Ağdam sakinlərinin xidmətində dayanan müasir xəstəxana
Buna baxmayaraq, tibb ocağında kifayət qədər həkim yoxdur
Regionlarda, xüsusilə də cəbhə bölgəsin yaxın rayonlarda səhiyyə sahəsinə dövlət xüsusi qayğı göstərir. Elə həmin qayğının nəticəsidir ki, ölkə başçısının sərəncamı ilə ayrılan 1 milyon manat vəsait hesabına Ağdam rayonunun mərkəzi sayılan Quzanlı qəsəbəsində yeni bir xəstəxana binası tikilərək, 2012-ci ildən istifadəyə verilib. Üçmərtəbəli bu korpusda doğum evi, uşaq xəstəxanası və uşaq poliklinikası fəaliyyət göstərir. Bununla da köçkünlərin səhiyyə xidməti xeyli asanlaşıb. Rayon sakinləri öz xəstələrini ətraf bölgələrə yox, yerli rayon xəstəxanasına gətirirlər.
Döğum evinin baş həkimi Fəridə Bağırova
"Həftə içi"nə bildirir
ki, keçən il rayon üzrə 722 uşaq
dünyaya gəlib, onlardan
3 nəfəri ölü doğulub.Onun
sözlərinə görə köçkün
rayonu kimi yerli kənd xəstəxanalarında və amblatoriyalarda ixtisaslı həkimlər çalışırlar:
"Hamilə qadınlarda yerli həkimlər
tərəfindən müayinə qrafik
üzrə aparılır. Doğuşa qədər
ananın bütün orqanları
yoxlanılır, analizlər edilir.
Xüsusilə, qanda son
vaxtlar yayılan viruslar
yoxlanılır. Bütün bu müayinələr doğum
evində və mərkəzi xəstəxanada ixtisaslı həkim
və tibb işçiləri tərəfindən
aparılır. Əvvəlki illərdən fərqli olaraq xidmət daha yüksəkdir.
Rayon ərazisində olan
əməliyyatlar, xüsusilə də "qeysəriyyə"
əməliyyatı doğum evində
aparılır. Yerli-yersiz "qeysəriyyə"
əməliyyatları səhiyyə nazirinin
göstərişi əsasında azalıb. Bu
gün ana bətində
uşaqların normal inkişafı bir həkim kimi məni də
qane etmir. Ona görə ki, analarda infeksion xəstəliklər,
xüsusilə virus və parazitlərin
göstəriciləri müalicə olunmasına baxmayaraq, normadan yüksəkdir.
Və bu göstəricilər doğulan uşaqlarda
açıq-aşkar büruzə verir".
Fəridə Bağırova bir
həkim, ana kimi
abortların edilməsinin əleyhinə olduğunu
söyləyir:
"Çalışıram ki, onun sayı minimuma endirilsin. Xüsusən də qız
uşaqlarını abort etdirməyin əleyhinə
olmuşam. Və son vaxtlar Milli Məclisin bununla bağlı verdiyi qərarları
tam dəstəkləyirəm. Doğum Evinin həkimi kimi bu sahədə nəzarəti
gücləndirmişəm. Əgər həkimlərimiz tərəfindən
uşaq ana bətində
yarımçıq tələf edilərsə, yəni abort əməliyyatı aparılarsa onlar cəzalandırılacaq. Biz
həkimlərin vəzifəsi ana bətində
uşaqları tələf etmək yox, sağlam cəmiyyətimizə sağlam uşağın dünyaya
gətirməsində tibbi xidmət
göstərməkdir. Onu da
deyim ki, bu ilin 9 ayı ərzində
580 doğum olub. Hamilə
qadınlar, xüsusilə də ilk doğuşa gələnlər "qeysəriyyə"
əməliyyatına üstünlük
verirlər. Amma başa
düşmürlər ki, bu
onların sağlamlıqlarına mənfi təsir göstərir
və gələcək nəsillərin azalmasına gətirib
çıxara bilər. Amma biz çalışırıq ki,hamilələrdə
əgər mütləq göstəriş olarsa,
onda bu üsula
əl atılsın".
