Mobil nömrələrin
daşınması xidməti
Mobul operatorlar eyni məqsəd daşıyan bu proses fərqli mövqelərdən yanaşır
Azərbaycanda bu ilin fevralın 1-dən etibarən mobil nömrə daşınması xidməti fəaliyyətə başlayıb. Bu xidmət mobil telefon istifadəçilərini öz operatorlarını dəyişmək imkanı verir. Mövcud qaydalara əsasən, borclu nömrələrin, eləcə də 3 aydan az istifadə olunan nömrələrin daşınması mümkün deyil. Bundan başqa mobil telefon nömrəsini digər operatora keçirmək istəyən fiziki və ya hüquqi şəxslər bunun üçün alıcı operatora (yəni, abunəçinin keçmək istədiyi) ərizə ilə müraciət etməli, bu zaman özünə aid olan məlumatları təqdim etməlidir. Bu nömrənin mövcudluğu, eləcə də təqdim olunan sənəd və məlumatların doğruluğu təsdiqlənəndən sonra daşınacaq nömrə üzrə alıcı operator və abunəçi arasında abunə müqaviləsi imzalanır.
Alıcı operator
nömrə daşınması ilə bağlı
imzalanmış ərizəni və sənədləri 2
iş günündən gec olmayaraq elektron formada Mərkəzi
Baza Sisteminə, eləcə də ən geci 10 iş
günü ərzində poçt vasitəsilə verici (abunəçinin
xidmətindən imtina etmək istədiyi) operatora
çatdırır.Verici operator daşınması nəzərdə
tutulan nömrəni və abunəçi barədə məlumatların
uyğunluğunu yoxlayır və nəticəni (verici
operatorun nömrə daşınmasının həyata
keçirməyə razı olduğunu və ya nömrə
daşınmasından imtina etdiyini) 2 iş günündən
gec olmayaraq Mərkəzi Baza Sistemi vasitəsi ilə
alıcı operatora bildirir. Verici operator nömrə
daşınmasından imtina etdikdə, imtinanın səbəbini
göstərməlidir.
Qaydalara əsasən,
mobil operatorlar nömrə daşınmasının həyata
keçirilməsi üçün bütün texniki məsələləri
həll etməli, o cümlədən abunəçilərə
aid məlumatların məxfi saxlanmasını,
daşınmış nömrələrə edilən zənglərin
və məlumatların alıcı operatorun telekommunikasiya
şəbəkəsinə yönləndirilməsini təmin
etməlidir.
Bundan başqa, verici
operator öz telekommunikasiya şəbəkəsindən
daşınmış nömrəyə edilən zənglər
üçün abunəçilərinə ayırdedici xəbərdarlıq
siqnalı verməlidir. Nömrə daşınması
prosesində abunəçinin fikrini dəyişdirəcək
hər hansı təbliğat işlərinin operatorlar tərəfindən
aparılması yolverilməzdir.
Qaydalara görə,
mobil operatorlar nömrə daşınmasına və tələb
olunan sənədlərə dair məlumatları, ərizə
formalarını, abunəçinin hüquqları və
öhdəlikləri, nömrə daşınmasının həyata
keçirilməsi müddəti barədə istifadəçiləri,
abunəçiləri məlumatlandırmalı və bu məlumatları
özlərinin internet informasiya ehtiyatlarında yerləşdirməlidirlər.
Bəs, Azərbaycanda bu proses necə gedir? Nömrələrin
daşınması zamanı operatorlar hansısa problem
yaşayırlarmı?
Məsələyə münasibət açıqlayarkən
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən
bildiriblər ki, hazırda xidmətin tətbiqi uğurla davam
etdirilir. Xidmətin əsas məqsədi isə mövcud
telekommunikasiya bazarında rəqabətin
artırılmasına, operatorlar tərəfindən abunəçilərə
göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə,
nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə,
istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin
daha səmərəli xidmət təklifi təqdim edən
operatorun şəbəkəsinə maneəsiz keçməsinə
şərait yaratmaqdan ibarətdir.
