Bütün hüquqlar uşaqlar üçün... 

 

Azərbaycanda uşaq hüquqları ilə bağlı qanunvericilik bazası beynəlxalq konvensiyaların tələblərinə tam uyğundur

 

20 noyabr bütün dünyada Uşaq Hüquqları Konvensiyası günü kimi qeyd edilir. Bu Konvensiya qəbul edilənə qədər bir sıra vacib mərhələlərdən keçib. Belə ki, hüquq qanunları səviyyəsində ilk sənəd 1948-ci ildə BMT İnsan hüquqları Universal Bəyannaməsinin qəbul edilməsi olub. Lakin tezliklə beynəlxalq aləm uşaqların xüsusi ehtiyaclarının ayrıca qeyd edilməsi barədə yekdil bir fikrə gəlib. Bundan sonra 1959-cu ildə BMT Uşaq hüquqları Bəyannaməsini qəbul edib. Sənəd 10 hüquqdan ibarət olmuşonu imzalamış ölkələrdə qanunvericiliyə təsir göstərməyib.

1978-ci ildə isə Polşa hökuməti tərəfindən BMT-nin İnsan hüquqları Komissiyasına uşaq hüquqları haqda konvensiya təqdim olunub. 1979-cu ildə Beynəlxalq Uşaq Günü zamanı Komissiya işçi yaradıb. Bundan sonrakı 10 il ərzində uzun sürən diskussiyalar davam edib. Nəhayət 20 Noyabr 1989-cu ildə Uşaq Hüquqları Konvensiyası BMT-nin Baş Məclisinə təqdim edilib və qəbul olunub. Konvensiya 1990-cı ildə 20 dövlətin ratifikasiyasından sonra qüvvəyə minib. Qəbul olunduqdan sonra Konvensiya artıq 191 ölkə – yəni BMT-nin tərkibində olan ABŞ və Somali istisna olmaqla bütün ölkələr tərəfindən ratifikasiya olunub.

Konvensiyanın prinsip və standartları bütün ölkələr tərəfindən tanınıb və universal olaraq qəbul edilib. Lakin sənədin formal ratifikasiyası ilə onun effektiv tərzdə həyata keçirilməsi və istifadəsi arasında böyük vaxt çərçivəsi var. Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar bütün öhdəliklər ilk növbədə hər bir dövlətin üzərinə düşür. Sözügedən sənədi ratifikasiya edən dövlətlərin uşaq hüquqlarının təbliği və qorunması sahəsində apardıqları işləri və proqresi izləmək məqsədi ilə, Uşaq Hüquqları konvensiyasının 43-cü maddəsinə görə, BMT-də Uşaq hüquqları Komitəsi yaradılıb.

Qeyd edək ki, 1989-cu ildə qəbul olunmuş konvensiyanın məzmunu və əsas ideyası uşaq şəxsiyyətidir. Bununla yanaşı o, iştirakçı ölkələri uşaqlara öz vətəninin sosial-siyasi həyatında daha fəal iştirak etmək üçün şərait yaratmağa çağırır. Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər. Konvensiyada bu hüquqlar müəyyən əlamətlərə görə qruplaşdırılmayıb. Bununla belə, onları şərti olaraq dörd qrupa bölmək olar. Bunlardan yaşamaq hüququ önə çəkilir. Belə ki, bu qrupda uşaqların yaşamaq hüququbunun üçün zəruri olan tələbatlar əhatə edilir. Buraya müvafiq həyat standartları - sığınacaq, qidatibbi yardım almaq imkanları daxildir.

İkincisi inkişaf hüququ qrupudur. Bu qrupa uşaqların inkişaf potensialı - təhsil, oyunlar, asudə vaxt, mədəni fəaliyyət, informasiya almaq azadlığı, eləcə də söz, vicdandini əqidə azadlığı aiddir.

