Ağdamonun yetirmələri“ işıq üzü gördü 

 

Tarixin qanlı səhifələrində və birki, Ağdamı görənlərin yaddaşında Ağdam adlı bir şəhər qalıb. Artıq o şəhər yoxdur, şəhidlərimizin qanı ilə yazılan kitablarda əfsanəvi nağıllara dönüb bu şəhər…

Tanınmış yazar Zahid Nağıyevin yenicə işıq üzü görən "Ağdamonun yerirmələri" kitabı da adından göründüyü kimi, bu müqədəs məkandan, qibləgahımız və ziyarətgahımız olan Ağdamdan bəhs edir."Avropa" nəşriyyatında nəfis tərtibatla çap olunmuş bu kitab müəllifin sayca 3-cü kitabıdır. Tanınmış alim-tədqiqatçı, yazıçı-publisist, Azərbaycan Milli Elmləır Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şöhrət Səlimbəylinin rəy verdiyi kitab Ağdamın tarixi-coğrafiyasından, təhsili və səhiyyəsindən, mədəniyət və incəsənətindən, sənaye və tikintisindən, eləcə də onun tanınmış ziyalılarından bəhs edir.

Kitabda Ağdamın tarixinin qədim köklərə malik olduğundan da söhbət açılır. Adıçəkilən kitabın 10-cu səhifəsində yazılır ki, əldə olunan məlumatlara görə Ağdam şəhərinin yerləşdiyi ərazi qədim yaşayış məntəqələrindən olub. Ağdam adının XI-XII əsrlərdə istifadə edildiyi bildirilir: "Tarixi mənbələrdən məlum olur ki, Ağdamın adı Aquen adından yaranıb. 1958-ci ildə rayonun Sofu kənd ərazisində Xaçın çayının orta axarında aparılan qazıntılar zamanı aşkarlanan Qovuqala adlanan böyük şəhər tipli yaşayış məskənində insanların III əsrdən başlayaraq, X-XI əsrlərə qədər yaşadıqları müəyyən edilir. Hətta tarix elmləri doktoru Ziyəddin Göyüşovun" Azərbaycan arxeologiyası" kitabında göstərilir ki, Qovuqala sakinləri Yaxın Şərqin bir sıra ölkələri ilə iqtisadi və mədəni əlaqələri olub. Alimlərin apardıqları axtarışlardan belə qənaətə gəlinir ki, Qovuqala yaşayış məskəni elə Aquen özüdür. Sonradan Aquen Ağdam adı ilə əvəz olunub".

Kitabda Ağdamın işğalından da bəhs edilir. Göstərilir ki, 1993-cü il iyulun 23-də Ağdam şəhəri onu müdafiə edən qəhrəman şəhid oğulları ilə birlikdə şəhid oldu. Düşmən tapdağına çevrilmiş şəhərin yuxarı hissəsində min illərlə tarixi olan, on minlərlə əcdadlarımızın uyuduğu qəbirisranlıq açıq səmada muzeyi xatırladır.

 

Qələndər

 

Həftə içi.- 2013.- 20 sentyabr.- S.8.