Nazirlikdən həmçinin bəyan ediblər ki,
nömrə daşınmasından bir sıra hallarda imtina
oluna bilər. Belə ki, daşınması tələb olunan
nömrə abunəçiyə aid olmadıqda, abunəçi
barədə məlumatlarda səhv olduqda, daşınması
tələb olunan nömrə üzrə borc olduqda imtina
halı mümkündür. Bundan başqa, daşınması
tələb olunan nömrə üzrə abunə müqaviləsinin
dayandırılması barədə abunəçinin verici
operatora müraciəti olduqda və ya müqavilə ləğv
edildikdə, daşınması tələb olunan nömrənin
verici operator tərəfindən abunəçinin istifadəsinə
verildiyi tarixdən 3 (üç) ay müddət keçmədikdə
(həmin abunəçinin fiziki şəxs olduqda şəxsiyyətini
təsdiq edən sənədlərdə, hüquqi şəxs
olduqda isə hüquqi şəxslərin dövlət
reyestrində olan məlumatlarda dəyişiklik edilməsi ilə
əlaqədar müqavilənin yenilənməsi bu bənddə
göstərilən müddətin yenilənməsinə səbəb
olmur), verici operator və abunəçi arasında abunə
müqaviləsindən irəli gələn hər hansı məhkəmə
işi üzrə yekun qərar qəbul edilənə kimi
mübahisələr olduqda imtina nömrə
daşınmasından oluna bilər.
Kiçik
problemlər olur, amma…
Mövzu ilə bağlı mətbuata açıqlama
verən “Bakcell”in korporativ kommunikasiya bölməsinin rəhbəri
Süheylə Cəfərova bildirib ki, şirkət ötən
ilin avqust ayında mobil nömrə daşınmasını tətbiqinə
başlayan ilk operator olub. Lakin nömrə
daşınmasını həyata keçirmək xidmətini
digər mobil operatorlar da dəstəkləməli idi. Bu
olmadan nömrə daşınmasını həyata
keçirmək mümkün deyildi: “Bu il fevralın 1-nə
kimi “Bakcell” şəbəkəsinə keçmək istəyən
abunəçilərin ilkin qeydiyyatı aparıldı.
Xüsusilə fevralın 1-dən digər mobil operatorların
abunəçilərinin “Bakcell” şəbəkəsinə
böyük marağını hiss edirik. Öz nömrəsini
“Bakcell” şəbəkəsinə daşıyan abunəçilərin
sayı digər mobil operatorları seçən abunəçilərin
sayından 2 dəfə çoxdur. “Bakcell” şirkəti Azərbaycanın
mobil rabitə bazarında abunəçilərə sərfəli
qiymət və yüksək xidmət təklif edir. Şirkətin
müxtəlif tarif planları və müvafiq kampaniyaları
abunəçilərə çox sərfəli qiymətlərlə
yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən
yararlanmaq imkanı verir”.
Süheylə Cəfərova əlavə edib ki, mobil
nömrə daşınmasının tətbiqinə dair
qaydalarda xidmətin həyata keçirilməsinin nə zaman
mümkün olmaması ilə bağlı hallar (abunəçinin
şəbəkəsindən çıxmaq istədiyi
operatora borclu olması, təqdim olunan sənədlərin
düzgün olmaması və sair) öz əksini
tapıbş Onun sözlərinə görə, belə
halları çıxmaq şərtilə prosesin həyata
keçirilməsi zamanı hər hansı kiçik
uyğunsuzluqlar olduqda onları qısa zaman ərzində həll
etmək mümkündür.
“Azerfon”un əməkdaşı Ceyhun Ələkbərov
bildirib ki, nə qədər abonentin nömrəsini “NarMobail”
operatoruna daşıması, nə qədər abonentin
operatordan getməsi barədə konkret məlumatı yoxdur:
“Ümumi götürəndə əmsal pozitivdir. Yəni
mobil operatora gələnlərlə yanaşı gedənlər
də var. Amma gələnlər daha çoxdur. Mobil nömrə
daşıma statistikası dəyişkəndir. Həmçinin
belə məlumatlar kommersiya xarakterli olduğu
üçün açıqlanmır”.