Müdafiə hüququ uşağın pis rəftardan, hörmətsiz münasibətdən və istismardan müdafiəsini təmin edən məsələləri əhatə edir. Nəhayət, iştirak hüququ qrupuna fikri sərbəst ifadə etmək, öz həyatı barədə rəy söyləmək, ictimai təşkilatlara qoşulmaq, dinc yığıncaqlar keçirmək kimi məsələlər daxildir. Bu hüquqlar qrupu uşaqlara qabiliyyətləri çatdığı qədər cəmiyyətin həyatında iştirak etmək imkanı verir, onlarda fəal vətəndaş mövqeyi formalaşdırır.

Bəs, görəsən, ölkəmizdə uşaq hüquqları ilə bağlı qanunvericilik bazası hansı səviyyədədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuata açıqlamasında bildirib ki, ölkəmiz 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ilin avqust ayında Konvensiyanın 2 Əlavə Protokoluna qoşulub.1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” qanun qəbul olunub. Onun sözlərinə görə, bu illər ərzində mütəmadi olaraq milli qanunvericiliknormativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilib: Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəldib. Uşaq sahəsində mövcud problemlərdən ən aktualı hesab edilən erkən nikah probleminin həlli məqsədilə 2011-ci ildə Milli Məclisdə Ailə Məcəlləsinə əlavə və dəyişiklik edilərək qızların nikah yaşının 17-dən 18-ə qaldırılması məsələsi gündəliyə daxil edilib və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın diqqəti sayəsində bu məsələ öz həllini tapıb».

 

Qanunvericilik bazası təkmilləşdirilib

 

Hicran Hüseynova vurğulayıb ki, Cinayət Məcəlləsinə əlavə edilən 176-1-ci maddə ölkədə erkən nikahların qarşısının alınmasında mühim addım rolunu oynayıb. Onun sözlərinə görə, həmin dəyişikliyə əsasən, Azərbaycanda nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə 3000 manatdan 4000 manatadək cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa 2010-cu ildə komitənin təklifi və yaxından iştirakı ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunu qəbul edilib. Həmin qanunda məişət zorakılığından əziyyət çəkən yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsi ilə bağlı müəyyən müddəalar mövcuddur. 2012-ci ilin mayında isə ölkə başçısı tərəfindən Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası təsdiq edilib. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

 

«Ölkədə vahid uşaq siyasəti həyata keçirilir»

 

Məsələyə münasibət açıqlayan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə deyib ki, ölkəmiz BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub: «Dövlətimiz bu konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün hər cür şərait yaradır. Ümummilli lider Heydər Əliyevin uşaqlara məhəbbəti hamı üçün ibrətamiz nümunədir. Bu, 1993-cü ildən sonra sözügedən sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatların aparılmasında da özünü göstərib”.

Kəmalə Ağazadə bu sırada "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunları da xüsusi olaraq qeyd edir. Onun sözlərinə görə, məhz 90-cı illərin ikinci yarısından sonra ölkədə qəbul olunan və həyata keçirilən onlarca dövlət proqramı uşaqlarla bağlı bütün problemlərin həllinə yönəldilmiş vahid bir siyasəti reallaşdırır: “Təsadüfi deyil ki, uşaqlara ali münasibət Azərbaycan Respublikasının Ailə Məcəlləsində də öz geniş əksini tapıb. Uşaqların qayğısına qalmaq, onları müdafiə etmək ailənin borcu olduğu burada bir daha vurğulanıb. Dövlət bu borcun necə yerinə yetirilməsinə daim nəzarət edir».

Ekspert bildirib ki, istər ailədə, istərsə də cəmiyyətdə uşaqların zorakılığa məruz qalması hallarına rast gəlinir: «Düzdür, dövlət hər bir uşağın mənafeyini yüksək tuturonu müdafiə edir. Azərbaycanda ailə, qadın və uşaq problemləri ilə məşğul olan xüsusi dövlət komitəsi də fəaliyyət göstərir. Lakin bütün bunlara baxmayaraq ölkədə zorakılığa məruz qalan kifayət qədər uşaq var. Bunun günahı isə ailələrlə yanaşı, həm də cəmiyyətdədir».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2013.- 20 noyabr.- S.6.