Rəqəmsal xəstəxana
layihəsi reallaşır
Azərbaycanda ilk dəfə
belə bir səhiyyə
müəssisəsinin qurulması planlaşdırılır
Bu il ərzində səhiyyə sahəsində daha bir texnologi yeniliyi imza atılacaq. Belə ki, Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası fəaliyyətini tam rəqəmsallaşdırmaq niyyətindədir. "Microsoft Azerbaijan" şirkətinin yaydığı məlumata görə, hazırda xəstəxana məlumat sistemi və səhiyyə sahəsində informasiya texnologiyalarına malikdir və məhz Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq səhiyyə sahəsində İnformasiya Texnologiyaları İnfrastrukturunun Təkmilləşdirməsi Layihəsinə imza atılıb. Belə ki, 800 çarpayılıq xəstəxanada 2010-cu ildən etibarən "Microsoft Azerbaijan" şirkətinin tərəfdaşı olan Türkiyənin "Esim Software" şirkəti tərəfindən idarə edilən xəstəxana sözügedən layihənin həyata keçirilməsinə başlayıb.
Bəs, görəsən,
bu sistemin əsas
üstünlükləri nədən ibarətdir? Rəqamsal
xəstəxananın yaradılması pasiyentlərə nə
vəd edir?
Məsələyə
münasibət bildirən Mərkəzi Neftçilər Xəstəxanasının
baş direktoru Leyla Seyidbəyova deyib ki, hazırda "Esim Software" şirkətinin OTOMATİP xəstəxana
informasiya sistemi uğurla tətbiq edilərək Mərkəzi
Neftçilər Xəstəxanasının tam
istifadəsinə verilib. O, Mərkəzi Neftçilər Xəstəxanasını
müasir yeniliklərə daim
açıq olan tibb
müəssisəi kimi xarakterizə edərək
sözügedən layihənin tətbiqinin də buna əyanı sübut olduğunu deyib. Onun sözlərinə görə, ümumiyyətlə,
bu layihə xəstəxananın fəaliyyətinin
effektivliyini artırıb. Belə ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası
qələmlə yazı işindən 80-85 faiz
imtina edib: “Hədəfimiz
isə xəstəxananı tam
kompüterləşdirməkdir və düşünürəm
ki, bu ilin
sonunadək proses tam başa çatacaq.
Ümumiyyətlə, məqsədimiz tam
rəqəmsal xəstəxanaya çevrilməkdir".
20-dən artıq xidmət istifadəyə verilib
Baş direktor onu da əlavə edib ki, əgər bundan
öncə Mərkəzi Neftçilər Xəstəxanasında
müalicə alan hər bir
xəstənin kağız qovluğunda
saxlanılan ayrıca uçot
kitabçası var idisə, hazırda bütün uçot
kitabçaları elektronlaşdırılıb və bu da həkimin vaxt itkisini minimuma endirib. Leyla Seyidbəyovanın
sözlərinə görə, hazırda bu
xəstəxanada 1 000-dən artıq işçi
çalışır ki, onların
hamısı müasir avadanlıq və
sistemdən istifadə etmək üçün
lazımi təlimlərdən keçib:
“Hazırda xəstəxanada 8 şöbə fəaliyyət
göstərir və bu ilin
sonunadək sözügedən layihə bütün
şöbələri tam əhatə edəcək.
Bu gün biz layihə çərçivəsində statistik, texniki və 20-dən
artıq digər modulların tətəbiqinə
başlamışıq, yaxın gələcəkdə isə
layihənin bütün 30 modulu
tətbiq olunacaq".
O, həmçinin
vurğulayıb ki, OTOMATİP sistemi müasir xəstəxana
idarə etməsində və digər xəstəxana informasiya sistemlərində mövcud
idarəetmə modullarının hamısını, həmçinin,
xəstəxanaya müraciət edən pasiyentlər və
onların yaxınları üçün
məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə
köşkü pasiyentlərin görüş almasını və növbə
gözləmədən qeydiyyatdan
keçməsini təmin edir. Eyni zamanda,
"Ağıllı kart" sistemin tətbiqi vasitəsilə xəstəxana
personalının giriş-çıxışına nəzarət
edilir. Xəstəxanada istifadə edilən
sistemin istifadəçi pəncərəsi
sadə, qrafik və standart
ekranları ilə proqramın istifadəsini çox
asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib
olunduğundan yerli ehtiyaclara və tələbatlara
uyğunlaşdırılıb. "NFC xəstə
biləkliyi" və xəstələrin yataqlarının
başında quraşdırılmış planşet
tipli kompüterlər vasitəsilə hər
bir xəstə haqqında məlumatları
əlçatandır və müxtəlif əməliyyatlar həyata
keçirmək imkanları mövcuddur.
Leyla Seyidbəyova xəstəxanada simsiz tibb bacısı
çağırış sistemi və xəstənin
təcili çağırışlarında istifadə edə
bildiyi ilk kömək
çağırış sisteminin
yaradıldığını da söyləyib.
