Satira xalqdan gələn bir janrdır 

 

"Kirpi" jurnalının baş redaktoru: "Bu gün yazanlar var, amma onların yazdıqları əvvəlki satiranın duzunu-dadını vermir"

 

Tanınmış yazıçı, "Kirpi" jurnalının baş redaktoru Polad Qasımov 70 illik yubileyinə hazırlaşır. Azərbaycan satirasının inkişafındakı xidmətləri ilə tanınan yazıçının kommunist rejimi dövründə başı az bəlalar çəkməyib. Amma yüzlərlə satirik hekayələrin, gülməcələrin, felyeton novellaların müəllifi olan Polad müəllim bu təzyiqlərə sinə gərərək haqq sözündən dönməyib. Onun "Dəvənin quyruğu", "Narıncı köynək", "Yüz lətifə" kitabları hər zaman sevilə-sevilə oxunub.

 

"Həftə içi"nin əməkdaşı tanınmış yazıçı ilə söhbətində onun yaradıcılığı, xüsusilə satirik yaradıcılığından, bu ədəbi janrın müasir ədəbiyyatdakı yerindən rolundan danışıb:

 

- Necə oldu ki, satirik janrda yazmağa başladınız?

- Mən Gədəbəy rayonunda doğulub boya-başa çatmışam. Hələ 5-ci sinifdə oxuyurdum, atam məktəb direktoru işləyirdi, bir pedaqoq müəllim kimi gündəlik mətbuatı izləyirdi. Bir gün atam rayondan "Kirpi"jurnalının ilk nömrəsini gətirmişdi. Jurnalı əlimə görürüb son səhifəsinədək oxudum. Jurnaldakı satirik yazılar, hekayə felyotonlat çox xoşuma gəldi. Bu, mənim satira janırına meylimi daha da artırdı. Xırda-para satirik hekayələr, yazılar yazmağa başladım. "Çit davası" hekayəsi ilə ədəbiyyata gəlmişəm. 1962-ci ildə rayonumuzdakı "Sosializm qələbəsi" qəzetində həmin hekayəm işıq üzü gördü. Azərbaycan Dövlət Univerisitetinin jurnalistika fakültəsində təhsil alarkən "Azərbaycan pioneri", "Azərbaycan gəncləri", "Sovet kəndi" qəzetlərində jurnallarda satirik hekayələrim, novellalarım çap olunmağa başlandı. Tələbəlik illərində "Abşeron" qəzetinin baş redaktoru, SSRİ-nin əməkdar jurnalisti, mərhum Hüseyn Mehralıyev məni bu qəzetdə işləməyə dəvət etdi. Düz 3 ilə yaxın orada işlədim. Sonra iki il "Azərbaycan pioneri" qəzetində çalışdım. Ardınca məni "Abşeron"qəzetinə baş redaktor təyin etdilər. Oradan da Bakı Ali Partiya Məktəbinə oxumağa göndərdilər. Partiya Məktəbini bitirəndən sonra 1983-cü ildə təyinatla "Kirpi" jurnalında işləməyə başladım. Bir müddər jurnalın məsul katibi, baş redaktorunun müavini vəzifələrində çalışdım. 1995-ci ildə isə həmin jurnalın baş tedaktoru təyin edildim bu günə kimi bu vəzifəni yerinə yetirirəm.

- Jurnalın bu günkü durumu barədə deyə bilərsiniz? O dövrün satirik yazıları bu gün "Kirpi" jurnalında hiss olunmur. Sizcə, niyə?

- SSRİ dağılandan sonra digər sahələrdə olduğu kimi "Kirpi" jurnalı da ciddi maliyyə böhranı ilə üzləşdi. Düz 3 il jurnal çap olunmadı. Çünki jurnalın nəşriyyata borcu kəllə-çarxa çıxmışdı. 1995-ci ildə jurnala baş redaktor təyin ediləndən sonra oxuculara, xeyriyyəçilərə, idarə, təşkilat müəssisələrə, adamlarına, məni tanıyan imkanlı şəxslərə məktubla müraciət etdim. Müraciətimi eşidən xeyirhah insanlar jurnala maliyyə yardımları etməyə başladılar. Həmin ildən indiyədək jurnal vaxtaşırı çıxır. SSRİ dövründə "Kirpi" 150 min tirajla çap olunardı. İndi isə 3000 tirajla çap olunur. Jurnal yeganə mətbu orqandır ki, çıxan gündən indiyədək öz yolunu qoruyub saxlayır. Dövlətçiliyimizi dəstəkləyirik 61 ildir ki, necə deyərlər, iqtidara müxalifətdəyik, icra strukturturlarında, hüquq-mühafizə orqanlarında, eləcə cəmiyyətdəki əyrilikləri nöqsanları araşdırıb ortaya çıxan nöqsan eybəcərlikləri satirik ruhda oxucularımızın diqqətinə çatdırırıq. Redaksiyaya sağlam ruhlu istedadlı yazarlar cəlb olunub. Qətiyyən şəxsiyyət ləyaqətə toxunan kölgə salan fikirlər səsləndirilmir. Bizim məqsədimiz satira yumorun gücü ilə sağlam cəmiyyətdə sağlam abı-hava yaratmaqdır. O dövrdə Seyfəddin Dağlı, Salam Qədirzadə, Şükür Həbibzadə, Məhərrəm Əlizadə, Rüfət Əhmədzadə Hüseyn Nadir Rüfət Zəbioğlu kimi nəhəng satira ustadları eyni vaxtda "Kirpi" jurnalının ətrafında toplaşmışdılar. İndi isə belə qələm sahibləri yoxdur. Bu gün yazanlar var, amma onların yazdıqları əvvəlki satiranın duzunu-dadını vermir.

