Yeniləşən
Yeni Suraxanı
Paytaxtın
ən iri qəsəbələrindən olan Yeni Suraxanıda sosial infrastruktur layihələri
başa çatmaq
üzrədir
2011-2013-cü
il Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramı çərçivəsində paytaxtın Yeni Suraxanı qəsəbəsində bir sıra tikinti və
abadlıq işləri aparılıb. Yeni
çəkilmiş asfalt yollar,
salınan yaşıl parklar və tikilmiş sosial binalar qəsəbənin infrastrukturunu
tamamilə dəyişdirib. Qəsəbənin girəcəyində
isə ulu öndərin hakimiyyətə
gəldiyi günlə abidə kompleksi
ucaldılıb, ətrafda yaşıllaşdırma işləri
aparılıb.
“Həftə
içi”nin əməkdaşı Dövlət
Proqramının icra vəziyyəti ilə yaxından
tanış olmaq, mövcud çətinlikləri öyrənmək
məqsədilə Yeni Suraxanı qəsəbəsində
olub. Burada həmsöhbət
olduğumuz sakinlər 2011-2013-cü il Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramının icra vəziyyətindən
razılıqla danışıblar. Nüsrət Əliyev
adlı sakininin dediyinə görə, qəsəbənin
mərkəzində yenicə salınmış istirahət
parkında uşaq və yeniyetmələrin
istirahəti üçün hər cür şərait yaradılıb: “Bu parkda uşaqların
istirahəti üçün oyuncaqlar, karusel və yelləncəklər
quraşdırılıb. Parkda
yaşıl çəmənliklər salınıb, oturacaqlar qoyulub, fəvvarə
tikilib. Bir sözlə,
parkda sakinlərin və uşaqların
istirahəti üçün hər cür şərait yaradılıb”.
Yollar abadlaşır
Nüsrət
Əliyev son bir
neçə ildə qəsəbədə sosial
infrastrukturun müasirləşdirilməsi
istiqamətində aparılan tədbirlərdən də
ürəkdolusu danışıb. Onun
sözlərinə görə, ötən ildən bəri qəsəbənin
daxili yolları tamamilə
asfaltlanılıb, geniş və
yaraşıqlı küçələrdə gecə
işıqları quraşdırılıb. Yeni
Suraxanının paytaxta seçilən abad qəsəbələrindən biri kimi xarakterizə edən
müsahibimizin sözlərinə görə,
qəsəbədə böyük
abadlıq, tikinti və quruculuq
işləri aparılıb: “Dövlət Proqramı çərçivəsində
təkcə Yeni Suraxanıda yox, elə ətraf ərazilərdə çox işlər görülüb.
Həmçinin Yeni Suraxanı və Əmircan
qəsəbələrini birləşdirən yol
asfaltlanıb. O cümlədən Xanlar Ələkbərov
küçəsində və 89 saylı tam
orta məktəbinin həyətində
5000 kvadratmetr sahə asfalt
örtüklə örtülüb.
Ümumilikdə götürsək qəsəbə ərazisində
38000 kvadratmetr asfalt örtüyü salınıb. Qəsəbədaxili
yollar boyunca
işıqlandırma sistemi, yeni elektrik dirəkləri
quraşdırılıb, elektrik naqilləri
dəyişdirilib”.
Qəsəbənin
ağsaqqal sakinlərindən olan Salman kişi
də Dövlət Proqramı çərçivəsində
Yeni Suraxanıda bir çox problemlərin aradan
qaldırıldığını deyib.
Belə ki, çirkab
və qrunt sularının
axıdılması üçün nəzərdə
tutulan kanal bərpa edilib, Sabunçu Rayon Telefon
Qovşağı tərəfindən rabitə xətlərinin
yeraltı aparılması təmin edilib, telefon dirəkləri dəyişdirilib. Onun sözlərinə görə, Xanlar Ələkbərov, Mağaza,
Hüseynağa Hüseynov
küçələrində yaşayış evlərinin həyətlərində
abadlıq işləri aparılıb. Hətta
yolqırağı ərazilərdə fərdi evlərin həyətinə
açılan darvazalar da
rənglənib.
