Ağdaban faciəsinin 22-ci

ildönümü qeyd olunub 

 

Faciənin çanlı şahidləri dünya dövlətlərinə

beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərində qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Tarixən Azərbaycan xalqının başına gətirilən genosid əməlləri tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, barələrində açılmış cinayət işləri ilə öz hüquqi dəyərini qazanır”.

Həftə içi”nin məlumatına görə, bu fikirləriAşıq ŞəmşirMədəniyyət Oçağı İctimai Birliyinin sədr müavini Həbib Misirov dünən Ağdaban faciəsinin 22-ci ildönümünə həsr olunmuş konfransda bilidirib. O, qeyd edib ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldurları xalqımızın başına növbəti bir faciə gətiriblər. Belə ki, Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılıb. Erməni silahlı qüvvələrinin qəfil həmləsi nəticəsində kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 33 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qocaya ağır bədən xəsarəti yetirilib: “Bu, bir kəndin sakinlərinə tutulmuş amansız insanlıq adına sığmayan divan idi. Erməni separatçıları mədəni irsimizə qarşı törətdikləri vandalism siyasətinin davamı olaraq Azərbaycan ədəbiyyatına misilsiz töhvələr vermiş Ağdabanlı şair Qurbanın onun oğlu klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandırıb məhv etdilər”.

Tanınmış şair Məmməd Aslan isə tədbirdəki çıxışında Kəlbəcərin işğalını təkcə ərazi itkisi deyl, daha çox milli-mənəvi dəyərlərin genosidə məruz qalması kimi dəyərləndirib. O bildirib ki, Ağdaban kəndi erməni separatçıları tərəfindən qətliama uğradıqdan sonar istedadlı şair Cabir Umud bəşəriyyətə bəlli olmayan Ağdaban faciəsi haqqında son dərəcə təsirliBurda bir kənd vardıadlı poema yazıb: “Bu kitab Kəlbəcər həsrətləri millətimizin oğul qızları, ümumiyyətlə sinəsi dağlı insanlara çağırış, vətəndaş unutqanlığı qarşısında bir haraydı. Bu kitab dünyanın sülhsevər qüvvələrinin fikir düşüncələrinə xitab etmək cəhətdən gərəklidir. Ədəbi tonqal mahiyyətində bir yaddaş vasitəsidir”.

Tədbirdə Kəlbəcər rayon ziyalılarından sabiq millət vəkili Əlövsət Ağalarov, Vəliyəddin İsmayılov, Nəriman Oçaqlı, şairlər Nəsib Nəbioğlu, Adil Cəmil digərləri faciə haqqında öz fikirlərini bildiriblər. Onlar Ağdaban faciəsini bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi dəyərləndiriblər. Bildirilib ki, bu hadisə canlı şahidlərin yaddaşında silinməz izlər qoyub.

Keçmiş millət vəkili Əlövsət Ağalarov deyib ki, Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarınınBöyük Ermənistanyaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi Ağdaban soyqırımı bütün dünya tanımalıdır: “Çünki bu faciədə suçsuz qocaların, körpə qadınların ən qəddarlıqla güllələnməsi, əsirlərin başının dərisisnin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, bir sözlə insanlığın vəhşicəsinə məhvinə yönəlmiş hərəkətlərin edilməsi faktları bu gün təzədir. Dünya tarixində özünəməxsus rol oynamış xalqımızın tarixi yenidən yazılaraq beynəlxalq ictimaiyyətə təqdim edilir. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım əməlləri tarixin açılmamış səhifələrindən biridir. Bu tədbir gənclərimizin Ağdaban faciəsinə göz yaşları ilə deyil, qəhrəmanlıq tarixi bir dərs kimi baxması, belə hadisələrin dünya ictimaiyyətinə hərtərəfli şəkildə çatdırılmasında olara yardımçı olmaq missiyası daşıyır.

Tədbirdə Ağdaban faciəsindən bəhs edən videomaterial nümayiş olunub. Sonda Ağdaban soyqırımı şahidlərinin dünya dövlətlərinə beynəlxalq təşkilatlara müraciəti oxunub. Müraciətdə deyilir: “Biz Ağdaban kənd sakinləri olaraq, faciəmizi bütün dünya dövlətlərinə, ictimaiyyətə, təşkilatlara səslənirik. Tarixin bu acı səhifəsi haqqında dünyada yaşayan hər bir vətəndaşın xəbəti olmalıdır. Erməni vəhşiliyinin bütün dünyada tanınmasını istəyirik. Bu məqsədlə, səsimizə səs verməyə çağırırıq”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2014.- 9 aprel.- S.7.