“Voroşilov
döş nişanını təqdim edəndə
dedi ki...“
Sədrəddin Ələsgərov: "Heydər Əliyevin köməkliyi ilə çox adamları türmədən azad elətdirmişəm"
Azərbaycanın bir əyalət rayonunda, kənd yerində yaşasa da, onu bütün SSRİ respublikalarının hamısında tanıyırdılar. Sadəcə "Çoban Sədrəddin" kimi! Halal zəhməti, əməksevərliyi ilə özünə də, Azərbaycanımıza da şan-şöhrət qazandırıb. Bir neçə xüsusiyyətlərinə, nailiyyətlərinə görə keçmiş SSRİ-də barmaqla sayıla biləcək qədər az sayda adamlardan biridir. Hələ 29 yaşında əvvəlcə "Lenin" Ordeni ilə təltif olunub, sonra isə "Sosialist Əməyi Qəhrəmanı" fəxri adına layiq görülüb.
"Çoban
Sədrəddin" kimi tanınan Sədrəddin
Ələsgərov indi Prezident
təqaüdçüsü olmaqla
yanaşı həm də Ağdam Rayon Ağsaqqalar
Şurasının sədridir. 85 yaşını tamamlamağa hazırlaşsa da,
özünü hələ cavan sayır Sədrəddin kişi:
"Özümü 25-30 yaşlı gənclərdən
zəif hiss etmirəm, qolum
hələ öz gücünü
saxlayıb. Özündən deyən oğul
varsa, çıxsın meydana"
deyir.
Beləliklə, "Lenin" Ordenli, "Sosialist Əməyi Qəhrəmanı", Prezident təqaüdçüsü, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Sədrəddin
Ələsgərovla müsahibəni təqdim edirik:
- Sədrəddin dayı, özünüzü necə
hiss edirsiniz?
- Mən dağ
adamı olmuşam, cavanlığın Dəlidağın,
Çilgəzin yaylaqlarında
keçib. Həmişə
at belində gəzmişəm,
əmlik quzunun ətindən yeyib Kəlbəcərin saf bulaqlarından su içmişəm. Cavan vaxtlarımda atı boynuma qaldırıb toylarda rəqs edərdim. Bax, o illərin ab-havası hələ də canımdadır. İdmanla
məşğul oluram,
indinin özündə
də səhər tezdən durub idman edirəm, hər səhər 2 kilometrə qədər yolu qaçıram. Məni saxlayan idman, bir də
ki, Qarabağın ab-havasıdır. Uşaqlığım
Böyük Vətən
Müharibəsi illərinə
təsadüf edir.
Allah o illəri bir də göstərməsin,
aclıq ölkəni
bürümüşdü, əhali yeməyə çımıx belə tapmırdı. Onda mənim 11 yaşım olardı. Atam və qardaşlarım müharibəyə getdiyindən
ailəmiz 6 uşaqla başsız qalmışdı.
Böyük qardaşım
cəbhədən qayıtmadı.
Hələ 3-cü sinifdə
oxuyarkən kolxoza gedib anama kömək
edirdim. Uşaq olsam da, böyüklər
qədər iş görürdüm. Ön cəbhəyə yığılan
isti paltarı və ərzaq məhsullarını aparıb
Yevlax Dəmiryolu Stansiyasında təhvil verirdim. Müharibədən
sonra Quzanlı kəndindəki "26 Bakı
Komissarları" adına
kolxozda anbardar, kassir işlədim. Düz 4 il, 1949-1953-cü illərdə hərbi xidmətdə oldum. Hərbi xidmətdən qayıdanda kolxoz ağır durumda idi. Qoyunçuluq təsərrüfatı çox
acınacaqlı vəziyyətdə
olduğundan məni kolxozda qoyunçuluq briqadiri təyin etdilər. Gecəm-gündüzüm
olmadı, təsərrüfatla
məşğul oldum.