Ceyhun Ələkbərov qeyd edib ki, nömrə
daşınması yeni başladığı
üçün prosesin tariflərə necə təsir edəcəyini,
nə kimi dəyişiklik olacağını indidən demək
çətindir: “Amma hər halda proses bazara təsirini
göstərir”.
Şirkət əməkdaşının sözlərinə
görə, “Azerfon” daşınma prosesində ciddi problemlərlə
qarşılaşmayıb: “Xırda məsələlər
olur, o da iş vaxtı öz həllini tapır”.
Müraciətlər
artıb
Mövzu ilə bağlı fikirlərini
bölüşən «Azercell Telecom» şirkətinin rəhbəri
Kirill Qaburiç isə deyib ki, təmsil etdiyi şirkət
Mobil Nömrə Daşınması sisteminə həm texniki,
həm də müştəri xidmətləri
baxımından tam hazır vəziyyətdə
başlayıb: «Biz hələ keçən il bu xidmətə
keçməyə hazır olduğumuzu bəyan etmişdik.
Lakin, Mobil Nömrə Daşınması prosesinin
başlanması tək Azercell deyil, bazardakı bütün
oyunçulardan asılı idi və söhbət yalnız
mobil rabitə operatorlarından getmir. Bu ilin əvvəlində
bazarın bütün iştirakçıları
hazırlıq işlərini yekunlaşdırırlar və
layihə işə düşdü.
Bu çoxfunksiyalı layihənin icrası istiqamətində
şirkətimizin ən peşəkar mütəxəssisləri
artıq 1,5 ildən artıq çalışıblar.
Hazırda proses nəzərdə tutulan bütün
proseduralara riayət etmək şərti ilə Azercell tərəfindən
uğurla həyata keçirilir. Bundan əlavə,
Skandinaviyanın ən iri mobil rabitə operatoru sayılan
TeliaSonera şirkətlər qrupunun tərkib hissəsi olaraq,
biz həmçinin Mobil Nömrə Daşınması
prosesini uğurla tətbiq edən digər üzvlərimizin
qabaqcıl təcrübələrindən də yararlana
bildik. Bir sözlə, bizim bütün müştəriləmizə
ən yüksək səviyyədə xidmət göstərmək
üçün yetərli imkanlarımız var. Əminəm
ki, rəqiblərdən bizə keçən abunəçilər
Azercell-də əlverişli və xoş müştəri təcrübəsi
ilə üzləşəcəklər».
O, həmçinin bildirib ki, fevralın 1-dən bu
günə kimi Mobil Nömrə Daşınması sistemi
çərçivəsində 1000-dən çox
müştəri nömrəsini “Azercell Telekom”a
daşımaq üçün müraciət edib: «Azercell-in
keyfiyyətli şəbəkəsindən və peşəkar
müştəri xidmətlərindən yararlanmaq istəyən
müştərilərin sayı hər gün artır. Lakin
böyük rəqəmlər barədə danışmaq hələ
tez olardı çünki müraciət edənlərin
sayı azdır. Daha doğrusu, biz gözlədiyimiz ajiotaj
yoxdur. Bunun əsas səbəblərini də biz
özümüz üçün hardasa müəyyən
etmişik. Mobil bazarın bir qədər dolması və hər
bir mobil telefon istifadəçisinin ən azından iki
nömrə işlətməsi hazırda bizim gözlədiyimiz
müraciətlərin sayı məsələsinə səbəb
ola bilər. Yəqin ki, hər hansı bir şəxs telefon
işlədirsə, onun həm Azercell nömrəsi, həm də
başqa mobil operatora məxsus nömrəsi var. Bu da həmin
abunəçi üçün mövcud operatoru dəyişməyə
lüzum yaratmır. Lakin mən qeyd etmək istərdim ki, bu
gün 4,5 milyonluq abunəçi ailəsi olan Azercell öz
faydalı təklifləri və yüksək keyfiyyəti ilə
müştərilər üçün ən əlverişli
seçimdir».
Sevinc
Bu
yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2014.- 5-7 aprel.- S.6.