Türk dünyasının böyük ağsaqqalı 

 

Bəşər sivilizasiyası mütərəqqi fikirli dahi şəxslərin mübariz və yaradıcı əzmi ilə zənginləşib, inkişaf edib. Bu müqəddəs yolda dünya xalqları içərisində qədim dövlətçilik və mədəniyyət ənənələri ilə seçilən Azərbaycan xalqının yetirməsi olan dahi şəxslərin xidmətləri də çox olub. Onlar zaman-zaman xalqımızı, dövlətimizi yadelli istilalara baş əyməkdən qoruyub saxlamağa çalışaraq müstəqillik uğrunda daim çarpışıblar. Həyatının mənasını istiqlaliyyətə həsr edən və sələflərinin yolunu inamla davam etdirərək öz taleyini xalqımızın xoş gələcəyinə həsr ediblər.

 

Beynəlxalq aləmdə bütün türk dünyasının ağsaqqalı, zəmanəmizin ən böyük ictimai xadimi kimi qəbul edilən Heydər Əlirza oğlu Əliyev tarixi yaradan və yaşadan böyük azərbaycanlı, fenomen şəxsiyyət və ümummilli lider kimi çağdaş dünyamızın dahisidir. 90 illik yubiley təntənəsi hər birimizin, eləcə də dünyanın hər yerində məskunlaşmış soydaşlarımızın qürur mənbəyi və iftixarıdır. Fəaliyyətinin bütün dövrlərində Azərbaycanın bir dövlət kimi inkişafına, çiçəklənməsinə, müstəqilliyinə çalışaraq öz mübarizliyini davam etdirib.

Tarixdə müharibələr və yeni cəmiyyətlərin meydana gəlməsi kimi yadda qalan XX əsrin çətin geosiyasi vəziyyəti Azərbaycandan da yan keçməyib. Bu dövrdə ittifaq tərkibində tanınan respublikamız iqtisadiyyatın, sosial həyat tərzini bütün sahələrində çətin bir dövrü yaşamağa məruz qalmışdı. Bir tərəfdən, sovet sisteminin ağır tələbləri, digər tərəfdən mənfur erməni qüvvələrinə üstünlük verilməsi şəraitində “iddialı” ərazi tələbləri ölkədə xaos durumun yaranmasına təkan verirdi. Belə bir dövrdə respublika rəhbərliyinə birinci dəfə seçilən H.Ə.Əliyev xalqımızı və dövlətimizi qısa zaman kəsiyində çətin durumdan çıxarmağa müyəssər oldu.

1970-1980-ci illər Azərbaycan respublikası üçün əsl yüksəliş dövrü oldu. İqtisadiyyatın bütün sahələrində sənaye və kənd təsərrüfatında yeni-yeni müəssisələrin, birliklərin istehsal mərkəzlərin yaradılması və istifadəyə verilməsi respublikanın ittifaqda yüksək göstəricilərə nail olmasına səbəb oldu. Azərbaycanın hər bir guşəsi tikinti meydanına çevrilmişdi. Bu müqəddəs və şərəfli quruculuq işlərinə Heydər Əliyev özü şəxsən rəhbərlik edir və qayğı göstərirdi. Azərbaycanın şəhər və şəhər tipli qəsəbələri, kəndləri öz simasını dəyişərək müasir memarlıq üslubunda yeni yaşayış kompleksləri ilə əvəz olunurdu. Bir sözlə, bu qədim diyarın hər bir tərəfi müasirləşir, gözəlləşir və gəncləşirdi.

Respublikanın hər yerində yeni-yeni körpələr evi, ümumtəhsil ocaqları, xəstəxanalar, mədəniyyət və istirahət mərkəzləri, idman kompleksləri inşa edilib zəhmətkeşlərin istifadəsinə verilirdi. İnsanların asudə vaxtının səmərəli keçirilməsinə diqqət yetirən ulu öndər insan amilinə hörmətlə yanaşırdı. Hər yaxşı nə varsa, insan üçün ideyası Heydər Əliyevin prinsipi idi. Bu dövrdə zəhmət və əmək adamlarının xidmətləri dövlət tərəfindən layiqli qiymətləndirilir və mükafatlandırılırdı. Elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idman sahəsində qabaqcıl ziyalılar istər respublikanın, istərsə ittifaq əhəmiyyətli təltiflərə layiq görülürdü. Azərbaycan vətəndaşının zəhmətinə, fəaliyyətinə və yaradıcılığına verilən bu qiymət ulu öndərin Azərbaycanı və Azərbaycançılığı nə qədər yüksək sevdiyinin və yaşamasının bariz təzahürü idi.

