“Toylarımız çox eybəcərləşdirilir“ 

 

Aydın Mehralıyev: "Xoşbəxtlik ondadır ki, digər müsabiqələrdən fərqli olaraq, muğam müsabiqələrinin heç birində "SMS" rol oynamır"

 

Onunla adi insanlar arasında tez-tez rastlaşırıq. El şənliklərində, toy məclislərində lap başda dayanır. Həyatda qədər sadə görünsə , bir o qədər sənət aləmində istedadlı zəngin görünür Aydın Mehralıyev. Onu sənət dostlarından fərqləndirən cəhət ifa tərzi, bəstələdiyi mahnı rəqslərdə cazibədarlıqdır. Klassik sənətçilərimizdən olan babası Qarabağın tanınmış xanəndəsi Məşədi Bahadurdan musiqi dərsi alıb, ondan musiqi mədəniyyətini, ifaçılıq sənətini, əsl Qarabağ kişilərinə məxsus olan ədəb-ərkanı, səhnə davranışını öyrənib.

 

Müasir milli musiqimizin inkişafında, təbliğində istedadlı gənc nəsillərin üzə çıxıb yetişdirilməsində Aydın Mehralıyevin xidmətləri az olmayıb. Hələ 1965-ci ildə Ağdamın "Şur" ansamblının solisti kimi dünyanın bir çox ölkələrində keçirilən festivalların iştirakçısı olan Aydın müəllim müasir toylarımızın avropalılaşmasından, milli rəqslərimizin unudulmasından narahatdır. Onunla müsahibəmizin əsas mövzusu da elə bu məsələlərdir:

- Bir çox milli rəqslərimiz getdikcə unudulur. Onlardan bir neçəsinin adlarını çəksəm, bəlkə heç sizə tanış gəlməyəcək...

- Çox təəssüf ki, belədir. Doğrudan da milli rəqslərimizin çoxu yaddan çıxır, unudulur. Halbuki bu rəqslər bizim milli-mədəni dəyərlər baxımından çox qiymətlidir. Məsələn, "Reyhanı", "Kəvəri", "Qartarma" sairə kimi rəqslərimiz artıq unudulub. Mən bu kimi rəqsləri müasirləşdirib, xalqı özünə qaytarmağa çalışmışam. Bu yaddan çıxmış rəqslərlə instrumentalistlərimiz öz repertuarlarını bir az da zənginləşdirəcəklər.

- Deyəsən, "Gənclik" nəşriyyatı sizin yeni bir kitabınızı çapa hazırlayıb. yazmısınız o kitabda?

- Bəli, "Azərbaycan muğamında gəzişmələr" adlı kitabım artıq çapdadır. Bu yaxınlarda işıq üzü görəcək. Adından da göründüyü kimi, bu kitab Azərbaycan muğamları xalq musiqisindən bəhrələnmiş bir məcmuədir. Həmin məcmuə 4 hissədən - rənglər, rəqslər, pyeslər mahnılardan ibarətdir. Məcmuəyə həm 4 muğam - "Rast", Zabul", "Çahargah" "Humayın" segahların gəzişmələri daxil edilib. Bundan əlavə, 26 muğam rəngi, 8 mahnı, bir çox pyeslər, eləcə unudulmuş xalq rəqsləri üzərində popurrizmlər bu kitabda öz əksini tapıb. Kitab tədris xüsusiyyətli məcmuədir, musiqi təhsil ocaqlarında dərslik kimi istifadə olunacaq.

- Sizcə, milli rəqslərimizin unudulması, yetərincə təbliğ edilməməsi nədən irəli gəlir?

- Xalq mahnı milli rəqslərimiz əsasən toylarda, kütlə qarşısında verilən açıq konsertlərdə, bir ki, radio televiziyalar vasitəsilə təbliğ olunur. Əfsuslar olsun ki, rəqslərimiz yetərincə təbliğ olunmur. İstər toylarda, istərsə konsert televiziyalarda ara mahnıların təbliğinə üstünlük verilir. Hətta marşrut avtobuslarında, taksi çayxanalarda da yüngül, bayağı mahnılar təbliğ olunur. Təəssüflər olsun ki, bu gün belə hallara nəzarət edən yoxdur yeniyetmə gənclərin yadında elə bayağı musiqilər qalır. Çünki onlar gözlərini açıb bayağı musiqiləri görür eşidirlər. Allaha şükürlər olsun ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə muğamlarımız dövlət səviyyəsində təbliğ olunur bu sahədə istedadlı gənc nəsil yetişdirilir. Mehriban xanımın təşəbbüsü ilə artıq muğamı duymayan insanlar da muğam səviyyəsinə qaldırılıb.

