Bələdiyyələrin
fəaliyyətində dönüş
yaranıb
Ötən
il 8 min hektar torpaq sahəsi yenidən
bələdiyyənin mülkiyyətinə
qaytarılıb
Son bir ildə
Azərbaycanda bələdiyyələrdən qəbul edilən
aktların həcmi 64 faiz artıb.
"Həftə
içi"nin məlumatına
görə, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə belə deyib.
Onun
sözlərinə görə, son illərdə
bələdiyyələrlə aparılan maarifləndirmə işi nəticəsində onların fəaliyyətində
ciddi dönüş
yaranıb və onların qəbul etdikləri sənədlər
normativ aktların tələblərinə
cavab verir: "Bununla belə bəzi bələdiyyələrdə
sənədlərin qanun çərçivəsində
hazırlanmasında səhlənkarlığa yol
verilib. 400 bələdiyyədə belə
fakt aşkarlanıb və onlar
barəsində tədbir görülüb".
Mehdi Səlimzadə qeyd
edib ki, bəzi bələdiyyələrin
fəaliyyətində ciddi qanun pozuntuları aşkar
edilib ki, onların da fəaliyyətinin hüquqi
qiymət verilməsi istiqamətində əməli tədbirlər
görülür. Onun sözlərinə görə, 2012-ci ildə
qanunsuz verilmiş 8 min hektar torpaq
bələdiyyə torpaqları mülkiyyətinə
qaytarılıb.
Nazirlik rəsmisi deyir
ki, qanunsuzluğun digər
forması isə bələdiyyə mülkiyyətindən düzgün istifadə edilməməsi,
iclaslarını vaxtında keçirməməsi və sənədlərin
tərtibində qanunsuzluqlara yol verilməsidir: "Ötən il 600 belə sənəd geri
qaytarılıb. Biz təkcə
bələdiyyələrin fəaliyyətindəki qanunsuzluğu ortaya
çıxarmaq deyil, bu
nöqsanların aradan
qaldırılması istiqamətində köməklik edirik və profilaktik
qabaqlayıcı tədbirlər görürük.
Bu məqsədlə ötən müddət
ərzində 4 minə yaxın belə tövsiyə xarakterli təkliflər bələdiyyələrə
verilib ki, bu da onların fəaliyyətinin
effektivliyini və şəffaflığını
təmin edib".
Xatırladaq
ki, bələdiyyələrin mülkiyyətinin
əsasını bələdiyyə torpaqları təşkil
edir. "Bələdiyyələrin statusu haqqında" qanunun
2-ci maddəsinə əsasən, bələdiyyə
mülkiyyəti-bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır. Həmin qanunun 33-cü maddəsinə
görə isə bələdiyyə mülkiyyətinin tərkibinə
yerli vergilər və ödənişlər
hesabına formalaşan yerli
büdcənin vəsaiti, bələdiyyənin büdcədən
kənar fondları, bələdiyyə əmlakı, habelə
bələdiyyə torpaqları, bələdiyyə müəssisələri
və təşkilatları, bələdiyyə mənzil
fondları və qeyri-yaşayış binaları, dövlət
və xüsusi mülkiyyətdə olmayan yollar, təhsil, səhiyyə,
mədəniyyət və idman müəssisələri,
digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyənin icra aparatının strukturuna
əsasən, onun aparıcı
şöbələrindən biri olan bələdiyyə mülkiyyətinin idarəetmə
şöbəsi "Bələdiyyə torpaqlarının
idarəedilməsi haqqında" qanuna müvafiq olaraq bilavasitə
bələdiyyə mülkiyyətində olan
torpaqların idarəedilməsi xüsusiyyətlərini nəzərə almaqla
mülkiyyətə, istifadəyə və icarəyə
ayrılan torpaqların "Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında" əsasnamənin tələblərinə
uyğun tənzimlənməsini təmin edir.
Qanunvericilikdə
bələdiyyə torpaqları ilə bağlı
çoxsaylı müddəalar öz əksini
tapıb. Ancaq deyəsən, bu sahədə vəziyyət o
qədər də ürəkaçan deyil.
Bu
yaxınlarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə
İş Mərkəzinin açıqladığı
rəqəmlərdən görünür
ki, bələdiyyələrin mülkiyyətində
olan 30 faiz torpağa dövlət aktı verilməyib. Ədliyyə
Nazirliyi məsələnin ciddiliyini nəzərə alıb, problemin müzakirəsini parlament
səviyyəsinə çıxarmağı düşünür.
Bəs
görəsən, bələdiyyə mülkiyyətində olan torpaqlara indiyə qədər
niyə dövlət aktı verilməyib?
İqtisadçı
ekspert Vüqar Bayramov "Həftə içi"nə bildirib ki, bu
problemlərin başlıca səbəbi bələdiyyələrin
istifadə etdiyi, əksər hallarda isə satdığı torpaqlara sərəncam verə bilməməsi
ilə bağlıdır. Bu səbəbdən
də bələdiyyələr indiyə kimi
sərəncam vermək hüququ olmayan torpaqların satışı ilə məşğul
olub. Nəticədə həmin
torpaqlarda inşa edilən
evlər də qanunsuz tikililər
sırasına aid edilib
və indiyədək bələdiyyələrin torpaq satışı həyata keçirməsi
qanunsuz bir fəaliyyət
olub: "Əsas
problem onunla
bağlıdır ki, Bakının
rayonlarında bələdiyyə torpaqları
ilə dövlət torpaqları arasında sərhədlər
müəyyənləşməyib. Torpaqların sxeminin düzgün
çəkilməməsi də belə problemlərin
yaranmasına gətirib çıxarır. Həmçinin bələdiyyələr
formalaşandan sonra onlar özəl mülkiyyətə aid olmayan torpaqların
hamısının bu qurumlara
aid olduğunu zənn
edib".
Ekspert deyir ki, qanunvericiliyə əsasən, bələdiyyə
torpaqları dövlət torpaqlarından fərqlənir. Bələdiyyə
torpaqları Dövlət Torpaq Komitəsinin
çəkdiyi sxem əsasında müəyyənləşməlidir.
Vüqar Bayramovun
fikrincə, əsas problem ondadır ki, bu istiqamətdə fəaliyyət
çox zəifdir. Bələdiyyələr
heç də özəl mülkiyyətə
aid olmayan
torpaqların hamısının sahibi deyil: "Torpaqların konkret olaraq bölünməməsi,
sərhədlərin sxeminin tərtib edilməməsi
gələcəkdə problemlərə səbəb olacaq. Ona görə də
problem həll edilməlidir. Bələdiyyə
torpaqlarının konkret müəyyənləşməsi
gələcəkdə vətəndaşlar üçün
də problemə səbəb olmayacaq".
Pərvin
İsmayılova
Həftə içi.- 2013.- 26-28 yanvar.-
S.10.