Müşfiqabaddakı
köçkün şəhərciyi
genişlənir
Hazırda
burada inşası davam edən edən daha 2 ədəd
beşmçərtəbəli bina Yeni il ərəfəsində
istifadəyə veriləcək
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi
köçkünlər üçün
daha 2 ədəd beşmərtəbəli
bina inşa edilir. Bu ilin
mayında istifadəyə verilmiş
şəhərcikdə inşa olunan təzə salınıb istifadəyə
verilmiş köçkün
şəhərciyinin ərazisində inşa
olunan yeni binalarda inşaat işləri
artıq 3-cü mərtəbədə davam
edir.
"Həftə içi"nin əməkdaşı
tikinti işləri ilə yaxından
tanış olmaq məqsədilə həmin
əraziyə baş çəkib. Burada iş
icraçıları ilə söhbətdən məlum olub ki, hazırda tikintisi sürətlə davam
etdirilən hər iki binanın ilin sonunadək istifadəyə verilməsi
planlaşdırılır. Qaçqın və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin Qaradağ rayon Mənzil-Kommunal İstismar
Sahəsinin rəisi Daşqın Şamıyev əməkdaşımızı
tikinti işləri ilə tanış edərək
bildirib ki, iki ədəd beçmərtəbəli binanın
inşasına bu ilin avqust ayından başlanıb. Onun
sözlərinə görə, işlər olduqca
sürətlə və keyfiyyətli şəkildə
aparılır: "Bu binaların tikintisi 160 ailə üçün
nəzərdə tutulub. 2013-cü ilin sonuna kimi
binaların tikinti işləri başa çatdırılacaq və Yeni il ərəfəsində
məcburi köçkün ailələrinə
paylanılacaq. Yəni 160 köçkün
ailəsi Yeni ili tikilən
bu yaraşıqlı mənzillərdə
keçirəcəklər".
Daşqın
Şamıyev qış hazırlığı ilə
bağlı görülən işlərdən də
danışıb. Onun sözlərinə
görə, Qaradağ rayonunun
Müşfiqabad qəsəbəsindəki
məcburi köçkün şəhərciyi
20 ədəd beşmərtəbəli binadan
ibarətdir. Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin Qaradağ rayon Mənzil-Kommunal İstismar
Sahəsi burada 8 min
köçkünə xidmət göstərir: "Ərazi böyükdür, bizim əsas
işimiz həm də şəhərciyin
ərazisində təmizliyə nəzarət etməkdir.
Eləcə də yaşıllıqların
qorunub-saxlaması və yeni ağac, kol və gül bitkilərin əkilməsi ilə də
məşğul oluruq. Yay
mövsümü ilə əlaqədar olaraq yaşıllıqların vaxtlı-vaxrında
sulanmasına və onlara qulluq
edilməsi sahəsində nəzarəti gücləndirmişik.
Ərazilərə su xətləri
çəkilib".
Payız mövsümünün başlanması ilə
əlaqədar işlərinin bir qədər
də çoxaldığını deyən Daşqın
Şamıyev bildirir ki,
oktyabr ayından şəhərciyin ərazisində
ağacların əkininə başlanacaq.
Onun
sözlərinə görə, payız mövsümünün
sonunadək burda təxminən 20 minə
yaxın ağac və kolların əkilməsi
nəzərdə tutulub:
"Çalışacağıq ki, qəsəbənin
yaşıllıq zolağı daha da böyük olsun. Bu, həm
sağlamlıq, həm də qəsəbəni daha da gözəlləşdirilməsi
deməkdir. Şəhərcikdə təmir və bərpa
işlərinə də fikir veririk. Belə ki, sınan
səkiləri, məhlədaxili yolun
dağılan yerlərini cari təmir edirik. Artıq şəhərcik qış
mövsümünə hazırdır. Şəhərciyin istilik təchizatı çox
yüksəs səviyyədədir. Burada müasir tipli qazanxanalar quraşdırılıb. Artıq qazanxanalardan binalara gedən
istilik xətlərinə baxış keçiririk, yoxlamalar
aparırıq, ortalığa çıxan qüsurları aradan qaldırırıq. Yəni şəhərciyin
istilik sistemində olan
bütün nasazlıqlar tamamilə aradan götürülüb.
Bir sözlə qazanxanalar,
istilik sistemi saz vəziyyətdədir".
Həmsöhbətimiz
onu da bildirir
ki, hazırda gün ərzində
mənzillərə fasiləsiz olaraq isti və soyuq su verilir. Daşqın
Şamıyev məişət tullantılarının
vaxtlı-vaxtında daşındığını da vurğulayır. Onun
sözlərinə görə, ərazidə 100-dən çox yaxın müasir
tipli zibil qutuları qoyulub: "Şəhərcikdə məcburi
köçkünlərin yaşayışı üçün hər cür
şərait yaradılıb. Məhəllədaxili mini-parklar salınıb. Uşaqların istirahəti
üçün oyuncaqlar,
yelləncəklər quraşdırılıb, oturacaqlar qoyulub. Sakinlər
asudə vaxtlarını gəlib həyətlərindəki parkda səmərəli keçirirlər".
Xatırladaq ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində
məcburi köçkünlər üçün
salınmış şəhərcikdə sosial
xidmət müəssisələri də fəaliyyət
göstərir. Belə ki, burada
1200 yerlik məktəb, 160 yerlik
uşaq bağçası, mədəniyyət
evi, poliklinika və
yanğınsöndürmə məntəqəsi
yaradılıb. Bu sosial
xidmət müəssisələrinin hər biri
kommunal xidmətlərlə təchiz olunub.
Bu
ilin oktyabrında ölkədə
keçiriləcək prezident seçkilərinə
hazırlıqlardan danışan Daşqın Şamıyev bildirib ki, hazırda Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi
köçkünlər üçün
salınmış şəhərcikdə Ağdam,
Füzuli və Cəbrayıl
rayonlarının seçki məntəqələri də fəaliyət
göstərir. Onun sözlərinə
görə, həmin rayonların seçki
məntəqələri tam şəkildə
hazırdır. Belə ki, məntəqələrdə
səsvermənin təşkili üçün
hər cür şərait
yaradılıb: "Məcburi köçkünlər
seçkilərə daha fəal
hazırlaşıblar. İnanırıq ki,
onlar yekdilliklə seçkilərdə iştirak edib və istədikləri
namizədlərinə səs verəcəklər. Qaçqın və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
cənab Əli Həsənov, sədr müavini
Gəray Fərhadov və Mənzil-Kommunal İstismar
Departamentinin sədri Pənah Əliyev
vaxtaşırı şəhərciyə gəlir, tikinti işləri ilə maraqlanır,
köçkünlərlə görüşlər keçirir, onların problemləri ilə
maraqlanır və yerindəcə həll edrlər".
Həmsönbət olduğumuz məcburi köçkünlər
isə onlara yüksək səviyədə
göstərilən xidmət və qayğıya görə
ölkə başçısına öz
təşəkkürlərini bildirdilər.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2013.- 20 sentyabr.- S.7.