Bu gün Ümumdünya Tolerantlıq günüdür
Ekspertlər Azərbaycanda özünəməxsus tolerantlıq nümunəsinin olduğunu bildirirlər
16 noyabr Ümumdünya Tolerantlıq günüdür. 1995-ci ildə UNESKO-ya üzv dövlətlər tərəfindən tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul olunub. 1996-cı ildə isə BMT Baş Assambleyası quruma üzv ölkələri hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimai arasında müvafiq tədbirlər keçirilməsinə çağırır.
Tolerantlıq prinsipləri
haqqında Bəyannamədə deyilir ki, bütün insanlar öz təbiətlərinə
görə fərqli olsalar da, dəyər və hüquqlarına görə
bərabərdirlər. Sənədə görə, dözümlülük dünyada
mədəniyyətlərin, özünü
ifadənin və insan şəxsiyyətinin
təzahürünün müxtəlifliyinin başa
düşülməsi, qəbul edilməsi və hörmət
göstərilməsidir. Dövlət səviyyəsində dözümlülük ədalətli və qərəzsiz
qanunvericilik, qanunçuluğa,
məhkəmə-prosessesual və inzibati normalara əməl edilməsi deməkdir.
Tolreantlıq hər bir insana
heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmasını tələb
edir.
Bəs, görəsən,
Azərbaycanda tolerantlıq hansı səviyyədədir?
Ölkəmizdə tolerant mühit
mövcuddurmu?
Məsələyə
münasibət açıqlayan ilahiyyatçı alim Elşad Miri bildirib ki,
bu gün Azərbaycan
Yer kürəsindəki ən demokratik dövlətlərə belə
nümunə ola biləcək bəşəri
bir tolerantlıq məkanıdır. Onun fikrincə, Azərbaycan həm də ənənəvi
dini icmaların konstruktiv
fəaliyyətindən və qarşılıqlı
ünsiyyətindən yaranmış dünyəvi hakimiyyət
və dövlət-din münasibətlərinin nadir modelinin
yarandığı ölkədir: «Müqəddəs islami dəyərlərdən bəhrələnib,
qarşılıqlı hörmət, faydalı ünsiyyət
və sarsılmaz əməkdaşlığa söykənən
tolerantlıq Azərbaycanda çox qədim
tarixi köklərə və zəngin ənənələrə
malikdir. Çünki
dövlətçilik tarixi ərzində
Azərbaycanda heç vaxt
antisemitizm əhvali-ruhiyyəsi olmayıb.
Yaşadıqları ölkələrdə
ağır təzyiqlərə və təqiblərə məruz
qalan müxtəlif məzhəb və din mənsubları xalqımızın
tolerantlığına, yüksək insanpərvərliyinə
əmin olduqları üçün məmləkətimizə
böyük inamla pənah
gətirib, ölkəmizi özləri üçün
ümid qalası, sığınacaq məskəni
hesab ediblər. Bu gün
bəzi dövlətlərin öz ölkələri
daxilində tolerantlıq mühiti yaratmaq üçün yollar aradıqları bir
dövrdə Azərbaycanda tolerantlığın sarsılmaz
təməl sütunlarına söykənib, dərin dayaqlara istinad etdiyi, gündəlik həyati reallığa çevrilib. Səmavi din
olan islam nəinki
özündən əvvəlki dinlərə qadağa
qoymayıb, əksinə, bütün dinlərə
hörmətlə, səbir, qayğı, şərəf və
izzətlə yanaşmağı, ayrı-ayrı dinlərə
etiqad edən bəşər
övladlarının vicdan
azadlığını, öz dini ayin və mərasimlərini
sərbəst icra etmək haqqının
toxunulmazlığını bəyan edib.
Məhz elə bu səbəbdən uzun əsrlər boyu Azərbaycanda
məskunlaşmış müxtəlif xalqlar
öz dini
etiqadlarını bu günədək qoruyub saxlaya biliblər».
Ölkə Konstitusiyası hər kəsə vicdan azadlığı verib
Millət
vəkili Sahibə Qafarova isə “Həftə
içi”nin əməkdaşı
ilə söhbətində deyib ki, dini zəmində
ayrı-seçkilik yaratmaq üçün fürsət gözləyən,
hər cür təxribata hazır olan bəzi qüvvələrin mövcud olduğu, müəyyən
cəhdlərin
müşahidə olunduğu indiki dövrdə birgə
yaşayışımızın yeganə resepti
dini dözümlülük
və tolerantlıqdır. Azərbaycanın çox
mürəkkəb coğrafi məkanda
yerləşdiyini xatırladan millət vəkili bildirir ki, regionda
təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Onun fikrincə, bütün bu məsələlərə rəğmən
Azərbaycan dini və milli
tolerantlıq baxımından bölgə dövlətləri
arasında liderlik edir:
“Ölkəmizin ətrafında və daxilində digər dinlərin
daşıyıcısı olan xeyli sayda millətlər
yaşayır. Azərbaycanda bütün
dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu münasibət,
təbii ki, inzibati metodlar hesabına
formalaşdırılmayıb və
formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli
ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil
etsə belə, onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni,
mənəvi dəyərləri, tarixi ənənələri
və bütövlükdə türk millətinin
xarakteri ilə bağlı olan məsələdir”.
