövrdə Cəlal müəllim
muğamlar haqqında o
qədər dərin fikirlər söyləmişdi ki, artıq uşaqlıq dövründən muğam mənim xobbim olub. Onun üçün
övladlarımın adlarını da elə
muğam adları qoymuşam.
Əldə etdiyimiz nailiyyətlər məhz
bu münasibətdən doğur,
dəvətlər də bundan irəli gəlir.
Muğam məktəbi də mənim
çəkdiyim əziyyəti yerdə qoymadı. Bu zəhmətin nəticəsidir ki, 22 xarici ölkələrdə
qastrolda olmuşuq.
Dövlət mənə əməkdar mədəniyyət işçisi fəxri adı verib.
O cümlədən, “Avropa”
Nəşrlər Evinin Mükafat
Komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərin
qorunmasında səmərəli fəaliyyətimə və
ölkədə keçirilən mədəni-kütləvi
tədbirlərində yaxından iştirakıma, cəmiyyətdəki
fəal ziyalı mövqeyimə, muğam məktəbləri və mədəniyyət
ocaqlarının müasir tələblər
səviyyəsində işinin
qurulmasında olan dəyərli elmi, vətənpərvərliklərinə,
torpağına, vətəninə sonsuz
sevgisinə, gənclərə vətənpərvər hisslərin
aşılamasında ümummilli lider Heydər Əliyev
ideyalarının sədaqətlə yerinə yetirilməsində
və Azərbaycan mədəniyyətinin inkişafında
göstərdiyi xidmətlərə görə “Qarabağ bülbülləri” ansamblın bədii
rəhbəri və “ilin ən
yaxşı muğam məktəbinin direktoru” kimi mən
“Qızıl medal”la
təltif olundum.
- 2013-cü il məktəbiniz üçün hansı uğurları ilə yadda qalıb?
- Yola salmağa hazırlaşdığımız
bir il müddətində
uğurlarımız çox olub. “Qarabağ
bülbülləri” ansabmlı İtaliya
səfərindən təzə qayıdıb. İtaliya
və Azərbaycan diplomatik əlaqələrinin
20 illik yubileyi ilə əlaqədar
Romada keçirilən mərasimdə Mədəniyyət
və Turizm Nazirliyinin
xətti ilə biz də iştirak
etdik. Xan Şuşinski adına Ağdam Uşaq Muğam Məktəbinin şagirdi
Əli Hacızadə həmin tədbirdəki ifası bütün zalı ayağa
qaldırdı. Yubileydə Xalq artisti Alim Qasımovun qrupu, eləcə də Xalq
artisti Teymur
Göyçəyovun rəhbərlik etdiyi
orkestrdə çıxış etdirdi.
Azərbaycanda elə bir dövlət tədbirləri
olmayıb ki, bizim məktəb
orda iştirak etməsin.
Hər bir tədbirdə də uğurla çıxış edərək, fəxri
diplom və fərmanlara, pul
mükafatlarına layiq görülmüşük.
- Televiziyalarla əməkdaşlıq hansı səviyyədədir?
- Televiziyalar
da bizimlə əməkdaşlıq edir. Yetirmələrimiz tez-tez
“Lider” TV-nin 1 saat 30 dəqiqəlik “Səhər
çağı” verilişində iştirak
edirlər. Bu yaxınlarda məktəbimizin
şagirdləri Əli Hacızadə, Rəvan
İsmayılov və Gündüz Nəcəfov
geniş proqramla
çıxış etmişdi. Hər iki yeniyetmənin gözəl səsləri var, inanıram ki, onlar gələcəyin ən gözəl
ifsaçılarına çevriləcəklər. Bu yaxınlarda “İTV”də böyük
konsert proqramı ilə çoxsaylı
tamaşaçılar qarşısında
çıxış edəcəyik. Eləcə də
“Lider”də “Səhər çağı” verilişinin
qonağı olacağıq. Məktəbin “Qarabağ
bülbülləri” ansamblının üzvləri Əli
Hacızadə, Gündüz Nəcəfov,
Rəvan İsmayılov, Günel
Tağıyevanın canlı ifaları səsləndiriləcək.
Qələndər Xaçınçaylı
Həftə
içi .- 2013.- 26 dekabr.- S.7.