İqtisadiyyatımızın
2014 mənzərəsi
Vüqar Bayramov: «Ölkədə iqtisadi şaxələnmə proqnozlaşdırılsa da, 2014-cü il həm də qiymətlərin artması ilə yadda qalacaq»
Artıq köhnə il başa çatır. Bu həm də o deməkdir
ki, 2013-cü ilin
büdcəsinin son vəsaitlərini xərcləyirik.
Bir neçə gündən sonra isə yeni ilin büdcə vəsaitlərinin xərclənməsinə
başlanacaq.
Bəs, görəsən,
2014-cü il dövlət büdcəsi ilə
bağlı proqrozlar necədir? Ümumiyyətlə,
gələn il ölkənin iqtisadi mənzərəsi necə
proqnozlaşdırılır?
Məsələni
«Həftə içi»nə şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, 2014-cü ilin dövlət büdcəsi iqtisadiyyatın
şaxələndirilməsi baxımından atılan ən ciddi addımlardandır. Onun sözlərinə
görə, yeni ilin
büdcəsində ilk dəfə olaraq neft gəlirləri
70 faizdən az olacaq:
«Büdcədə neft gəlirləri 65 faiz, qeyri-neft sektorundan gələn gəlir isə 30-35 faiz təşkil edəcək. Bu
da neft ölkəsi üçün kifayət qədər ciddi rəqəmdir. Eyni zamanda, bu əsas iqtisadi göstərici kimi
ÜDM-də də özünü
göstərir. Belə ki, ÜDM-də qeyri-neft sektorunun payı ilk dəfədir ki, 60
faizdən çox olacaq.
2014-cü ildə qeyri-neft sektorunun
ÜDM-də payı 61,5 faizdən çox
olacaq. Bu, o deməkdir ki, ÜDM-də
neft sektorunun payı
40 faizdən az olacaq,
həm ÜDM-nin, həm də büdcənin
strukturu baxımından Azərbaycan
2014-cü ilin büdcəsi ilə
iqtisadiyyatın şaxələndirilməsi baxımından ciddi addımlar atacaq.
Bu, iqtisadiyyatın şaxələndirilməsinin
başlanması və büdcənin daha real olması deməkdir».
Neft istehsalı 43 milyon ton azalacaq...
Ekspert 2014-cü ildə Azərbaycanda daha az neft istehsalının proqnozlaşdırıldığını da vurğulayıb. Vüqar Bayramovun hesablamalarına görə,
gələn il
Azərbaycanda təqribən
43 milyon tondan az neft istehsal
olunacaq ki, bu da neft
istehsalının 2014-cü ildə azalacağından
xəbər verir. Amma onun fikrincə,
iqtisadiyyatın şaxalənməsi
qeyri-neft sektorunun inkişafına təkan verəcək: “Yəni neftin azalması fonunda qeyri-neft sektorunun inkişaf etdirilməsi praktiki olaraq iqtisadiyyatin şəxələndirilməsi üçün geniş imkanlar açacaq. Ümumilikdə isə biz
gələn il
qeyri-neft sektorunda təqribən 11 faizlik artım proqnozlaşdırırıq.
Bu, o deməkdir ki, gələcək illərdə Azərbaycan
iqtisadiyyatının neftdən
asılılığının aradan qaldırılması
mümkün olacaq».
Azərbaycanda 2014-cü ilin həm də
qiymətlərin artması
ilə yadda qalacağını diqqət
çəkən Vüqar
Bayramov qeyd edib ki,benzinin
qiymətinin artması
və gələcəkdə
tənzimlənən qiymətlərə
yenidən baxılmasının
proqnozlaşdırılması istehlak bazarında qiymət artımlarına
səbəb olacaq:
“2014-cü ilin dövlət
büdcəsində xərcləmələrin
yüksək olaraq qalması dövlət büdcəsindən istehlak
bazarından daha çox vəsaitin daxil olmasına səbəb olacaq ki, bu da
öz növbəsində
qiymət artımlarına
gətirib çıxaracaq.
Ölkədə inflyasiya səviyyəsini
birrəqəmli həddə
proqnozlaşdırsaq ki,
inflyasiya artaraq təxminən 7-8 faizə
çatacaq”.
...Əvəzində qeyri-neft
sektoru güclənəcək
Ekspert onu da
deyib ki, 2014-cü ildə
2010-cu ildən başlanan qeyri-neft
sektorundakı ikirəqəmli artım tempi
qorunub saxlanılacaq və yeni
ildə ölkədə qeyri-neft
sektorundakı artım 10 faiz olacaq: «Nəzərə alsaq ki, ÜDM-nin
artımı 5 faiz olacaq,
bu o deməkdir ki, ÜDM-dəki artım daha
çox qeyri-neft sektorunun payına düşəcək. 2010-cu
ildən götürülən siyasət, yəni, qeyri-neft sektorunun
artımı siyasəti həm büdcədə, həm də
makroiqtisadi göstəricilərdə
özünü bariz
şəkildə ifadə edəcək. Dövlət büdcəsinin
gəlirlər hissəsinin strukturunda diqqət
çəkən başqa bir
məqam ondan ibarətdir ki,
artıq vergidən gələn gəlirlərdə artım var. 6 faiz bənd vergi gəlirlərinin payına düşür. Bir tərəfdən,
Dövlət Neft Fondu
tərəfindən ciddi azalma
var, təbii ki, yerli ekspertlər də bu
azalmaların tərəfdarıdır. Digər məqam odur ki, vergili
daxilolmalar artır. Bu
daxilolmaların 11 faiz artması dövlət
büdcəsi strukturunda kifayət qədər
müsbət dəyişikliklər baş
verməsi anlamına gəlir. Dövlət büdcəsinin gəlir
hissəsi vergili gəlir hesabına
formalaşır. Bunun ümumilikdə
payı dövlət büdcəsinin strukturunda
40 faizədək yüksələcək. Bu,
o deməkdir ki,
artıq hər 100 manatdan 40 manatı birbaşa vergilərin payına düşür. Bu da büdcə gəlirlərinin
dayanıqlığı baxımından olduqca
vacibdir».
Sevinc
Həftə
içi.- 2013.- 27 dekabr.- S.5.