XX əsrin sonu beynəlxalq aləmdə sosializmin iflası və yeni cəmiyyətin formalaşmasına doğru atılan addımlar ittifaq tərkibində olan respublikalar üçün çox ağrılı keçdi. Dağıdıcı proseslərin, kataklizmin dərinləşməsi, ittifaqın varlığına son qoydu. Azərbaycan nəticə etibarilə öz müstəqilliyini bərpa etdi. İlk illər respublika rəhbərliyinin səriştəsizliyi, daxili qüvvələrin, qurumların iddialı tələblər, xarici qüvvələrin siyasət aləmində təzyiqləri idarəetməni acınacaqlı hala salmışdı. Ölkədə xaos vəziyyəti dərinləşir və hüquq normalarına hörmətsizlik baş alıb gedirdi. Asayişin pozulması dövlət nəzarətinin sıradan çıxması qarşısıalınmaz məqamların genişlənməsinə zəmin yaradırdı. Hakimiyyət uğrunda mübarizə və ayrı-ayrı qüvvələrin iddialı tələbləri, xalqın dövlətin müstəqil yaşamaq hüququndan üstün tutulurdu. Suverenmilli mənafeyə hörmətsizlik, saymamazlıq ölkəni çətin durumda üzləşdirmişdi. Xüsusən böyük dövlətlərin təhriki ilə erməni separatizminin vəhşət doğuran qəddarlığı sayəsində 1988-19900-cı illərdə 200 mindən çox soydaşlarımızın Qərbi Azərbaycandan əzəli torpağından qovulması və yerlərdə Sumqayıt, 20 Yanvar Bakı qırğınlarının törədilməsi faciəni daha da mürəkkəbləşdirirdi.

Bu dövrdə ümummilli liderimiz Heydər Əliyev Moskvada məhdud vəziyyətdə 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın başına gətirilən fəlakətləri kəskin tənqid edərək M.S.Qorbaçov rejimini pislədi və etirazını bildirdi. Respublika rəhbərliyi yaranmış bu faciənin qarşısını almaq, imperiyanın planlı və düşünülmüş siyasətinin də ziddinə getmək gücündə deyildi. Xarici qüvvələrin və erməni separatizminin müdaxilələri müstəqilliyimizin ilk dövrünü müharibə və təcavüz şəraitində yaşamasına təhrik olundu. Erməni militarizminin Dağlıq Qarabağda at oynatması əhalinin öz yurd-yuvalarından qovulması və 20 faiz ərazimizin işğal olunması respublika rəhbərliyinin fəaliyyətinin acı nəticələri idi.

Hadisələrin ağrılı inkişafı, qüvvələr arasında qarşıdurmaların kəskin xarakter alması vətəndaş müharibəsinin alovlanmasına gətirib çıxarmışdı. 1918-1920-ci illərdə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyətinin 23 aylıq acı taleyi yenidən gözlənilirdi. Bu ağır günlərdə respublikanın ağsaqqalları, ziyalıları, elm, mədəniyyət və incəsənət xadimləri yedilliklə vəziyyətdən çıxmaq üçün Naxçıvanda Ali Sovetin sədri Heydər Əliyevə müraciət ünvanlandırdılar. Xalqın yekdil təhriki ilə ikinci dəfə respublika rəhbərliyinə gətirilən ulu öndər bu çətin məqamda geniş dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti sayəsində qısa zaman kəsiyində dövlətçilik ənənələrini bərpa etdi, sabitliyin, nizam-intizam, əsayişin bərpasına müyəssər oldu. Bu tarixi qayıdış dünya aləmində və tarixşünaslıqda 15 İyun - Qurtuluş Günü kimi yad edildi və qəbul olundu.

Ümummilli liderimizin qayıdışı nəinki azərbaycanlıların, eləcə də bütün türk dünyasının sevincinə səbəb oldu. Qazax şairi Oljas Süleymanovun təbirincə: “1993-cü ilin iyun ayında bir neçə gündən sonra xalq Heydər Əliyev çağırmasaydı, ölkə daha çox insan və ərazi itirərdi”. Heydər Əliyevin Azərbaycana xilaskar kimi qayıdışı vətəndaş müharibəsinin, xalqın düşdüyü məhrumiyyətlərin qarşısını aldı.

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı ümumxalq səsvermədə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə köhnə sistemin metodları kökündən dəyişdirildi yeni şəraitdə xalqın mənafeyinə uyğun olaraq yeni yolların, idarəçilik metodların və mexanizmin həyata keçirilməsinə üstünlük verildi. Ulu öndər qlobal siyasətdə uzaqgörənliyi dövlətimizin hüquqi cəhətdən dünyəvi, potensiallarının formalaşmasına əsaslanaraq sürətli inkişafımızı bütün dünyaya nümayiş etdirdi. Heydər Əliyevin fəaliyyətinin ilk dövrləri respublikada müstəqilliyin qorunub saxlanılması, azərbaycançılıq, demokratik ənənələrin geniş miqyasına diqqət gücləndirildi. Beynəlxalq aləmdə dövlətimizin itirilmiş mövqelərinin bərqərar olmasına və Azərbaycanın siyasi arenada tanınmasına xüsusi önəm verildi. Dünyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi və mədəni əməkdaşlıq istiqamətində aparıldı. Alman xalqının ictimai xadimi Velle Brantın müdrik bir kəlamı: “Avropanın dilini bilmədən Avropa ailəsinə daxil olmaq mümkün deyil” ideyasına rəğmən dünya siyasətini mükəmməl bilən və bunu dövlətimizin inkişafında istifadə edən ulu öndər “Azərbaycan” kəlməsinə şübhə ilə yanaşan dünyanı Azərbaycan dilində danışmağı və bu qədim diyara hörmətlə yanaşmağı məcbur etdi.

