“Gərək sən səhnədə
öpüşməyəsən...”
O, Avropa kinosunun ən kifir və eyni zamanda, ən yaraşıqlı aktyorlarındandır...
Nə qədər eybəcər, nə qədər kobud olursa — olsun, bir o qədər də çəkici, bir o qədər də seksualdır.
Rejissor və aktyor Pyer Düks onun barəsində demişdi: “Gərək sən səhnədə öpüşməyəsən, onsuz da heç kim inanmayacaq! Sənin simana ancaq əclaf obrazları yaraşır!...”
Ancaq zaman gəlir və məşhur fransız aktyoru Jan-Pol Belmondo dünyanın ən gözəl aktrisaları ilə tərəf-müqabili olur...
Bəli, Jan Pol Belmondo — dünya kinosunun ulduzu, heç bir xüsusi gözəlliyə malik olmasa da, bir çox qadınların qəhrəman idealı...
Fransızlar onu “Bebel” deyə çağırırlar. Əslən siciliyalı
olan Belmondoya italyanlar isə dostcasına “İl bruto” (“eybəcər”) ləqəbini veriblər.
İl bruto 1933-cü il,
9 aprel tarixində dünyaya gəlib. Gələcək aktyorun atası
heykəltəraş olduğundan
Belmondo tez-tez atası üçün
model rolunda çıxış
edirdi. Eynən xadimə Janet kimi.
Lakin bir şey var
idi — Janet gözəl
idi. O, heykəltəraş
atanın qarşısında
poz verərkən altı yaşlı Belmondo saatlarla ona tamaşa edirdi. Janet onun ilk sevgisi idi...
Sənət seçmək vaxtı gələndə Jan-Pol tərəddüd etmir, 17
yaşında aktyor evdən qaçır və səyyar teatrla səfərlərə
gedir. Bir müddət o, boksla
da məşğul olur.
Lakin axır-əvvəl
Belmondo yenidən incəsənətə qayıdır. Sonda Paris konservatoriyasının
dram fakültəsinə daxil
olur. Bir neçə il
teatr aktyoru kimi çalışan
Jan-Pol 1956-cı ildə
kinoya gəlir.
1959-cu ildə ekranlara
rejissor Jan-Lük Qodarın “Son nəfəsdə”
filmi çıxır
və çıxar —
çıxmaz da məşhurluq qazanır. Filmlə yanaşı,
fransalı aktyorun ulduzu da parlayır.
Lakin Belmondonun
ən məşhur filmi 1981-ci ildə çəkildiyi “Professoinal”
filmi olur. Joss Bomon obrazını yaratdığı film keçmiş
SSRİ-də yayımlanan
ən tanınmış
fransız filmlərindən
idi. Nəzərə alsaq ki, filmin saundtrekini dahi bəstəkar Ennio Morrikone yazmışdı. Filmin
əsas uğuru da məhz bunda
idi - «Chi Mai» bütünlüklə
filmin ruhunu əsk etdirirdi...
Elə bu andan Belmondo məhəbbət qəhrəmanlarını
nəinki filmlərdə,
həmçinin, həyatda
da oynamağa başlayır. Qadınlar bu “eybəcər”ə
göz verib-işıq
vermirdi. Elə Belmondo da az aşın duzu deyildi. “Qadınlarsız mən heç kiməm” – deyə etiraf edən aktyor ilk həyat yoldaşı kimi 13 yaşlı gözəl balerinanı seçmişdi. Bütün kişilər
bu xanımın — Elodi Konstanın ayaqlarına aşiq idi.
Bu evlilikdən aktyorun
Patrisiya, Florensiya və Pol adlı
üç ovladı dünyaya gəlir.
Həddi — bulağa çatmamış
xanımı ilə bu nikahını uzun müddət gizli saxlayan fransalı aktyor 13 ildən sonra həyat yoldaşının
ayaqlarından bezir və özünü isveçrəli gözəlçə
Ursula Andersin yatağına
atır. Ərinin Ursula ilə birgə
olduğuna inanmayan Elodi Honq Konqa
uçur və şayiələrin həqiqət
olduğunu mehmanxanada öz gözləri ilə görür.
Ursula
Anders seksual məsələlərdə
çox azad, pul məsələlərində
işini bilən soyuqqanlı bir xanım idi.“Biz
gənc idik və hər şeydən dadmaq istəyirdik. Biz gənc şirlər kimi dəlisov idik. Heyif, o illər bir
də geri qayıtmayacaq...” – aktyor keçmiş illəri xatırlayır.
Lakin
Ursula ilə keçən
yeddi ehtiraslı il bitir.
Bu dəfə Belmondo italiyalı aktrisa Laura Antonellini seçir. Ursula ciddi depressiya keçirir, ancaq özünü bir təhər toplayır.
İllər sonra müsahibəsində o, fransalı
sevgilisi barədə deyir: — Bütün sevgililərim arasında ən zərifi Belmondo olub. Bu kobud, kəndli
xarici görünüşlü qanmazı sevirdim...”
Belmondo
Laura Antonelliyə uzun müddət ona ərə gəlməsi
üçün yalvarır. Ancaq faydasız. Laura
bütün kişilərə
inamını itirmişdi.
O düşünürdü ki, kişilər ona yalnız əylənmək məqsədilə
yaxınlaşır. Ancaq Belmondo
onu atan zaman italiyalı aktrisanın həyatı tamamilə dəyişir.
Ursula kimi depressiya
keçirir, ancaq daha dərin. Karyeradan uzaq düşür.
Sonralar məlum olur ki, Jan-Pol Lauraya
yaşaması üçün
pul göndərirdi.
58 yaşında ikən
“eybəcər” aktyor braziliyalı model 20 yaşlı
Karlos Sotomayerlə eşq macərası yaşayır.
1989-cu ildə isə Belmondo gələcək həyat yoldaşı Natti Tardevil adlı model və balerina ilə tanış olur. Evlilik 17 il davam
edir. 42 yaşlı
Nanni aktyora qız övladı bəxş edir. Lakin evlilik 2008-ci ildə boşanma ilə bitir.
Barbara Qandolfi aktyorun
sonuncu sevgililərindən
olur. Özündən 40 yaş cavan
olan xanımla Belmondo xoşbəxt olduğunu söyləyirdi.
Lakin
Barbara da işini bilirdi və aktyorun dərdindən heç də dəli-divanə olmamışdı.
Qadının yeganə məqsədi
yaşlı və varlı akytordan yaxşıca pul qoparmaq idi. Lakin bu istək baş
tutmur və münasibətlərə məhkəmədə
aydınlıq gəlir.
1994-cü ildə aktyorun
böyük qızı
Patrisiya yanğın zamanı həlak olur. 2001-ci ildə aktyor
insult keçirir və
kinodan uzaqlaşır.
Yalnız 2008-ci ildə “İnsan
və onun iti” psixoloji filmlə ekranlara qayıdır. Hamı tərəfindən
atılmış qocaya
yalnız iti sadiq qalır. Bu obraz aktyorun
ən gözəl rollarındandır. Bunu yaşlı
Belmondo özü də etiraf edir. “Nə qədər məşhur obrazlarım olsa da, “İnsan və onun iti”
mənə daha yaxındır...”
Həfta içi.- 2013.-
12 sentaybr.- S.8.