Onun
sözlərinə görə, xəstəxananın
miqyasına görə tənzimlənə bilən web platforması üzərində qurulan OTOMATİP xəstəxana sisteminin içərisində radioloji
görünüşlərin araşdırılması üçün "Siemens
RIS/PACS" ilə inteqrasiya edilmiş interfeys
çalışır. Bu isə xəstəxananın
bir filialında əldə edilmiş məlumatların digər filialda və hətta internet
üzərindən təhlükəsiz bir
formada digər xəstəxanada təhrif
edilmədən istifadəsinə şərait yaradır: “Biz düşünürük
ki, pasiyentlər bir çox inkişaf etmiş ölkədə fəaliyyət
göstərən müasir xəstəxanada
tapa biləcəyi İKT həllini Azərbaycanda
məhz Mərkəzi Neftçilər Xəstəxanasında
tapa biləcəklər. Hətta daha irəli gedərək
bu xəstəxanada istifadə edilən müasir İT arxitekturaları əsasında
çalışan səhiyyə həllərinin digər inkişaf etmiş ölkələrdəki
bir çox xəstəxanadan
daha irəli bir səviyyədə
olduğunu qətiyyətlə söyləyə
bilərəm. Artıq bir neçə
ölkə bizim təcrübədən yararlanmaq niyyətrindədir".
Qeyd edək ki, "Microsoft
Azerbaijan" şirkətinin tərəfdaşı
olan "Esim Software" şirkəti səhiyyə sahəsində
ixtisaslaşıb və 24 illik təcrübəsi
ilə Türkiyənin Tətbiqi Proqramlar
sektorununda bir sıra
nailiyyətlər əldə edib. Şirkətin
Mərkəzi Neftçilər Xəstəxanasında həyata
keçirdiyi layihə çərçivəsində göstərilən
xidmətlərdən 90 minə yaxın dövlət neft işçisi və
onların ailələri yararlana bilir.
Kütləvi xarakterli xidmətlər daha məqsədəuyğundur
Mövzu ilə bağlı fikirləri
bölüşən Multimedia Mərkəzinin
rəhbəri Osman Gündüz
də vurğulayıb ki, bir
ölkədə ictimai rifahın və inkişaf səviyyəsinin ən əhəmiyyətli
göstəricilərindən biri vətəndaşlara
təqdim edilən sağlamlıq xidmətinin keyfiyyəti hesab
olunur. Onun sözlərinə
görə, sağlamlıq xidməti keyfiyyətinin təmin
edilməsində ən əhəmiyyətli faktorlardan
biri də informasiya və
kommunikasiya texnologiyalarının nə dərəcə
istifadə edildiyidir: “Bu
məsələdə rəqəmsal xəstəxana
anlayışı səhiyyə sistemində əhəmiyyətli
yer tutur. Rəqəmsal xəstəxana, sağlamlıq təşkilatın
içərisindəki tibbi və ya tibbi olmayan
hər cür məlumat və görüntünü sənədsiz və filmsiz olaraq
saxlandığı, çatdırıldığı və
paylaşıldığı xəstəxana olaraq
təyin oluna bilər. Rəqəmsal xəstəxananın məqsədi, xəstələrə
ən yaxşı sağlamlıq baxım xidmətini təqdim
etmək, tanı, müalicə və dərman istifadəsinə
dair səhvlərin
qarşısını almaq, iş müddətlərini
optimallaşdırmaq və avtomatik etmək,
material israfın azaldaraq
xəstəxanaların maddi və insan qaynağını ən ideal
şəkildə istifadəsini təmin etməkdir. Yəni, bu baxımdan Azərbaycanda belə bir səhiyyə ocağının
yaradılması yaxşı hal sayıla
bilər. Amma nəzərə alsaq ki, bu
sistemdən məhdud sayda insanlar
yararlana biləcək, o
zaman rəqamsal xəstəxana mahiyyəti
müəyyən qədər itirmiş olur».
Ekspert bildirib ki, hazırda səhiyyə sistemində
kütləvi xarakter daşıyan elektron xidmətlərin tətbiq olunmasına daha çox ehtiyac duyulur. Onun sözlərinə görə, ölkədə
hansısa tibb müəssisəsinin
bazasında rəqəmsal sistem yaratmaqdansa, kütləvi layihələrin reallaşdırılması
məqsədəuyğundur: «Məsələn, bu gün bütün
dünyada onlayn formada həkimlərin qəbuluna yazılmaq mümkündür. Təbii ki,
bu olduqca vacib bir elektron
xidmətdir. Çünki Azərbaycanda həkim
qəbuluna yazılmaq üçün onun çalışdığı xəstəxanaya
baş çəkmək və birbaşa xəstəxanada qəbula
yazılmaq lazımdır. Bu zaman isə heç bilmirsən
ki, həkimin səni qəbul etməyə
vaxtı çatacaq, ya
yox. Ona görə Azərbaycanda
ilk növbədə bu
sistem istifadəyə verilməlidir ki, vətəndaşların da
işi asanlaşsın. Hansısa xəstəxananın
bazasında rəqəmsal sitstemin
yaradılmasından bütün vətəndaşların
yararlanması qeyri-mümkündür».
Xatırladaq ki, rəqəmsal xəstəxana
anlayışı çərçivəsində əsasən,
Xəstəxana Məlumat Sistemi (XMS), Görüntü Arxivləşdirmə və
Ünsiyyət Sistemi (PACS),
Xəstəxana
Görüş Sistemi
(SMS, web, WAP, zəng mərkəzi vs), Mobil Proqramlar
(Tablet PC, MCA, Smart Telefon və s), Klinika Qərar Dəstək Sistemləri, Kompüter Dəstəkli diaqnoz
sistemi, Elektron Sənəd
İdarə sistemi, RFID / Barkod
ilə xəstə, cihaz, dərman təqib
sistemləri, xəstə başı
ekranlar, teletib, kabelsiz şəbəkə, məlumat, səs
, görüntü texnologiyaları,
ağıllı binalar texnologiyası qurulur.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 2 aprel.- S.6.