Həmsöhbətim doğum evində təbii ehtiyat
qida məhsullarının olduğunu
da dedi. Onun sözlərinə görə təzə
doğulmuş uşağın süni qidalanmaya
ehtiyacı olarsa, həmin təbii qidadan istifadə edirlər.
Uşaq xəstəxanasında da
olduq. Adıçəkilən xəstəxananın
baş həkimi Həqiqət Süleymanova müasir tələblərə
uyğun tikilən xəstəxanada
uşaqların müalicə olunması üçün
hər cür şəraitin
yaradıldığını bildirdi. Onun sözlərinə görə xəstəxana
kifayət qədər tibbi avadanlıqlar
və dərman preaparatları ilə təchiz olunub:
"Xəstə uşaqlar stansionar müalicəyə cəlb edilir. Gün ərzində
qəbul olunan təxminən 22 xəstədən
ən azı 4-ü stansionara cəlb edilərək,
müalicə aparılır. Əsas somatik
xəstələr müalicə edilir. Onu da qeyd
edim ki, uşaqlarda xəstəliklər fəsli xarakter daşıyır".
Uşaq
Poliklinikasının şöbə müdri
Reyhan Eyvazova həkim
qıtlığından danışdı. Onun
sözlərinə görə, poliklinika
və xəstəxanada ixtisaslı həkimlər çox azdır. Şöbəmizə
ixtisaslı həkimlər tələb olunur.
Poliklinikada uşaq anadan olan gündən 18
yaşına kimi qeydiyyatda
olur. Ayda bir dəfə uşaqlar
peyvənd edilir. Xoşbəxtlikdən il ərzində uşaqlar
arasında vərəmə, difteriya və
digər qorxulu xəstəliklərə tutan olmayıb. Dəqiq
deyə bilərəm ki, Baharlı,Cəfərli,
Alıbəyli, "Dörd yol-1", Dörd yol-2", ümumiyyətlə əksər
qəsəbələrdə uşaq həkimləri
çatışmır. Bu da polklinikanın işində çətinliklər
yaradır. Bir həkim 10 həkimin yükünü çəkir. Ağcəbədi,
Bərdə rayonlarında, eləcə də "Xam torpaq"da məskunlaşmış
köçkünlərimizə də biz
nəzarət edirik. Həmin ünvanlarda da həkim
çatışmır".
Ağdam Rayon Mərkəzi Xəstəxanasının
baş həkimi Gülnar
Abbasova ilə də görüşdük.
Gülnar Abbasova 108 həkimə
bu gün
ehtiyacları olduğunu söylədi. Onun sözlərinə görə rayonda həkim
çatışmamazlığı ilə bağlı Səhiyyə
Nazirliyinin də məlumatı var: "Həkimlərin işə qəbulu üçün mərkəzləşmış
qaydada test imtahanı
keçirilməsinə baxmayaraq, bu günə kimi rayona 1 həkim göndərilib".
Həkimlər cəbhə
bölgəsi və iş şəraitinin
ağır olduğuna görə gəlib
rayonda işləmək istəmirlər. Digər rayonlarla müqayisədə
Ağdam camaatının böyük
əksəriyyəti müharibə zamanı stress
keçirib, nevrozdurlar:
"2 min 23 nəhər sakin
isə şəkərdən əziyyət çəkir. 280
nəfər Qarabağ əlilinə tibbi köməklik göstəririk. 10 nəfər
xəstəmiz telosemiyadan əziyyət
çəkir. Bundan başqa
336 nəfər vərəm tutulan xəstələrimiz
var. Ildə 30-35 nəfərdə ilkin vərəm aşkar olunur. Bunların içərisində
azyaşlı uşaqlardan da
vərəmə tutulanları var. Hər il həkimlərimiz tərəfindən məktəblərdə
vərəm əleyhinə mantu qoyulur. Rayonda 5 nəfər
"Hepatet-c"dən əziyət çəkir. Onlar əsasən Bakı Şəhər Xəstəxanasında
müalicə olunur".
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2013.- 5-7 oktyabr.- S.7.