Kəlbəcər bu gün...

 

20 ildən çoxdur ki, özümüzə təsəlli veririk; ermənilərin iqtisadi vəziyyəti ağır olduğundan onlar işğal etdikləri torpaqlarımızda, xüsusilə dağlıq relyefli Laçın və Kəlbəcərdə məskunlaşmaqda böyük çətinliklər çəkirlər. Amma fakt faktlığında qalır ki, bu gün ermənilərin Laçında olduğu kimi, Kəlbəcərdə də azdan-çoxdan evləri, məktəbləri, klubları, dükanları, xəstəxanaları, hətta restoranları var. Ən azı, o gözəl yerlərin təmiz havasını udub, saf suyundan içirlər və ən başlıcası, o torpaqlar bizim yox, ermənilərin ayaqları altındadır...

İnanırıq ki, verəcəyimiz məlumatları oxuyan, təqdim edəcəyimiz fotoşəkillərə baxıb ermənilərin bizim qədim yurdumuzun çaylarında necə çimdiyini, bulaqlarından necə içdiyini, gülzar çəmənliklərinin çiçəyindən süzülmüş balından necə yediyinis. görən hər bir vətənsevər azərbaycanlının qəlbi odlanacaq.

Hazırda ermənilər üçün Kəlbəcər “Şaumyanrayonunun mərkəzi olanKarvaçar” şəhəridir... “Karvaçar” ermənicə “qala-bazar”, yaxuddaş satılan yer” deməkdir. Erməni jurnalist Tamar Qriqyanın sözlərinə görə, Ermənistanın Vardenis (Basarkeçər) rayonundan Kəlbəcərə həftədə üç dəfə marşrut taksi gəlir. Maşınlar köhnə, darısqal, yollar da narahat olmasına rəğmən ermənilər buraya həvəslə gəlir. T.Qriqyan daha sonra yazır: “Karvaçara daxil oduğum ilk anlardan qəlbimi yüksək bir qürur hissi bürüyür. Ermənistanın bu gözəl diyarına görə, bu vüqarlı dağları bizim üçün azad etmiş hərbçilərimizə görə... Ona görə ki, mənim Vətənimin bu tarixi guşəsi də azad edilmişorada artıq bu yurdun əsl sahibi- erməni yaşayır. Karvaçarın girişində bu sözlər yazılıb: “Karvaçar-Ermənistanın qalasıdır”. Azca kənarda isə onun uğrunda həlak olmuş erməni döyüşçülərin xatirəsinə xaçkar qoyulub”.

Bəli, bu gün ermənilərin faktiki qalası olan Kəlbəcərdə cəmi 700-ə yaxın erməni yaşayır. Amma erməni jurnalistin sözlərinə görə, qəsəbədə böyük ruh yüksəkliyi var. Burada doğum evitikilib və hər ay azı bir neçə uşaq doğulur. Yəni Kəlbəcəri özünə əsl vətən bilən ermənilərin sayı artır. Əsl sakinləri 21 ildir çadırlarda, yataqxanalarda, özgə qapılarında zülm çəkən bu bölgəmizdə çoxuşaqlı erməni ailələri də yaşayır. News.am saytı əməkdaşının 2013-cü ilin iyununda görüşdüyü Kəlbəcərin “Nor Verinşenadlanan Çaykənd kəndinin orta məktəb direktoru Şaqen Markaryanın 13 övladı var: 9 oğlu, 4 qızı. Fəxrlə deyir: “Vətən üçün 9 əsgər böyüdürəm. Özüm Artsax uğrunda müharibədə olmuşam və istəyirəm ki, gələcəkdə məni əvəz edən olsun”. Ş.Markaryan 1996-cı ildə Xocavənddən Kəlbəcərə köçəndə cəmi 6 uşağı var imiş, 7-si Kəlbəcərdə doğulub. Cüzi maaşla onları böyüdə bilib. Həyat yoldaşı Göygöl (keç. Xanlar) rayonundandır. Hazırda Çaykənddə 56 ailə yaşayır ki, onlardan yeddisi çoxuşaqlıdır.

Digər erməni mənbələrindən əldə etdiyimiz məlumata görə, artıq yeddinci ildir ki, “Artsax” xeyriyyə fondu Kəlbəcərdə və “Kaşataqrayonunda 3-cü və daha sonrakı uşaqlar doğulan erməni ailələrinə bir inək bağışlayır. Təsərrüfatla məşğul olmaq istəyənlərə aşağı faizli kredit ayrılır. İrəvandan gəlmiş gənc həkim ailələri sakinlərə həvəslə xidmət göstərir. Bu il uşaq bağçasının da tikilməsi planlaşdırılır. Yeni orta məktəb və “Artsaxbank”ın filialı istifadəyə verilib. Təzə yaşayış binaları da tikilməkdədir. “PrezidentBako Saakyan yeni tikililərin açılışında iştirak edir. “Hayastanfondunun FransaArgentina şöbələrinin köməyi ilə şəhərdə yeni su kəmərləri çəkilir. Kəlbəcərdən hər bazar ertəsi Xankəndinə də avtobus gedir...