Millət
vəkili onu da əlavə
edib ki, Azərbaycanda
müsəlmanlarla bərabər xristianlıq, iudaizm
və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş
və vətəndaşlığı olmayan
insanlar yaşayırş Burada
ənənəvi dini
bağlılıqları olmayan
toplumların, məsələn,
qaraçılarn da
yaşadığını deyən Sahibə Qafarovanın
fikrincə, hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində
insanlara cəmiyyət tərəfindən
radikal münasibət göstərilməyib:
“Azərbaycanda din dövlətdən rəsmən
ayrıdır. Lakin Azərbaycan
Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən,
hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə
münasibətini müstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə
bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Azərbaycanda müxtəlif
dini konfessiyalar tərəfindən
ibadət evlərinin tikintisinə və bərpasına fərqli
dini icmaların nümayəndələrinin
maddi və mənəvi dəstək verməsi
dövlət siyasətinin mühüm
prioritetlərindən biridir. Müsəlmanların
çoxluq təşkil etdiyi
Azərbaycanda xristian məbədlərinə
paralel olaraq yəhudi
sinaqoqları da bərpa olunub,
yeniləri inşa edilib”.
«Tolerantlığın Azərbaycan modeli var»
Məsələyə
münasibət açıqlayan millət vəkili Yevda Abramov bildirib
ki, həqiqətən də
tolerantlığın bir Azərbaycan modeli var. Özünün
yəhudi əsilli olduğunu xatırladan
millət vəkili yəhudilərə münasibətə,
onların yaşamına əsaslanaraq söyləyir ki, Azərbaycan
dövləti qədər nə MDB məkanında, nə də
bütövlükdə dünya
miqyasında tolerantlıq nümunəsi ola
biləcək dövlət yoxdur: “Həm konstitusiya yolu ilə, həm
də cəmiyyətin özünün ənənələri
ilə bütün millətlərə bir dözümlülük
nümayiş etdirilir.
Bütün millətlərin nümayəndəsi
Azərbaycanda özünü doğma hesab edə bilir. Ən önəmlisi olan
da budur. Çünki bunu başqa dövlətlərdə görə
bilmirəm. Bu gün
Bakı Dövlət Universitetində ivrit
fakültəsi var. Fransa
kimi dünyanın beşiyi
sayılan bir ölkədə isə yəhudi
qəbiristanlığı, sinaqoqları dəfələrlə
təhqir olunub. Azərbaycanda belə hadisələrə
heç zaman rast gəlinməyib. Ümumiyyətlə, Azərbaycanda
doğulub burada
böyüyən bir insan
kimi burada təkcə
yəhudilərə deyil, xristianlara
qarşı da mənfi münasibət
görməmişəm. Gözümü
açıb Qubada, Bakıda kilsə
görmüşəm. İstər dini,
istərsə də milli zəmində Azərbaycan
bütün dünya üçün açıq bir
dövlətdir".
Əsrlər boyu formalaşan miras
İlahiyyatçı
alim Nəriman Qasımoğlu isə mövzu ilə bağlı fikirlərini
bölüşərkən deyib ki, Azərbaycanda tolerantlıq mühitinin
mövcudluğu nə bu
günkü, nə də dünənki
nailiyyətdir. Bu əsrlər boyu formalaşan
mirasdır, Azərbaycan xalqının keçdiyi
tarixi yoldur. Onun sözlərinə görə, Azərbaycanın
coğrafi məkanında,
xalqımızın etnogenezində iştirak
edən müxtəlif xalqlar, əsasən
başlıca olaraq türklər bir sıra dinlərdən keçiblər: “Zərdüşt
dini, xristianlıq dini,
göy
tanrıçılığına inanc,
hətta bir qismi - Xəzər
türkləri var ki,
yəhudi dininə sitayiş ediblər. Sonradan islam və islama sahib çıxan xalqımız ən
müxtəlif dinləri özündə
yaşatdığına görə, şüuraltı şəkildə
onda başqa dinlərə
çox normal, dözümlü bir
tolerantlıq münasibət formalaşıb. Şübhəsiz
ki, bu tolerantlıq məsələsi
müəyyən tarixi dövrlərdə
zədələnmələrə məruz qalan anlarda Azərbaycanın
mütərəqqipərvər insanları o
ruhda tərbiyyə etməyə
çalışıblar ki, o nailiyyəti qoruyub saxlaya bilək. Onu da vurğulayım ki, Quran islamında tolerantlıq çox
böyük dəyər kimi
təlqin olunur. Dində məcburiyyət yoxdur. Şübhəsiz ki,
tolerantlığı qoruyub saxlayan dövlət qurumlarıdır və bu elə bir nailiyyətdir
ki, biz bununla
fəxr etməliyik".
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2013.- 16-18
noyabr.- S.6.