Köçkün rayonun təhsil nailiyyəti
Laçın rayon məktəblərinin builki məzunları son 20 ildə ən yüksək göstəriciyə nail olublar
Bu il Laçın rayonundan ali məktəbə qəbul olmuş məzunlar, onların valideynləri və müəllimləri ilə görüş keçirilib. Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən tədbirdə rayon ziyalıları da iştirak edib.
"Həftə
içi"nin məlumatına
görə, Azərbaycanın Dövlət Himninin
səsləndirilməsi ilə başlanan
tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı
Akif Səlimov çıxış edərək
Laçın məktəblərinin builki
məzunlarının uğurlarından danışıb. O qeyd edib ki, bu
il Laçın rayon
məktəblərindən 206 nəfər məzun ali məktəbə qəbul olunub.
Onun sözlərinə görə,
Laçın rayonunun işğaldan
sonra ilk dəfədir
ki, gənclərlə rayondan
olan alimlərin və həkimlərimin,
ziyalıların, el
ağsaqqallarının görüşü
keçirilir: "Mən bu
görüşü ona
görə təşkil etdirdim ki, gənclərimiz rayondan
olan ziyalılarını, alimlərini
tanısınlar. Belə görüşlərin təşkilinin
xüsusi əhəmiyyəti var. Ona görə də biz bu cür
görüşlərin keçirilməsinə
çalışacağıq".
Rayon Təhsil Şöbəsinin müdiri
Malik Vəliyev isə
çıxışında bu il yüksək balla ali məktəblərə qəbul olmuş məzunları, onların valideyn və müəlimlərini təbrik edərək
belə bir görüşün
onlar üçün
əlamətdar olduğunu söyləyib. Onun sözlərinə
görə, ölkəmizdə təhsilə dövlətin
diqqəti və qayğısı çox
yüksəkdir və bu qayğıdan
Laçın məktəbliləri də bəhrələnir:
"Həmişə yüksək amallarla
xidmət edən Laçən rayonunun təhsil
işçiləri təhsil islahatlarının həyata
keçirilməsində xüsusi fəallıq
göstərir. Rayonun pedaqoji
ictimaiyyəti gənclərin təlim-tərbiyəsi sahəsində
bütün bilik və
bacarıqlarını sərf edirlər. Bu il rayonumuzun ümumtəhsil məktəblərinin
buraxılış imtahanlarındakı göstəricilər
respublika göstəricilərindən
yüksək olub. Ötən dərs ilində
11-ci siniflərdə təhsil alan 572 nəfər
şagirddən 447 nəfəri, yəni 78,35 faizi
müvəfəq qiymətlər alıb. Məktəbi
bitirən məzunlardan 404 nəfəri ali
təhsil ocaqlarına sənəd vermiş
və onlardan 206 nəfəri tələbə
adını qazanıb. Bu, son
20 ildə ən yüksək göstəricidir. Bu il qəbul imtahanında
32 məzun 500-dən, 9 məzun 600-dən yuxarı bal toplayıb".
Təhsil
Şöbəsinin müdiri
Çıraqlı kənd tam orta məktəbinin məzunu Samir
Mübariz oğlu Babayevevin 681 balla Azərbaycan
Dövlərt Tibb Unversitetinin
müalicə-profilaktika fakültəsinə qəbul olaraq prezident təqaüdünə
layiq görüldüyünü
xüsusi qeyd edib. O bildirib ki, hər bir azərbaycanlının vətəndaşlıq
borcu respublikamızın dövlət
müstəqilliyini qoruyub saxlamaq,
onu azad, müstəqil
dövlət kimi inkişaf
etdirməkdir: "Bunu gənclər xüsusi olaraq bilməlidirlər.
Eləcə də hər kəs Azərbaycan elmini,
mədəniyyətini yüksəklərə qaldırmaq, vətənin
şan-şöhrətini dünyaya
tanıtmaq və dünya birliyində layiqli yer tutması üçün xidmətlər göstərməlidir.
Gənclərimizin qarşısında duran başlıca vəzifələrdən biri xalqımızın azadlığı,
torpaqlarımızın bütövlüyü
uğrunda cəbhələrdə göstərdikləri
qəhrəmanlıqları kimi elmdə, istehsalatda, təhsildə də fədakarlıq
göstərmələri və yüksək ixtisaslı
mütəxəssislər kimi yetişmələridir".
Tarix elmləri doktoru, professor Şikar Qasımov
belə bir görüşün
keçirilməsinə yüksək qiymət verərək deyib ki, bu
xüsusi əhəmiyyətli bir tədbirdir: "Bunun əhəmiyyəti
ondadır ki, ali məktəblərə
qəbul olan tələbələr
özlərində məsuliyyət hissi görür və inanırlar ki,
bu günə və sabaha
savadlı kadr lazımdır. Bu gün tarixdə qalacaq. Əməlimizlə, təhsilimizlə bir daha sübut
edirik ki, biz laçınlılar hər şeyə qadirdik. Biz rayon
icra hakimiyyətinin
başçısı Akif Səlimovun səmimi
münasibətini görürük və
onun xalqına və ziyalısına
göstərdiyi böyük
qayğını görürük. Akif Səlimova öz minnətdarlığımı
bildirirəm ki, bu gün biz ziyalıları
laçınlı gənclərə
tanıtdırır".