- Bəziləri bu gün satiraya artıq ehtiyac qalmadığını, yəni satira janrının öz dövrünü başa vurduğunu söyləyirlər. Bir yazıçı kimi siz bu fikirlərlə razılaşırsınızmı?

- Qətiyyən. Ona görə ki, gülüş min bir dərdin dərmanıdır. Əbəs yerə deməyiblər ki, çox gülən, çox yaşayar. Mən düşünmürəm ki, oxucu "Kirpi" jurnalını əlinə götürüb oradakı karikaturaya, ya da lətifəyə baxıb gülməsin. Bu şirin gülüş hamıya lazımdır. Jurnalımızda acı gülüş var. Elin sərvətini talayanlar, insanlara kələk gələn dələduzlar, vətəndaşı günlərlə, aylarla get-gələ salan icra məmurları, sifarişlə işləyən məhkəmə hüquq-mühafizə orqanları konkrekt faktlarla acı bir gülüş kimi oxuculara təqdim olunur. Necə ola bilər ki, bu səpkidə olan yazılar vətənini, xalqını sevən sağlam ruhlu insanları düşündürməsin güldürməsin?! Satira xalqdan gələn bir janırdır, qədər xalq var, satira da yaşayacaq.

- Müasir ədəbiyyatımızda sanki bir yorğunluq, durğunluq hiss olunur. Bu, nədən irəli gəlir?

- Durğunluğu bu gün satira yumorda da görürük. Bəzən aylarla, illərlə qapımızı döyüb satira janrında yazı gətirən olmur. Açıq etiraf edək ki, bunun başlıca səbəbi maliyyə problemi ilə bağlıdır. Sovet dönəmində "Kirpi"jurnalında çap olunan bir şeirin müəllifi aldığı qonorarla bir həftə yaşayırdı. Görünür, bu müəlliflərə vaxtında qonarar vermədiyimizə görə yazı gətirmirlər. Digər tərəfdən, bu nöqsanları Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətsizliyində görürəm. Ona görə ki,Yazıçılar Birliyi artıq "Kirpi" jurnalının adını da unudub. Halbuki Yazıçılar Birliyi bəyənilən satirik yazıları bizim redaksiyaya göndərə bilər ki, onları çap edək.

- Ədəbiyyatdakı tənqid özünətənqiddən razısınızmı?

- Bu gün tənqid özünətənqid yox dərəcəsindədir. İndi elə adamlar var ki, cild-cild kitabları çap olunub, amma bu kitabları onun özündən başqa heç kəs oxumur. Əgər ədəbi tənqid yerində olsaydı, həmin əsərlərə tənqidi münasibət bildirilərdi, müəllif bundan nəticə çıxarardı. Onda özünütənqid güclənərdi, bayağı mənasız əsərlər nəşriyyatlara yol tapmazdı.

- Sovet dövründə yazmaq asan idi, yoxsa indi?

- Fərq yerlə göy qədərdir. Çünki o dövrdə hər sahədən yaza bilməzdin. Satirik yazılarıma görə o dövrdə məni çox incidiblər. 1980-ci ildə "Kirpi" jurnalında "Qatarda vəlvələ" adlı felyetonum çap olundu. Bu yazıya görə məni çox yerlərə çağırdılar, Milli Təhlükəzizlik Komitəsindən tutmuş Mərkəzi Komitəyədək məndən izahat aldılar. Az qaldı ki, dərimi soyub boğazımdan çıxartsınlar. Amma haqq öz yerini tapdı. Dövlətimizdən razıyam, əməyimə qiymət verib. Dövlət başçısının sərəncamı ilə 2005-ci ildə "Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülmüşəm. Yubileyimi isə ailə daxilində keçirəcəyəm. Çünki təmtəraqlı tədbirdən, süni təriflərdən xoşum gəlmir.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 12-14 oktyabr.- S.7.