İlin ən yaxşı bəstəkarı  

 

Bəstəkar Sevinc Tofiqqızı "The first 2013" mükafatlandırma mərasimində “İlin ən yaxşı bəstəkarı” adına layiq görülüb. Hafta.az-a açıqlama verən bəstəkar bildirib ki, mükafatı almaq onun üçün gözlənliməz olub: “Əslində, keçən il, yəni “The first 2012”də “ilin ən yaxşı aktrisası” mükafatını almışdım. Amma bəstəkaram, bu il gördüyüm işlərimi dəyərləndirib mənə bu mükafatı təqdim edən "Xəyal Production"a təşəkkürlərimi bildirəm”.

Qeyd edək ki, bəstəkar Sevinc Tofiqqızı bu il akademik Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi “Gözlərə nur verən mələk”, Atatürkə “Mənim Atatürküm” və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana mahnı bəstələyib. Eyni zamanda, S.Tofiqqızı Azərbaycanda ilk dəfə olaraq bəstəkar kimi kompozisiyalarından ibarət “Bir mələyin ürək səsi” adlı albom hazırlayaraq dinləyicilərin ixtiyarına verib. Onu da deyə ki, S.Tofiqızı bir çox filmlərə də musiqi bəstələyib. Onun bəstələrini Azərbaycanın bir çox məşhur müğənniləri də ifa edib.

 

Vüsal

 

Həftə içi.- 2013.- 26 dekabr.- S.8.