İnformasiya cəmiyyətinin inkişafı naminə 

 

Ekspertlər Milli Strategiyanın vətəndaşlarla dövlət strukturlarıarasında ünsiyyətəti asanlaşdırcağaını düşünür

 

Azərbaycanda 2020-ci ilədək informasiya təhlükəsizliyi tamamilə möhkəmləndiriləcək. Bu məsələ ölkə prezidentinin bir müddət əvvəl imzaladığı «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi haqqında» sərəncamda öz əksini tapıb. Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edilib.

Sənəddə eyni zamanda, Nazirlər Kabinetinə tapşırılıb ki, Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsi 4 ay müddətində hazırlanaraq dövlət başçısına təqdim edilməlidir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq ölkə prezidentinə məlumat verməlidir.

Bəs, görəsən, yeni sənədir informasiya cəmiyyətinin inkişafına konkret hansı tövhələri olacaq?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məsələni “Həftə içi”nə şərh edərkən bildirib ki, ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli inkişafa hesablanmış uğurlu siyasət nəticəsində ölkəmizdə müasir prinsiplərə söykənən informasiya cəmiyyətinin bərqərar olmasına möhkəm zəmin yaranıb. Onun sözlərinə görə, ölkənin gələcək tərəqqisinə yönəlmiş “Azərbaycan 2020:gələcəyə baxış” İnkişaf Konsepsiyası respublikada innovasiyayönlü və biliklərə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunmasında informasiya cəmiyyətinin inkişaf etdirilməsini əsas məqsəd olaraq qarşıya qoyub: «Prezidentin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli StrategiyaKonsepsiyada nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsinə xidmət edir.Milli Strategiya informasiya cəmiyyətinin formalaşdırılması üzrə indiyədək görülmüş işlərin nəticələrinə əsaslanır və onların daha da inkişafı məqsədilə dövlət siyasətini, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin başlıca istiqamətlərini müəyyənləşdirir. Bu Strategiyada cəmiyyətin müasir texnologiyalara olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı və Avropa Birliyinin, YUNESKO-nun tövsiyələri, “Açıq hökumət təşəbbüsü”ndən irəli gələn məsələlər nəzərə alınıb».

 

Rabitə texnologiyaları ayrıca iqtisadi sahəyə çevrilir

 

Nazirlik rəsmisi vurğulayıb ki, Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli şəkildə istifadə, ölkənin davamlı və dayanıqlı sosial-iqtisadi və mədəni inkişafının təmin olunması, həmçinin rabitə və yüksək texnologiyaların ayrıca iqtisadi sahə olaraq inkişaf etdirilməsidir. Müşfiq Əmirovun sözlərinə görə, Milli Strategiyanın prioritet istiqamətləri ölkədə İKT infrastrukturu və xidmətlərinin dünya standartları səviyyəsində inkişaf etdirilməsi, yüksək texnologiyalar sahəsinin və onun inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, “elektron hökumət”in və ümumilikdə İKT-nin cəmiyyətin inkişaf amili kimi rolunun artırılması, kadr hazırlığının və informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin zənginləşdirilməsidir: “Milli Strategiyada rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun gücləndirilməsinə müstəsna əhəmiyyət verilir. Yüksək texnologiyaların, o cümlədən kosmik texnologiyalar, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyalarının inkişaf etdirilməsi əsas vəzifə olaraq nəzərdə tutulur. Ölkədə dünya səviyyəli elmtutumlu texnologiyaların, yüksək texnoloji məhsulların yaradılması və onların beynəlxalq bazara çıxarılması, innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni innovasiya şirkətlərinin yaradılması, rəqabət və ixrac potensialının artırılması, investisiyaların cəlb olunması, yeni bilik və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların, biznes inkubatorlarının genişləndirilməsi, internet iqtisadiyyatının inkişaf etdirilməsi əsas fəaliyyətlər kimi əks olunur».

