Palçıq vulkanları ektoruzmə çevrilməlidir 

 

Adil Əliyev: «Həmin vulkanlara turistlərin cəlbi gəlirlərimizi artıra bilər»

 

Azərbaycanın ərazisi dünyada tanınmış palçıq vulkanları diyarıdır. Ona görə də həmin vulkanların istər təbii abidələr kimi, istərsə də turizmin inkişafı məqsədilə qorunması mümkündür.

AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri, əməkdar elm xadimi, geologiya elmləri doktoru, professor Adil Əliyev isə «Həftə içi»nə bildirir ki, palçıq vulkanları Şərqi Azərbaycanın ərazisində, Şamaxı-Qobustan əyalətində, Abşeron yarımadasında, CŞ Şirvanda, Cənub Xəzərdə, yəni Bakı arxipelaqında geniş yayılıb. Bakıdan cənub istiqamətinə, Ələt qəsəbəsinə tərəf getdikcə, yolun sağında bir çox görkəmli palçıq vulkanlarını görmək olar: «Onların arasında ölkədə neft sənayesinin inkişafı ilə tanınmış, dünyanın ən aktiv palçıq vulkanı olan Lökbatanı, Qaradağ rayonu ərazisində yerləşən, hündürlüyü 403 metr və Azərbaycanın ən böyük palçıq vulkanı olan Otmanbozdağ, Qobustana yaxınlaşanda Böyük Kənizədağ, Ələt qəsəbəsi ətrafında Daşgil, Bahar, Qoturdağ, Ayrantökən və sair vulkanları ziyarət etmək olar. Palçıq vulkanları ekoturizm obyektidir. Belə ki, vulkanlar tək alim-geoloqları deyil, digər sahələrdə işləyən mütəxəssisləri - geofizik, geokimyaçı, çoğrafiyaçıları, təbiətşünasları, həmçinin turistləri maraqlandırır. Onlar vulkanları görmək, yaxından tanış olmaq istəyirlər».

 

Vulkan mənşəli adaları gəmi ilə ziyarət etmək olar

 

Mütəxəssis qeyd edir ki, Qoturdağ palçıq vulkanı yeganə vulkanlardandır ki, onun yer səthinə arası kəsilmədən fəaliyyəti nəticəsində vulkan palçığının çıxarılmasını müşahidə etmək olar. Qobustanda, Abşeron yarımadasında, CŞ Şirvanın bir çox yerlərində yer səthinə bolluca neft çıxaran vulkanlara rast gəlinir: «Onlar çox qəribə görünən qır örtükləri, bəzən böyük gölməçələr əmələ gətirir. Lilli palçıqla neft və qaz çıxışları əcaib formada, müxtəlif arxitekturaya malik olan «axınlar» yaradırlar və nəticədə maraqlı mənzərə yaranır. Bundan əlavə, Xəzərin sahilində yerləşən və turistləri cəlb edəcək bir neçə aktiv fəaliyyətdə olan palçıq vulkanları da mövcuddur. Yay aylarında bu vulkanları «ziyarət» edənlərin sayı artır. Qobustan, Ələt və Salyanın sakinləri və bəzi xarici turistlər vulkana gəlib, günəş şüalarının təsiri altında palçıqdan müalicə vasitəsi kimi istifadə edib, sonra dənizdə çimirlər. Şamaxı rayonunda hər tərəfi yaşıllıq, çöl çiçəkləri ilə əhatə olunan bir sahədə Dəmirçi vulkanı yerləşir. Turistlərin bu vulkana yaz və yay aylarında getmələri daha məsləhətdir».

Bakı arxipelaqı ərazisində ada vulkanlarını görmək maraqlıdır. Orada 8 vulkan mənşəli adalar var. Onlardan sahilə yaxın olan 3 adanı - Xərə-Zirə, Qarasu Zənbil adalarını göstərmək olar: «Bir neçə saat ərzində gəmi ilə gedib, cəlbedici vulkanları görmək olar. Eyni zamanda yol üstü dənizdə estakadaları, neft-qaz mədənlərini seyr etmək mümkündür».

 

Xarici ölkələrdə palçıq vulkanları turist marşrutlarına salınır

 

Onun dediyinə görə, illər keçdikcə Azərbaycana gələn turistlərin sayı artır, onların da əksəriyyəti vulkanları görmək istəyirlər. Özəl qurumlar bu məsələ ilə məşğul olurlar: «Amma yaxşı olar ki, palçıq vulkanlarına turist marşrutlarının təşkili dövlət səviyyəsində, məsələn, Mədəniyyət Turizm Nazirliyi tərəfindən aparılsın. Mən bununla bağlı 2006-cı ildə rəsmi olaraq, nazirliyin turizm şöbəsinə 6 marşrut təqdim edib. Onlar Bakı-Ələt, Bakı-Salyan, Bakı-Şirvan, Bakı-Şamaxı, Bakı-Umbaki Bakı-Qobustan marşrutlarıdır. 2008-ci ildə «Azərbaycanın palçıq vulkanları» haqqında «Bələdçi» kitabçasını Azərbaycan, ingilis rus dilində nəşr edib, nazirliyə göndərmişəm. Çox təəssüf ki, bu məsələ hələ öz həllini tapmayıb».