Ancaq çox çətin vəziyyətdə yaşayanlar da var. Fizika müəllimi Roza Serobyan bu ilin fevralında “DQR” rəhbərliyinə ünvanladığı şikayət ərizəsində yazır ki, 1999-cu ildən Kəlbəcərdə məskunlaşsalar da, bərbad vəziyyətdə olan mənzilləri 15 ildir ki, təmir edilməyib. Ancaq sonda erməni müəllimə vurğulayır ki, ola bilsin, “dövlət”imizin gücü çatmır, qoy xeyriyyəçilər, imkanlı şəxslər bizə kömək etsin... Göründüyü kimi, ermənilər şüurlu şəkildə çətinliklərə dözərək torpaqlarımızda məskunlaşmaqda davam edirlər. Bu gün Laçın və Qubadlıda olduğu kimi, Kəlbəcərdə də Suriyadan qaçqın ermənilər üçün də evlər tikilir.

Kəlbəcərdə bu gün əcnəbilərin də qonaq olduğu restoran fəaliyyət göstərir. Müdiri isə Ermənistanın Gümrü (keç. Leninakan) şəhərindən gəlmiş Karine Qabrielyandır. İngilisrus dillərində sərbəst danışan Karinenin sözlərinə görə, son vaxtlar Kəlbəcərə nəinki Ermənistan və Qarabağdan, Rusiyadan, hətta İsveçÇexiya kimi Avropa ölkələrindən də qonaqlar gəlir. “DQR” “prezidenti Bako Saakyan da Karinenin qonağı olub. “Ermənistanın müdafiə naziri Seyran Ohanyanın atası isə əvvəlcədən zəng edir ki, Karine-can, sabah mənə Gümrü xaşı hazırla. Mən də məmnuniyyətlə hazırlayıram”, - deyə erməni aşpaz lovğalanır. Karine xüsusi olaraq vurğulayır ki, mənim restoranımda heç bir yarımfabrikatdan-filandan istifadə edilmir, hər şey Qarabağın və Ermənistanın təbii məhsullarından, meyvə-tərəvəzindən, ət məhsullarından hazırlanır... Karine ağır atletika ilə məşğul olan qızını da Kəlbəcərə gətirmək fikrindədir. Deyir ki, qoy qızım Qarabağın gələcək müdafiəçilərinin sağlam bədənli böyüməsinə xidmət göstərsin. Karine söz verib ki, Kəlbəcərdə kilsə tikməmiş Ermənistana qayıdan deyil. Bunun üçün pul da toplayır...

Ermənilərin özlərinin etiraf etdiyinə görə, bu gün Kəlbəcərin 100-dən çox kəndindən təxminən 10-da qismən yaşayış var. İqtisadi durumun ağırlığına, infrastrukturun bərbad vəziyyətdə olmasına rəğmən Şuşa, Laçın və Kəlbəcər dağları əcnəbi həvəskar turistləri, eləcə də xaricdə yaşayan erməniləri özünə cəlb edir. Moskvada yerləşən “Qafqaz-explorer” şirkəti Kəlbəcər dağlarına da atlı turist səfərləri təşkil edir. Məsələn, ötən yay iyulun 5-dən 12-dək bir qrup rus və erməni gənci gid (ekskursiy bələdçisi) Dmitri Yeqorovun bələdçiliyi ilə atla Kəlbəcər dağlarını doyunca gəziblər. Ruslar ermənilərin “Cermacur” adlandırdığı məşhur İstisuda da olub, təbii şəraitdə müalicəvi vanna da qəbul ediblər. Burada KrasnodarSamaradan dincəlməyə gəlmiş ruslarla da rastlaşıblar. Amma onların çəkdiyi fotoşəkillərdən də məlum olur ki, sovet dövründə ildə yüzlərlə insanın dincəldiyi İstisu bu gün tamamilə dağılıb. Bu gözəl məkan da Azərbaycan oliqarxlarının sərmayəsini gözləyir...

Yeri gəlmişkən, ermənilər Kəlbəcərdəki yeraltı sərvətlərimizi, xüsusən mis və qızıl yataqlarını da xarici sərmayədarlarla şərik talayırlar. Bu barədə yerlixarici KİV-lər kifayət qədər məlumat verib...

Bu gün düşmənlərimiz Kəlbəcərdən XX əsrin əvvəlində Moskvanın “məsləhəti” ilə “qardaş erməni xalqına” verilmiş digər qədim yurdumuza Basarkeçərə Zod aşırımından keçən yeni yol çəkir. Ağdərədən başlanan yolun yüksək səviyyədə təmiri üçün Ermənistan dövləti 4 mln. dollara yaxın vəsait ayırıb. Bizim isə düz 21 ildir ki, gözlərimiz yol çəkir.

 

Sultan Laçın

 

Həftə içi.- 2014.- 2 aprel.- S.4.