Türkiyəli solist jazz klubda konsert verdi

 

Martın 17-də Baku Jazz Centre- Oya Ergün konsert verdi. Konsertdə iştirak edən qonaqlar arasında Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşqun xanımı, millət vəkili Qənirə Paşayeva digər ictimai xadimlər var idi. Konsert 90 dəqiqə davam etdi.

 

 Bu müddət ərzində qonaqlar solistin ifasında “Time after time”, “How insensitive”, “Everytime we say goddbyekimi musiqi parçalarını dinlədilər. Oya Ergünü pianoda Franz Von Chossy, kontrabassda isə Ruslan Hüseynov müşayiət edirdi. Konsert qurtardıqdan sonra qonaqların xahişi ilə solist təkrar səhnəyə çıxdı. Konsertdən sonra səfir, millət vəkili digər qonaqlar solisti təbrik edib, ona gül dəstələri verdilər. Konsert haqda təəssüratlarını əməkdaşımızla bölüşən Oya Ergün ilk dəfə jazz klubda çıxış etdiyini bildirdi: “Bu çox həyəcanlı idi. Konsert salonlarında insanlar eləcə sakit durub adamın üzünə baxırlar. Burda isə hər kəs hərəkətli, fərqlidir. Çox xoşum gəldi. Dostum Qənirə xanıma, cənab səfirə digər qonaqlara məni bu gün tək qoymadıqları üçün təşəkkür edirəm”.

 

 

Murad Əhməd

 

Həftə içi.- 2013.- 19-27 mart .- S.8.