Müşfiq Əmirov qeyd edib ki, Milli Strategiyanın mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Hər mərhələ qəbul edilən məqsədli dövlət proqramı (2014-2017, 2018-2020-ci illər üzrə) əsasında yerinə yetiriləcək. Həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramının layihəsi 4 ay müddətində hazırlanacaq. Ümumilikdə Milli Strategiya ölkəmizin daha da inkişafına, iqtisadi potensialının güclənməsinə, demokratik proseslərin daha da genişləndirilməsinə, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan hərtərəfli istifadəsinə, dövlət idarəçiliyində müasir texnologiyalara əsaslanan fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

 

Konkret hədəflər müəyyənləşdirilib

 

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz isə deyib ki, sözügedən Milli Strategiyada yaxın 6-7 illik dövrdə ölkəmizin informasiya cəmiyyətinin formalaşması üçün konkret hədəflər müəyyənləşdirilib. Onun sözlərinə görə, qəbul olunan sənəd konseptual baxımdan kifayət qədər əhəmiyyətlidir: “Azərbaycanda informasiya cəmiyyətinin inkişafı sahəsində 2003-2012-ci illəri əhatə edən belə bir sənəd qəbul olunub. Yeni təsdiqlənən Milli Strategiya isə 2020-ci ilə qədər olan dövr üçün informasiya cəmiyyətinin formalaşmasında əldə olunacaq uğurların keyfiyyəti baxımından kifayət qədər əhəmiyyətlidir. Sənəddə informasiya cəmiyyətinin formalaşması istiqamətləri prioritet məsələlərdir. Burada yüksək texnologiyalarla bağlı əsas istiqamət öz əksini tapıb ki, bu da ölkəmizdə qarşıdakı illər ərzində yüksək texnologiyaların inkişafına diqqət yetirilməsinə şərait yaradacaq. Strategiyada digər əsas məsələ informasiya cəmiyyətinin inkişafında normal, azad rəqabət mühitinin formalaşmasıdır. Məhz bu məsələ informasiya cəmiyyətinin daha çevik, effektiv və beynəlxalq normalara uyğun şəkildə formalaşmasına yardım edəcək. Burada xüsusi diqqət yetirilən məqamlardan biriinformasiya təhlükəsizliyi ilə bağlıdır. Müasir dövrdə bu məsələ mühüm əhəmiyyət kəsb edən faktorlardan biridir”.

Osman Gündüz bildirib ki, sənədin icrasının yekununda cəmiyyətin bütün sahələrinin, dövlət, özəl, biznes, səhiyyə, təhsil sektorlarının internetə inteqrasiyasının şahidi olacağıq. Belə ki, informasiya cəmiyyətində vətəndaşların dövlət strukturları ilə əlaqələri fərqli, yeni texnologiyalar vasitəsilə çevik, effektivdaha rahat formada qurulacaq: Bu baxımdan da növbəti illərdə daha “açıq”, elektron hökumətin təşkil olunması, xidmətilərin tamamilə elektronlaşdırılması və vətəndaşların bu xidmətlərdən asanlıqla istifadə etməsi üçün lazımi mühitin yaradılması gözlənilir”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkə rəhbəri tərəfindən Milli Strategiyanın koordinatoru kimi qəbul edildiyini xatırladan Osman Gündüz qeyd edib ki, nazirlik dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektordan ibarət işçi qrupu formalaşdırmalıdır:Bu qrup Milli Strategiyadakı müddəaların həyata keçirilməsi üçün dövlət proqramının hazırlanmasını həyata keçirməlidir. Yaxın vaxtlarda qəbul olunan sənədlə bağlı dövlət proqramı layihəsinin tərtib olunacağı gözlənilir. Dövlət proqramında isə elektron hökumətin qurulması, informasiya təhlükəsizliyinin qorunması, yüksək texnologiyaların inkişafı, texnoparkların genişləndirilməsi və digər məsələləri əhatə edəcək Çox güman ki, bu məsələlərlə bağlı konkret müddəalar qeyd olunacaq, onlarla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər dəqiqləşədiriləcək”.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

  

Həftə içi.- 2014.- 8 aprel.- S.6.