Zəhmətim hədər
getmədi, qoyunçuluğu
inkişaf etdirdim. Belə ki, 100 ana qoyundan 150 bala əldə etdik, dövlətin yun planına görə hər bir qoyundan 2,5 kiloqram yun əldə
etməliydik. Amma mən 2,5 kiloqrama qarşı 4 kiloqram yun planı verdim. Qısa bir vaxtda kolxozun
qoyunçuluq təssərrüfatını
artırdım. Beş
il müddətində
bütün artıq
SSRİ ərazisində "Çoban Sədrəddin"
kimi tanındım. Bütün bunların nəticəsində 29 yaşımda
yeganə gənc mən oldum ki, əvvəlcə
"Lenin" Ordeni, sonra
isə "Sosialist Əməyi Qəhrəmanı"
adına layiq görüldüm. SSRİ Ali Sovetinin
sədri Voroşilov döş nişanını
mənə təqdim edəndə dedi ki, Sovetlər Birliyində "Sosialist Əməyi Qəhrəmanı"
adını alan ilk gəncsiniz. Bu fəxri addan sonra nəinki
Ağdamda, eləcə
də respublikada heyvandarlığı inkişaf
etdirdim və uzun müddət kolxozda ferma müdiri işləmişəm.
- O vaxt dövlət tərəfindən təltif
olunan çobanlar həmişə öz adları ilə çağırılıb. Amma
sizə el arasında hələ də "Geroy" deyirlər. Niyə?
- 25 il ulu öndər Heydər Əliyevin komandasında çalışdım və
onun keçirdiyi bütün plenium və konfranslarda, hətta ziyafətlərində
də yaxından iştirak etdim. Çünki ulu öndər zəhmətkeş
adamları, əməkçiləri
çox sevirdi. O mənim xətrimi çox istəyirdi, mənə həmişə
"Geroy" deyirdi. Elə o vaxtdan da mənə el arasında "Geroy" deyə müraciət edirlər. Hər dəfə Heydər Əliyev Ağdama və ətraf rayonlara gələndə mənimlə görüşərək
fikirlərini bölüşərdi
və rayonun problemləri ilə maraqlanardı. Onunla yaxından dostluq edirdim, bir çətinliyim
olanda həmişə
ona müraciət edirdim. Heydər Əliyevin köməkliyi
ilə çox adamları türmədən
azad elətdirmişəm.
Alı adlı bir həkimi haqsız yerə tutmuşdular. Buna görə
Bakıya, ulu öndərin qəbuluna getdim. Məni mehribanlıqla qarşıladı,
gəlişimin səbəbini
biləndən sonra nazirə telefon edib dedi ki,
"Geroy" yanımdadır,
onun dediyi şəxsi azad edərsiniz. Belə də oldu.
- Tanınmışlardan daha
kimlərlə dostluq etmisiniz?
- Dostlarım çox
olub, saymaqla qurtarmaz. SSRİ müdafiə
naziri Jukov, SSRİ Ali
Sovetinin sədri Voroşilov və SSRİ
Ali Sovetinin katibi Georqadze ilə yaxından dostluq etmişəm. Hətta Sov İKP-nin Baş Katibi Brelnevlə də Kremldə çox görüşlərimiz olub.
Kişi gərək həmişə xalqına,
elinə arxalansın.
Arxası olmayan dağın da arxası olmur. Mən halal zəhmətə üstünlük
vermişəm, süfrəm
dost üzünə hər
vaxt açıq olub və halal
kişilər qapımı
açıb. Hər il Kəlbəcərə,
İstisu sanatorioyasına
gedərdim. Orada respublikanın adlı-sanlı
ziyalıları, şair
və yazıçıları
ilə görüşüb
şəkillər çəkdirərdik.