Adil Əliyev vurğulayır ki, palçıq vulkanlarının beynəlxalq ekoturizmə cəlb olunması bu günün tələbidir: «Ərazilərində vulkanlar, o cümlədən palçıq vulkanı olan ölkələrin təcrübəsi göstərir ki, oradakı vulkanlar turist marşrutlarına salınır bu da həmin ölkəyə xeyli mənfəət gətirir. Güman edirəm ki, Azərbaycanın palçıq vulkanlarına getməklə turistlər, onların təkrarolunmazlılığına, unikallığına dəyərli qiymət verəcək, gördüklərindən mənəvi zövq alaraq, gözəl təəssüratla geri qayıdacaq vaxtsa buraya bir daha gəlmək arzusunda olacaqlar».

 

Xüsusi komissiya yaradılmalıdır

 

A.Əliyevin təklifinə dövlət qurumlarının rəsmilərinin mütəxəssislərin mövqeyini öyrənməyə çalışdıq. Tanınmış ekoloq Telman Zeynalov bildirir ki, bütün dünyada palçıq vulkanları ilə zəngin olan 4 ölkədən biri məhz Azərbaycandır. Bu baxımdan da vulkanların beynəlxalq ekoturizmə çevrilməsi mütləq lazımdır: «Yəni, bu sahəyə turistləri cəlb etmək, gəlirləri artırmaq əldə olunan maliyyə vəsaitləri hesabına digər sosial-iqtisadi problemləri çözmək mümkündür. Amma bu məsələ Adil Əliyevin dediyi kimi dövlət səviyyəsində həll olunmalıdır. Yəni Mədəniyyət Turizm Nazirliyinin, Ekologiya Təbii Sərvətlər Nazirliyinin, eləcə AMEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin əməkdaşlarından ibarət xüsusi komissiya yaradılmalıdır. Həmin komissiya palçıq vulkanları ilə bağlı marşrutların seçilməsi, turistlərin cəlbi, təbliğat işlərinin aparılması digər məqsədlər üçün məqsədyönlü fəaliyyət başlamalıdırlar. Bu yolla da gəlirlərimizin daha da artırılmasına, həmçinin Azərbaycanın dünya səviyyəsindəki nüfuzunun daha da artmasına nail ola bilərik».

Mədəniyyət Turizm Nazirliyinin Tədqiqat İşləri, Statistika Lisenziyalaşdırma şöbəsinin müdiri Mahir Qəhrəmanov isə Adil Əliyevin təklifini müsbət dəyərləndirsə , onun reallaşdırılmasının qanunvericiliklə qadağan olunduğunu vurğulayır: «Yəni, əsas palçıq vulkanları qoruq sahələrinə çevrildiyindən, bu ərazilərə insanların girişi fəaliyyəti qadağan edilib. Ona görə palçıq vulkanlarının beynəlxalq ekoturizm mərkəzinə çevrilməsi məsələsi bizim nazirliyimizdən asılı olan məsələ deyil».

 

Turizmin inkişafı naminə

 

Ekologiya Təbii Sərvətlər Nazirliyinin Bakı Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev qeyd edir ki, Azərbaycanda 352 palçıq vulkanı var onlardan 43-ü dövlət təbiət qoruğu kimi fəaliyyət göstərir: «Ölkə prezidenti «Bakı Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaradılması haqqında» 15 avqust 2007-ci il tarixli, 2315 saylı sərəncam imzalayıb. Nazirlər Kabinetinin 22 fevral 2008-ci il tarixli 53 saylı qərarı ilə isə bu qoruğun əsasnaməsi təsdiq edilib. Dövlət təbiət qoruqları səciyyəvi nadir təbiət komplekslərini obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərini hadisələrin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə elmi-tədqiqat idarələri statusuna malik ərazilərdir. Həmin qoruqlar respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Bu ərazilərdə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir, insanların burada fəaliyyəti məhdudlaşdırılır. Bu baxımdan dövlət qoruğu statusuna malik olan palçıq vulkanları ərazilərinə turizm marşrutlarının tərtib edilməsi üçün müəyyən məsələlər həllini tapmalıdır».

Nazirlik rəsmisi deyib ki, «Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqında» qanunun 19-cu maddəsinə əsasən, qoruq ərazilərində vətəndaşların bir çox fəaliyyəti, o cümlədən turizm fəaliyyəti qadağan edilir: «Bu səbəbdən Bakı Abşeron yarımadasındakı palçıq vulkanlar qrupu Dövlət Təbiət Qoruğuna Milli Park statusu verilərsə, o zaman həmin palçıq vulkanlarının marşrutları üzrə turistlərin fəaliyyətinə icazə verilə bilər».

 

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2013.- 19-27 mart.- S.8.