Sosial sığorta hesabatları elektronlaşdı 

  

Rüfət Oruclu: "İndiyədək 11,1 min sığortaedən DSMF-yə hesabatını elektron formada təqdim edib"

 

Məlum olduğu kimi, ölkə prezidenti İlham Əliyevin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Həmin sənəddə qeyd olunub ki, informasiyakommunikasiya texnologiyaları (İKT) respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir.

Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin əlçatarlığının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi sözügedən strategiyanın başlıca prinsiplərindəndir.

Xatırladaq ki, “Elektron hökümət” portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür. Bunlardan biri də elektron hesabat xidməti üzrədir.

Dünən DSMF-də elektron hesabat xidmətinin təqdimatı keçirilib.

Təqdimatla çıxış edən fondun maliyyə-büdcə şöbəsinin sektor müdiri Rüfət Oruclu bildirdi ki, elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin «sspf.gov.az» və «www.e-sspf.gov.az» saytlarında yerləşdirilib. Onun dediyinə görə, «Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb: «Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtibi üzrə proqram təminatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdim etmə daxildir».

 

Sığortaedənlər elektron sənəd

mübadiləsi üçün ərizəni doldurmalıdır

 

Sektor müdiri elektron hesabat xidmətindən istifadə qaydaları barədə ətraflı məlumat verdi. Bildirdi ki, fondun «sspf.gov.az» saytına daxil olduqdan sonra «Elektron xidmətlər» bölümünə daxil olmaq lazımdır. Bu zaman «http://www.sspf.gov.az/eservices/» internet portalı açılır və oradan «Məcburi dövlət sığortası üzrə hesabatların təqdim edilməsi» bölümü seçilir: «Bu zaman sistemə daxilolma pəncərəsi açılır. Əgər istifadəçinin kodu, parolu və şifrəsi varsa, o, heç bir çətinlik çəkmədən tələb olunan göstəriciləri yazmaqla sözügedən sistemə daxil ola bilər. Əgər tələb olunanlar yoxdursa, yeni istifadəçi mütləq sistemə daxilolma pəncərəsinin altında qeyd olunmuş «Yeni istifadəçinin qeydiyyatı» səhifəsinə daxil olmalıdır. Orada «Sığortaedən ilə Dövlət Sosial Müdafiə Fondu arasında elektron sənəd mübadiləsinin aparılmasına dair ƏRİZƏ» forması var. Sığortaedənin həmin ərizəni doldurması mütləq vacibdir».

Fond rəsmisi qeyd etdi ki, sözügedən ərizədə 6 mərhələ üzrə xanalar göstərilib. Birinci mərhələdə DSMF-nin yerli orqanının adı seçilməlidir. İkinci mərhələdə, yəni «Sığortaedənin tipi»ndə sığortaedən özünün hüquqiya fiziki şəxs, torpaq mülkiyyətçisi, yaxud ailə kəndli təsərrüfatı olduğunu qeyd etməlidir: «Sığortaedən haqqında məlumat» olan üçüncü mərhələdə sığortaedənin DSMF-dəki uçot nömrəsi, VÖEN-i, sosial sığorta nömrəsi, sığortaedənin adı, onun telefonmobil telefon nömrələri, elektron poçt ünvanı yazılmalıdır. Dördüncü mərhələdə, yəni «Ərizənin məzmunu»nda «Xahiş edirəm ki, tarixindən hesabatların DSMF orqanlarına elektron şəkildə təqdim edilməsi üçün istifadəçi kodu, parol və şifrə verəsiniz» qeyd olunub. Beşinci mərhələdə, yəni «Ərizəni təqdim edən şəxs barədə məlumat»da sığortaedənin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, vəzifəsi göstərilməlidir. «Hesabatların elektron sənəd formasında göndərilməsi haqqında razılaşma» isə 6-cı mərhələdir».

 

Fondla sığortaedən arasında

elektron müqavilə imzalanır

 

Sektor müdiri bildirdi ki, 6-cı mərhələ üzrə «Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron sənəd formasında göndərilməsi haqqında müqavilə» mövcuddur. Həmin müqavilənin birinci predmeti sığortaedən tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların (forma B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların (forma B3) elektron sənəd formasında (bundan sonra elektron sənəd) göndərilməsi barədədir. İkinci predmet isə DSMF orqanı tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların (forma B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların (forma B3) elektron sənəd formasında qəbulu və bu barədə sığortaedənə elektron şəkildə bildirişin verilməsi ilə əlaqədardır: «Həmin müqavilənin xüsusi müddəalarına görə, tərəflər müəyyən edilmiş formada tərtib edilən və göndərilən elektron sənədləri kağız və ya yazılı şəkildə digər məlumat daşıyıcısı üzərindəki sənədin ekvivalenti olduğunuonunla eyni hüquqa malik olduğunu qəbul edir. İstifadəçi kodundan, paroldan və şifrədən istifadə etməklə göndərilən elektron sənədlər imzalanmış sayılır. Elektron sənəd mübadiləsi üçün istifadə olunan istifadəçi kodu, parol və şifrə sığortaedənlə DSMF arasında elektron sənəd mübadiləsinin aparılmasına dair ərizə forması müvafiq qaydada doldurulduqdan və sözügedən müqavilə müvafiq qaydada rəsmiləşdirildikdən sonra sığortaedənin imza etmək səlahiyyəti olan vəzifəli şəxsinə və ya bu müqaviləni imzalamaq səlahiyyəti etibarnamə ilə verilmiş şəxsə təqdim edilir».

 

Elektron hesabatlarının sayı artacaq

 

Rüfət Oruclu həmçinin vurğuladı ki, hazırda bütün ölkə üzrə iri orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Artıq respublika üzrə 11 min 100 sığortaedən hesabatını elektron formada DSMF- təqdim edib. Onun sözlərinə görə, bundan sonra sığortaedənlər hesabatlarını fonda elektron formada təqdim edəcəklər: «Onların özləri bu sistemdə maraqlıdırlar. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə fondumuzun yerli şöbələrində yaradılmışYardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. Hər gün kifayət qədər sığortaedən öz hesabatını elektron formada təqdim edir. Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir».

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 9 aprel.- S.6.