Sosial təminat diqqət mərkəzində
Yeni
Suraxanı qəsəbə icra nümayəndəsi
Vahid Danıyev də sadə vətəndaşların
bu təəssüratlarının təsadüf
olmadığını deyir. Onun sözlərinə
görə, aidiyyəti qurumların birbaşa
dəstəyi ilə qəsəbədəki sosial
problemlərin həlli istiqamətində çox
ciddi işlər görülüb.
İcra nümayəndəsi deyir ki, 50 saylı poçt şöbəsi üçün
yeni inzibati bina tikilərək istifadəyə verilib. Həmçinin qəsəbədə
72 ünvanda su kəmərlərində
baş vermiş qəza
hadisələri aradan
qaldırılıb. O, görülən tədbirlər
sırasında su təchizatının
yaxşılaşdırılması istiqamətində
atılan addımları xüsusilə qeyd
edirb: “Sıradan çıxmış
müxtəlif diametr ölçüdə
428 p/m metr
su xətləri dəyişdirilib.14 iyul küçəsindəki su
nasos stansiyasında əsaslı təmir
işləri aparılıb, köhnə avadanlıqlar yenisi ilə əvəz olunub.
Yuxarı Mədən küçəsində yerləşən
1000 kubmetr həcmli su
anbarı yuyularaq zərərsizləşdirilib,
bir ədəd d 200 mm siyirtmə dəyişdirilb, 6680 p/m kanalizasiya
şəbəkəsi, 80 quyu təmizlənilib.
Xanlar Ələkbərov küçəsində
isə 5 ədəd lyuk qapağı
quraşdırılıb. Yuxarı Mədən küçəsində
Dövlət Proqramına əsasən, yeni
kanalizasiya şəbəkəsi
quraşdırılıb”.
Qəsəbə nümayəndəsi
bildirib ki, Dövlət
Proqramı çərçivəsində Yeni
Suraxanıda 52799 pm müxtəlif diametrli yeni qaz xətti çəkilib, 3 ədəd şkaf və 50-ə yaxın sirtmə
quraşdırılıb, 1000 ədəd “smartkart”
tipli qaz sayğacı
qoyulub. Hazırda isə qəsəbənin
qaz təchizatının
yaxşılaşdırılması istiqamətində
işlər davam edir.
Onun sözlərinə görə,
hazırda qəsəbə ərazisində yerləşən
2 saylı Bərpa Müalicə Xəstəxanası
sökülərək, onun yerində müasir standartlara uyğun bina tikilir: “Səhiyyə Nazirliyi tərəfindən qəsəbədə
fəaliyyət göstərən 12 saylı Bakı Şəhər
Birləşmiş Xəstəxanasının binasında da əsaslı təmir və tikinti
işləri aparılır.101 saylı tam
orta məktəb üçün
əlavə korpus binası inşa olunur, artıq
binada tamamlanma işləri
gedir”.
Əsas problem binalarında istilik sistemlərinin olmamasıdır
Müsahibimiz qəsəbəyə
yeni su xətlərinin
çəkildiyini də
söyləsə də,
burada bəzi problemlərin qaldığını
da etiraf edib. Onun sözlərinə görə, qəsəbənin
Bakı-Aeroport yolunun
sol tərəfində yaşayış
massivində, Aşağı
qəsəbə küçəsində ,1-ci
Köndələn küçəsində
kanalizasiya xətti yoxdur. Bununla belə, bu problemlərin
də Dövlət Proqramı çərçivəsində
həll ediləcəyi
gözlənilir: “Harada ki,
kanalizasiya xətti çəkilməyib, orada
yol da əsaslı
təmir olunmayıb. Hazırda əsas çətinlik qış aylarında istiliyin olmaması ilə bağlıdır.
Qəsəbədə yerləşən 39 ədəd çoxmərtəbəli
yaşayış binasında
bu günə kimi istilik sistemi
yoxdur. Ən yarlı yerimiz
də elə budur. Proqramda qəsəbə ərazisində standartlara
uyğun istilik qazanxanasının tikintisi
də nəzərdə
tutulub”.
Vahid Danıyev onu da deyib
ki, məişət tullantılarının daşınması
ilə bağlı İxtisaslaşdırılmış-Sanitariya
Təmizlik və Kommunal Xidmətləri İdarəsi ilə müqavilə bağlanılıb. Onun sözlərinə görə, adıçəkilən
qurum tərəfindən
məişət tullantıları
vaxtlı- vaxtında daşınır.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2013.- 11-13 may.-
S.7.