1955-ci ilin iyul ayında xalq şairi Səməd Vurğunla "Ceyran" bulağının üstündə
yeyib-içirdik. Təbiətin
ecazkar mənzərəsi
adamı bihuş edirdi. Baş-başa dayanmış dağlar, yalçın qayalar sanki bir möcüzə,
nağıl idi. Soyuq bulaqların şırıltısından, özlərini
daşlara, qayalara çırpa-çırpa axan
şəlalələrin gözəlliyindən
doymaq olmurdu. Buz bulaqların suyu və təmiz
hava adamı iştaha gətirirdi. Məclisin gur yerində Səməd Vurğun mənə dedi ki, "Geroy" Sənin yaxşı atın varmı?" Cavab verdim ki, var. Gülümsədi, şair
xəyalları uzaqlara
uçdu, sonra siqaretinə bir qullab vurub dedi
ki, belə gözəl bir mənzərəli yerdə
yeyib-içəsən, yaşıl
çəmənlikdə, dağlar
qoynunda at çapıb,
tətik çəkib
ov etməyəsən.
Get, atının birini
mənə gətir, səninllə kəklik ovuna çıxacağam.
Ona bir kəhər
at və ov tüfəngi gətirdim. Birgə Kəlbəcərin
boz qayalarında kəklik ovuna çıxdıq. Səməd
Vurğun əsl ovçu, sərrast atıcı idi, onun gözündən ov yayınmazdı. Bir göz qırpımına
4 kəklik vurdu. Elə oradaca "Yada sal məni"
şeirini yazdı və avazla oxudu. Başımın tükləri biz-biz oldu, şeirin təsirindən kövrəldim. Elə bil ürəyimə dammışdı ki, şair bir də
bu yerlərə gələ bilməyəcək.
Bəli, Səməd Vurğun böyük şair olmaqla yanaşı, həm də əsl dost, böyük şəxsiyyət
sahibi idi. Onun sifətindən, ağ saçlarından nur tökülürdü.
Amma xəstəlik onu sıxırdı, vaxtsız əcəl onu aramızdan apardı.
- İndi ahıl yaşdasınız. Ahılların
qayğıya ehtiyacı
çox olur. Dövlət qayğısından
razısınızmı?
- Ulu öndər
ikinci dəfə hakimiyyətə qayıdandan
sonra Ağdam ziyalıları ilə görüşə gələndə
mən də ordaydım. İndi bu ənənəni prezident İlham Əliyev davam etdirir. O prezident kimi ilk dəfə Ağdama gələndə
görüşüb dərd-sərimlə
maraqlandı. Onda atası ilə bağlı bəzi xatirələri danışdım.
İlham Əliyev gənc olmasına baxmayaraq, çox gözəl rəhbərdir,
onun xarici və daxili siyasətini dəstəkləyirik.
Quzanlı vaxtilə cəngəlliklərin içində
itib batırdı. Artıq İlham Əliyevin qayğısı
və göstərişi
nəticəsində cəbhə
bölgəsinə yaxın
olan bu kənddə
qısa bir müddət ərzində
böyük tikinti, abadlıq və quruculuq işləri aparıldı, Quzanlıya
qəsəbə statusu
verildi. Amma bu gün Quzanlı
qəsəbədən çox
şəhərə bənzəyir.Şəxsi
qayğılara gəlincə,
elə ciddi çətinliyim yoxdur. Ağdam Rayon Ağsaqqallar
Şurasını sədri
kimi yenə də ixtimai fəaliyyətimi davam etdirirəm. Hazırda Şuranın 100-ə yaxın
üzvü var, üzvülərin sayı
ilbəil artır.
Rayon rəhbərliyi ilə
sıx əlaqə yaradıb ahıl adamların problemlərinin
həllinə çalışırıq.
Biz rayonun ictimai işlərində fəal
iştirak edirik, tez-tez cəbhə bölgəsinə gedib əsgərlərlə görüşlər
keçiririk, onllara maddi və mənəvi
dayaq dururuq. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı
Nizami Sadıqov bir rayon rəhbəri kimi bizimlə maraqlanır, görüşlər
geçirir və öz qayğısını
bizdən əsirgəmir.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2013.- 1 oktyabr.- S.7.