Daha sonra "AZAL"l Hava Yolları Təşkilat
Komitəsinin sədri Bəkir Yusifov
çıxış edərək Laçın rayonunda təhsil ənənələrinfən
danışıb. O qeyd edib
ki, rayonun təhsl
ocaqlarının builki məzunlarının
son 20 ildə ən yüksək nəticələr
göstərməsi rayonda təhsil ənənələrinin
qorunub saxlandığının göstəricisidir.
Onun sözlərinə görə, 20 ildir işğal
altında olan bir rayondan 206 gəncin bir ildə
ali məktəblərə daxil olması böyük
göstəricidir: "Biz Aviasiya Akademiyasına qəbul olmuş
tələbələrimizə köməklik göstərəcəyik
və onların təhsil alması üçün
əlimizdən gələni edəcəyik. 680 bal toplayan tələbəyə
Türkiyənin istənilən yerinə putyovka
hədiyyə edəcəyik".
Tibb elmləri doktoru, professor İlham Kazımov
da belə bir görüşün məcburi köçkün kimi
respublikanın müxtəlif şəhər və
rayonlarında məskunlaşan laçınlılar üçün xüsusi
əhəmiyyət daşıdığını deyib. O rayon səviyyəsində
təşkil olunan bu
görüşdən sonra
Laçından olan gənclərin təhsilə,
gələcək inkişafa daha məsuliyyətlə yanaşacaqlarına ümidvar olduğunu deyib: "Bu tələbələrin
heç biri
Laçında olmayıb, oranı görməyiblər. Amma damarımızda Laçın qanı var. Siz tələbələrin
qarşısında böyük şanslar var,
çalışın bu şanslardan
yerərincə bəhrələnin".
Rayon icra hakimiyyətinin
başçısı Akif Səlimov
dünyaşöhrətli alimlərin və el
ağsaqqallarının çıxışlarının ana xəttində mütləq
"Laçın" sözünün eşidildiyini vurğulayıb. Onun
sözlərinə görə, "Laçın" kəlməsi
70 minlik laçınlının ilk halqası olmalıdır: "Amma bu yerliçilik,
tayfabazlıq bizim aramızdan
götürülməlidir. Hər bir rayonda bütün əhali
bir fikirdə, olsa, yumruq kimi birləşəndə,
dövlət də o qədər güclü olur. Dövlətimizdə
isə xalqına, vətəninə bağlı adamlar çalışmalıdırlar.
İnsanı insandan fərqləndirən
cəhət onun intelektuallığı,
zəkası və ziyalılığıdır. Insan insanı bu cəhətlərinə
görə kəşf etməlidir. Biz
ölkə başçısının apardığı xarici və daxili siyasət
nəticəsində Laçına qayıdacağıq.
Əgər Laçına qayıtmasaq bizim
yaşamağa haqqımız yoxdur".
Akif Səlimov duyğusal
vətənpərvərliyin yüksək olduğunu,
hərbi vətənpərvərliyin isə lazımi səviyyədə
olmadığını da dilə gətirdi.
Onun sözlərinə görə, duyğusal və hərbi vətənpərvərlik
bərabər səviyyədə olarsa, işğal altındakı
torpaqlarımızı düşməndən azad
edəcəyik: "Mən arzu edərdim ki, oğullarımız hərbi sahəyə üstünlük versinlər, Hərbi Akademiyada təhsil alsınlar. Biz
rayon miqyasında hərbə olan münasibətlərimizi dəyişməliyik.
Hər bir laçınlı ailəsi oğlunun birini hərbi məktəbə
göndərməlidir. Cəmşid Naxçıvanski
adına Ali Hərbi Akademiyada
təhsil alan laçınlı gənclərin
hər birinə ayda 300 manat
təqaüd verəcəyik. Biz valideynlərə
üz tutub deyirik ki, sizin
balalarınız zabit, general
olsun, vətənə xidmət eləsin".
Tədbir bu il ali
məktəblərə tələbə qəbulu
imtahanlarında yüksək nəticələr göstərmiş
məzunların mükafatlandırılması ilə başa çatıb. Belə ki,
Laçın Rayon İcra
Hakimiyyəti ali məktəblərə qəbul
zamanı 500-dən çox bal toplayan məzunlara qol saatı, 600-dən çox
bal toplayan məzunlara
isə kompüter hədiyyə edib.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2013.- 24 sentyabr.- S.7.