Qlobal istiləşmə Azərbaycana mənfi
təsir göstərəcək
Gülmalı Süleymanov: «Malyariya, ürək-damar, mədə-bağırsaq və sair xəstəliklərin kəskinləşəcəyi gözlənilir»
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ictimaiyyətində iqlimdə köklü dəyişikliklərin başlaması barədə xəbərdarlıq edib. Adıçəkilən qurumun Yaponiyanın Yokohama şəhərində keçirilən elmi iclasından və bir həftə davam edən qızğın müzakirələrdən sonra tərtib olunan hesabatında qeyd edilib ki, qlobal istiləşmə insanları yeni təhlükələrə doğru aparacaq.
Bəs
görəsən, iqlimdəki köklü
dəyişikliklərin Azərbaycana hansı mənfi təsirləri
olacaq? Ölkəmiz qlobal
istiləşmənin fəsadlarından sığortalana biləcəkmi?
İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru
Gülmalı Süleymanov «Həftə
içi»nə müsabihəsində
gözlənilən təhlükələr və onların aradan qaldırılması üçün
görülən işlər və həyata keçiriləcək
tədbirlər barədə danışıb.
- Gözlənilən qlobal istiləşmənin kökündə hansı səbəblər dayanır?
- Əsas səbəb
Yer kürəsindəki enerji
balansının pozulması ilə əlaqədardır. Söhbət Günəşdən Yer
kürəsinə gələn istilik enerjisi ilə Yer kürəsindən
qayıdan istilik enerjisinin
həcmi arasındakı müqayisənin kəskin şəkildə
fərqlənməsindən gedir. Əvvəllər
Yer kürəsində bir
kvadratmetr əraziəyə daxil olan istilik
enerjisinin həcmi oradan
qayıdan istilik enerjisinin
həcmindən 1,6 meqavatt çox
olub. Amma hazırda bu göstərici 2,23 meqavatt
təşkil edir. Əvvəlki dövrlə
müqayisədə hazırkı vəziyyətdə istilik enerjisi 0,63 meqavatt artıb. Bu da o deməkdir ki, istilik enejisi
Yer kürəsində qeyri-bərabər paylanacaq. Digər tərəfdən, belə bir amil istiliyin
çoxalacağını, yəni iqlimdə daha
kəskin dəyişikliklərin baş
verəcəyini göstərir. Xüsusilə də atmosferdə
zərərli qazların, məsələn, karbon
qazının miqdarı artacaq. Nəticədə
Avropanın şimal-qərb hissəsində yerləşən
ölkələrdə, Amerika qitəsinin
Atlantik okean sahillərindəki
dövlətlərdə, Cənubi Amerikanın bəzi ərazilərində
qlobal istiləşmənin ciddi təsirləri özünü
büruzə verəcək.
- İqlimdə köklü dəyişikliklərinin başlaması Azərbaycanda hansı neqativ hallarla müşahidə oluna bilər?
- Ümumiyyətlə, dünyada baş verən təhlükələr, iqlim dəyişmələri, qlobal istiləşmə və sair ölkəmizə müəyyən qədər təsir göstərir. Sadəcə, sözügedən hadisələrin təsirinin hansı formada olacağı, yəni təsirlərin az, yaxud çox olacağı məsələsinə diqqət yetirmək lazımdır. Şübhəsiz ki, Azərbaycanın okeanlardan kənarda yerləşməsi, ölkə ərazisində mövcud olan iqlim şəraiti, torpaq örtüyü, coğrafi relyef və sair haqqında danışılan iqlim dəyişikliklərinin respublikamıza ciddi mənfi təsir göstərməyəcəyinə dəlalət edir.
- BMT-nin hesabatına görə, qlobal istiləşmə yoxsulluq, xəstəlik, ərzaq təhlükəsizliyi, qaçqınlıq kimi problemləri daha da pisləşdirəcək.
- Doğrudur.
İlkin mərhələdə kəskin iqlim dəyişikliklərinin insanların
sağlamlığına ciddi zərbə
vuracağı qaçınılmazdır. Söhbət əksər
insanların qlobal istiləşmə
dövründə mövcud olacaq iqlim şəraitinə,
isti və qızmar hava
uyğunlaşması prosesinin həddən
artıq çətin olacağından gedir.
Xüsusilə də kəskin iqlim dəyişiklikləri
nəticəsində malyariya, ürək-damar,
mədə-bağırsaq və sair xəstəliklərin
kəskinləşəcəyi gözlənilir. Digər məsələlərə
gəlincə, təbii ki, kəskin istilər
nəticəsində quraqlığın yaranması
mümkünləşəcək ki, nəticədə
məhsuldarlığın aşağı düşəcək.
Bu da ərzaq qıtlığı yaradacaq, yoxsulluğu
artıracaq. Üstəlik, özlərinə iş
tapmaq, ruzi qazanmaq, qızmar istilərdən qorunmaq və sair məqsədlər
üçün başqa
ərazilərə, yaxud ölkələrə
gedən vətəndaşların sayının
çoxalacağı da verilən proqnozlar sırasındadır.
- Hesabatda kəskin iqlim dəyişikliklərinin zorakılıq hallarının çoxalmasına ciddi təsir göstərəcəyi də vurğulanıb. Bu, nə ilə əlaqədardır?
- Ərzaq təhlükəsizliyinin
təmin olunmadığı və ərzaq
çatışmazlığının daha
ciddi xarakter
alacağı məkanlarda şübhəsiz ki,
zorakılıq, cinayət hadisələri, xüsusən də
oğurluq hallarının artacağı
gözlənilir. Konfliktlərin daha çox ərzaqla təminat məsələsi
ucbatından baş verəcəyi ehtimal olunur.