Qərblə Şərqin qovşağında yerləşən strateji əhəmiyyəti və təbii ehtiyatları ilə zəngin ölkənin mənafeyi nəzərə alınmalı və regional layihələrin həyata keçirilməsinə dərhal başlanılmalıdır. “Əsrin müqaviləsi” ilə dünyanın diqqətini özünə cəlb edən “Bakı-Tiflis-Ceyhan” neft kəməri Azərbaycanın iqtisadiqlobal siyasətini yeni siyası müstəvidə suverenunitar dövlət kimi dünya arenasında tanıtdı. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi strategiya ölkəmizin hərtərəfli inkişafında böyük nailiyyətlərə səbəb oldu. Azərbaycan dünyanın inkişaf etmiş dövlətlər sırasına çıxdı. Müasir Azərbaycan Respublikasının memarı və yaradıcısı sayılan Heydər Əliyev dövlətimizin əsaslarını monolit dayaqlar üzərində qurub və müstəqilliyimizin sarsılmaz və əbədi qarantini müəyyənləşdirib. Beynəlxalq təşkilatların ümummilli liderimizin xarici siyasətdə uğurlu addımları bəyənilib və dəstəklənir. Dünya dövlətləri və bütün türk dünyası tərəfindən sevilən və hörmətlə yad edilən ulu öndərin siyasi kursunun layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası öz iqtisadi göstəricilərinə görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Ölkəmizin beynəlxalq aləmdə nüfuzu güclənir, mövqeyi daha da geniş miqyas alır. Bu gün respublikanın hər yerində sosial-iqtisadi inkişafın bütün sahələrində əldə edilən uğurlar həqiqətə çevrilibdir. Cənab prezidentinneft məqsəd deyil, iqtisadiyyatın başqa sahələrini inkişaf etdirməkdə vasitədir” fikri reallaşır. Yeni-yeni sənaye müəssisələrinin, istehsal şəbəkələrinin, mərkəzlərinin yaradılıb istifadəyə verilməsi buna layiqli cavabdır. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdirtarixi kəlamı bu gün özünü doğruldub.

Hazırda respublikamızın qlobal inkişafında “Regionların sosialiqtisadi inkişafı Dövlət Proqramı” aktual siyasət kimi əzmlə həyata keçirilir. Paytaxtımızın, kənd rayonlarımızın sosial həyat tərzi surətlə inkişaf edir. Sovet dönəmindən miras qalmış inzibati binalar, yaşayış kompleksləri müasir memarlıq üslublarında bərpa ediliryenisi ilə əvəz olunur. Artıq ənənəvi bir hal özünü bariz şəkildə göstərir. Ölkəmizin hər yerində yenimüasir körpələr evi, təhsil ocaqları, mədəniyyət və idman kompleksləri, istirahət mərkəzlərinin inşa edilib istifadəyə verilməsi bizə əsas verir ki, Azərbaycan sosial həyat tərzində inkişaf etmiş ölkələr sırasındadır və öndədir. Bu taleyüklü siyasətin inamla həyata keçirilməsində məqsəd ölkə başçısının fikri ilə: “Mənim bir məqsədim var – Azərbaycan xalqına xidmət etmək, Azərbaycanı möhkəmləndirmək, güclü ölkəyə çevirməkdir” – ideyası günün reallığına çevirilib.

Respublikamızın hərtərəfli inkişafında və onun dünya arasında tanınmasında Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti siyasətimizin ayrılmaz bir parçasıdır. Təhsildə, mədəniyyətdə, incəsənətdə əldə edilən uğurlar Azərbaycanın bu qədim diyarın sivilizasiyamızda ecazkar xidmətlərinin əsas amilidir. Müdriklər deyir qəlbi vətən sevgisionun xoş gələcəyi uğrunda çarpışan şəxslərin xidmətləri əbədiyyətə qovuşur və hər zaman günəş kimi öz diyarı üzərində şəfəq salır.

 

 

Natiq Cavadov,

“Sənayeavtomatika”

İstehsalat Birliyinin baş direktoru,

texnika elmləri doktoru, professor

  

Həftə içi.- 2013.- 4-6 may.- S.7.