- Yeri gəlmişkən, hazırda davam edən IV Muğam Müsabiqəsinin gedişi sizi dərəcədə qane edir? Münsiflər heyətinin seçimində balların verilməsində hər hansı bir qüsur varmı?

- Müsabiqədə seçim ədalətli aparılır. Xoşbəxtlik ondadır ki, digər müsabiqələrdən fərqli olaraq, muğam müsabiqələrinin heç birində "SMS" rol oynamır. Həqiqətən istedadı qabiliyyəti olan gənc ifaçıların sənətinə qiymət verilir. Onlar bir-birilərindən gözəl oxuduqlarına görə adlarını çəkmirəm. Əsas məqsəd odur ki, bu müsabiqəyə gələn gənc xanəndələrin hamısı - baxmayaraq ki, bəziləri müsabiqəni yarımçıq tərk edib - çox ciddi-cəhdlə muğamlarımızı öyrənir təbliğ edirlər. Bütövlükdə müsabiqədə seçim qənaətbəxşdir. Muğamlarımız canlı şəkildə xalq qarşısında nümayiş etdirilir onların qabiliyyətləri açıq-aşkar üzə çıxarılır, saxtakarlıqdan söz gedə bilməz. Müsabiqədə seçimin düzgün aparılmasında Azərbaycan Dövlət Televiziya Radio Şirkətinin sədr müavini Nadir Axundovun ciddiliyi xüsusi rol oynayır.

- Toylar da milli adət-ənənələrimizdən biridir. Amma muğama, xalq mahnılarına münasibətdə müasir toylarımızda həmin o adət-ənənələri qoruyub saxlaya bilmişik? Sizcə, vəziyyəti necə tarazlamaq olar?

- Toylarımız çox eybəcərləşdirilir. Hətta o səviyyədə ki, artıq adamın toya getməyə həvəsi gəlmir. Bu, məni çox narahat edir. Qarabağın elə bir bölgəsi olmayıb ki, bizi bir musiqiçi kimi ora dəvət etməsinlər. Qarabağ toylarında hər bir şəxsin özünün oyun havası vardı. Toy mağarına daxil olan kimi biz həmin adamın havasını çalardıq. O dövrdə səsucaldıcı aparat, mikrofon yox idi. Xanəndə canlı oxuyardı, musiqi canlı səslənərdi, xüsusilə ritmlərə diqqət yetirilərdi ritmsiz musiqi ola bilməz. O vaxt toylar 2-3 gün davam edərdi. Yarım gün əvvəl kəndin ağsaqqalları yığışıb sazəndarları imtahan edərdilər. Əgər onları qane etmirdisə, sazəndarları geri qaytarardılar. Amma indiki toylarımızda bir musiqiyə 50 nəfər oynayır. Bu isə musiqimizi ucuzlaşdırır.

- 48 ildir sənətdəsiniz. Əməyiniz qiymətləndirilibmi?

- Onlarca tanınmış yetirmələrim var. 1966-cı ildən tar əlimdən düşmür. Seyid Şuşinski, Bahadur Mehralı oğlu, Arif Babayev, Musa Şuşinski, Bəylər Nəcəfov, Şelli Məhəmməd, İldırım Həsənov, Nikay Bayramov, Şövkət Ələkbərova, Sara Qədimova, Qədir Rüstəmov, Aydın Məmmədov, Aydın Nıftalı oğlu, Hafiz Sədrzadə, Batar Fərhadov, Şahin Babayev kimi klassik sənətçiləri tarda müşayiət etmişəm. Bir çox bəstələdiyim mahnılar tanınmış sənətçilər tərəfindən sevilə-sevilə ifa edilir. Hələ yazdığım dərslikləri demirəm. 2008-ci ildə mənə fəxri ad verilməsi üçün Ağdam Rayon İcra Hakimiyyəti təqdimat yazıb göndərib. İşlərim o vaxtdan Mədəniyyət Turizm Nazirliyindədir. Nazirlikdən deyirlər ki, narahat olmayın, növbədəsiniz, vaxtınız çatanda sizə fəxri ad veriləcək. Amma dünyanın ən aparıcı ölkəsi olan ABŞ-da fəxri ad verilmir. Orada sənətkara qiyməti xalq verir. Ona görə mən fəxri adın verilməsində o dərəcədə maraqlı deyiləm.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2013.- 14-16 sentyabr.- S.7.