- Kəskin iqlim dəyişiklikləri
nəticəsində məhsul istehsalında geriləmə
müşahidə olunacağı da bildirilib. Bu baxımdan Azərbaycanda
vəziyyət necə olacaq?
- Qlobal
istiləşmə nəticəsində quraqlıq, səhralaşma
və şoranlaşma gözlənildiyindən
məhsul istehsalı, eləcə də əkin-biçin sahələrində
məhsuldarlığın xeyli
azalacağı gözlənilir. Təbii ki,
belə bir neqativ hal kənd təsərrüfatının
inkişafına, iqtisadiyyatın digər sahələrinin
inkişafına ciddi mənfi təsirini
göstərəcək. Azərbaycanda durumun
necə olacağına gəlincə, ölkəmizdə bu cür təhlükələrdən
sığortalanmaq üçün
dövlət proqramları qəbul edilib. Məsələn, «Azərbaycan Respublikasında
Ərzaq Təhlükəsizliyi Proqramı» və digər proqramlar kəskin iqlim dəyişikliklərinin
gözlənildiyi məqamlarda ölkə əhalisinin ərzaqla
təminatında yaşa biləcək
problemlərin qarşısının alınmasında mühüm rol oynayır.
Bundan əlavə,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ölkə prezidentinin
«Əhalinin ekoloji cəhətdən təmiz
su ilə təminatının
yaxşılaşdırılması ilə əlaqədar əlavə
tədbirlər haqqında» sərəncamının icrası
ilə əlaqədar olaraq Kürsahili boyunca yerləşən
qəsəbə və kəndlərin əhalinin
içməli su ilə təmin etmək üçün modul tipli sutəmizləyici qurğular
quraşdırıb. Müxtəlif illəri əhatə
edən «Regionların sosial-iqtisadi
inkişafı üzrə dövlət proqram»ları da qlobal istiləşmə
dövründə gözləniləcək bir
çox problemlərin, o
cümlədən, ərzaq
çatışmazlığının
qarşısının alınmasında əhəmiyyətli
rola malikdir.
- Adətən, yay aylarında ölkə ərazisindəki 450-yə yaxın göldən 200-ə yaxını quruyur, ölkənin yer su ehtiyatları 30-31 kubkilometrdən 20,3 kubkilometrə qədər azalır. Qlobal istiləşmə dövründə su qıtlığının daha da güclənməsi ölkəmiz hansı fəsadları törədəcək?
- Qeyd etdiyiniz amil Azərbaycanda müəyyən problemlərin
yaranacağını göstərir. Məsələn,
1998-2000-ci illərdə su
çatışmazlığı ucbatından məhsul
istehsalı və məhsuldarlıq azaldı, ərzaq
çatışmazlığı yarandı, iqtisadiyyatın bir çox sahələrində
tənəzzül özünü
büruzə verdi. Amma
baş vermiş hadisələrdən
nəticə çıxaran ölkə rəhbərliyi və
aidiyyəti qurumlar su
qıtlığının aradan
qaldırılması istiqamətində müəyyən
işlər gördülər. Dövlət səviyyəsində
lazımi tədbirlər həyata keçirildi.
Xüsusilə də ölkəmizdə yeni
meşələrin salınması, meşələrin sahəsinin
artırılması, yaşıllıqların
salınmasına marağın çoxaldılması daha təqdirəlayiq hallardır. Ona görə də dünyanın digər
ölkələrinə nisbətən respublikamızda məhsul
istehsalının və məhsuldarlığın
azalması, ərzaq çatışmazlığı və
digər neqativ hallar ciddi xarakter almayacaq.
- Hesabatda qeyd olunub ki, qlobal istiləşmə quruda və sudakı heyvan və bitki təbəqəsinə zərər verəcək. Ölkəmizdə hansı heyvan və bitki növləri ciddi təhlükələrlə üzləşəcək?
- Ümumiyyətlə,
iqlim dəyişiklikləri nəticəsində
heyvan və bitki təbəqəsində
müəyyən dəyişikliklərin baş
verməsi əvvəllər də müşahidə olunub, indi də var, gələcəkdə də olacaq. Düzdür, əvvəllər
Azərbaycanda bu baxımdan vəziyyət
bir qədər kritik idi. Amma sonradan qoruqların, xüsusi mühafizə olunan
parkların yaradılması, balıqartırma
zavodlarının tikilməsi və digər tədbirlərin
həyata keçirilməsi nəticəsində bitki və heyvan təbəqəsinə
mənfi təsir azaldı. Ancaq qeyd etmək istəyirəm ki,
qlobal istiləşmə heyvanlar
arasında müəyyən xəstəliklərin
yaranmasına və yayılmasına təsirini göstərəcək.
Bəzi bitkilərdə müəyyən proseslər gedəcək
ki, bu da
onların inkişafını ləngidəcək, quruma və sair hallar baş verəcək.
Yaxud susuzluq və
çirklənmə ucbatından meyvəçilik ciddi ziyana düşəcək
və sair. Lakin bütün bunlara
baxmayaraq, ehtiyatların kifayət qədər
olması, qabaqlayıcı profilaktiki tədbirlərin
görülməsi onu göstərir ki, ciddi problemlər qlobal istiləşmə ölkəmizdə bitki və heyvan təbəqəsinə
ciddi mənfi təsir göstərə
bilməyəcək.
Təbriz Vəfalı
Həftə
içi.- 2014.- 5-7 aprel.- S.6.