Texnoloji yeniliklərə əsaslanan təhsil 

 

Ölkəmizdə 2020-ci ilədək distant təhsil sisteminin müasir

tələblərə uyğun inkişaf etdirilməsi nəzərdə tutulub

 

Müasir dövrdə texnoloji yeniliklər bütün sahələrə, o cümlədən, təhsil sektoruna inteqrasiya etməkdədir. Bunun nəticəsidir ki, artıq əksər ölkələrdə insanlar orta məktəbə və ya universitetə getmədən təhsil ala bilirlər.

Azərbaycanda da informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə yeni təhsil modelləri, o cümlədən distant təhsil həyata keçiriləcək. Bu məsələ ölkə prezidentinin təsdiqlədiyi “İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada əksini tapıb. Strategiyada təhsilli gənc nəslin yetişdirilməsi, onların müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşması, İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi əsas məqsədlər sırasında qeyd edilib. Bu məqsədlərə çatmaq üçün milli təhsil şəbəkəsinin inkişaf etdirilməsi və bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasının təmin olunması, təhsilin resurs mərkəzinin və təhsil prosesini dəstəkləyən elektron tədris vasitələrinin inkişaf etdirilməsi, bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması və dərs vəsaitlərinin texnoloji inkişafa uyğun müasirləşdirilməsi, mərkəzləşdirilmiş virtual tədris platformasının yaradılması və təhsilin idarə olunması sisteminin inkişaf etdirilməsi, vahid milli təhsil portalının fəaliyyətinin genişləndirilməsi və elektron resurslarla zənginləşdirilməsi, İKT sahəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsi həyata keçiriləcək.

Bəs, görəsən, Azərbaycan distant təhsil modelini tətbiq etməyə hazırdırmı? Ümumiyyətlə, distant təhsilin növləri hansılardır?

Əvvəlcə ondan başlayaq ki, dünyada distant təhsilin imkanları getdikcə artır. Bir çox təhsil müəssisələri və treninq mərkəzləri fəal şəkildə məktəb eksternatından başlamış ali təhsilə və MBA-ya qədər bütün növ distant təhsil kursları təşkil edirlər.

 

Distant təhsilin növləri

 

Hazırda distant təhsil vasitəsilə bir çox təhsil növləri üzrə oxumaq olar. Məsələn, ali təhsil almaq (University of Liverpools.), magistraturada oxumaq (Walden Universitys.), ikinci ali təhsil almaq, xarici dil öyrənmək, MBA proqramı üzrə təlim kursu keçmək, internet-treninqlərdə iştirak etmək, ixtisas kurslarında oxumaq, orta təhsil almaq mümkündür. Distant təhsilə əsasən, işdə və ya evdə başı qarışıq olanları və dərslərə getmək və mühazirələri dinləmək imkanları olmayan şəxslər, ixtisasını artırmaq, bacarıqlarını inkişaf etdirmək və karyeradan ayrılmadan yeni biliklər əldə etmək istəyənlər, həyatda hər şeyə nail olmaq və peşəkar əlaqələri və dünya görüşünü genişləndirmək imkanlarından istifadə etmək istəyənlər cəlb olunurlar. Beynəlxalq statistikaya görə, distant təhsildə tələbələrin əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir. Bununla belə, distant təhsil forması hamı üçün münasib sayılır.

 

«Prosesə hazır deyilik»

 

Məsələyə münasibət açıqlayan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, distant təhsil sistemi faydalı olsa da ali təhsil müəssisələrinin əksəriyyəti bu prossesə hələ də hazır deyil. Onun sözlərinə görə, Azərbaycanının ali təhsil müəssisələrinin əksəriyyətində bununla bağlı vəziyyət ürəkaçan deyil: Düzdür Xəzər, İqtisad universitetlərində distant təhsil sistemi müəyyən qədər var, BDU-də buna oxşar mərkəz yaradılıb, Turizm İnstitunda müəyyən cəhdlər edib amma onların böyük əksəriyyətində distant təhsillə bağlı demək olar ki, hazırlıq səviyyəsi yoxdur. O ki, qaldı distant formada təhsilin əldə olunmasına, bu, müəyyən texnoloji infranstrukturun, kadrların, elektron tədris vəsaitlərinin hazırlanmasını tələb edir. Bu 3 istiqamətdə ciddi aparılmalıdır. Distant təhsil üçün müəllim, professor heyətinin hazırlanmsı da asan məsələ deyil. Ona görə də sistemin təbiqi ilə bağlı qayadalar hazırlanmalı və orada qeyd olunmalıdır ki, hansısa təhsil müəssiəsi distant təhsil vermək istəyirsə gərək buna təhsil nazirliyi tərfindən icazə verilsin. İcazə verilməsi üçün də yaradılacaq qurum tərəfindənuniversitetlərdə müəyən bir monitorinq aparılmalıdr”.

Ekspert onu da qeyd edib ki, bu təhsil formasının əsasını proqram təminatı təşkil edir. Osman Gündüzün sözlərinə görə, proqram təminatı universitetin strukturunu, özündə informasiyaları birləşdirən verilənlər bazasını əhatə edir: Distant təhsilin əsas komponentləri təhsilverənlə təhsilalanlar arasında qarşılıqlı əlaqənin olması, təhsilin məzmununun kompyutervizuallığı, böyük həcmli informasiyaların arxivləşdirilməsi, məlumat axtarış sisteminin mövcudluğu və tədris materiallarının mənimsənilməsinə nəzarət təşkil edir. Dünya təcrübəsində distant təhsili həyata keçirmək üçün əlverişli proqram təminatlarından biri də MOODLE (Modular-Object-Oriented-Dynamic-Learning-Environment) sistemidir. Onun üstün cəhətlərindən biri pulsuz olmasıdır. Moodle proqramı 82 dilə tərcümə olunaraq dünyanın 212 ölkəsində tətbiq olunur. Sistem 50000 tələbəni və yüzlərlə kursu əhatəetmək imkanına malikdir. Windows, Linux, Mac OS X kimi proqram təminatları bu sistemi dəstəkləyir».

Osman Gündüz deyib ki, sistemdə yaramış hər hansı bir problemin həlli asanlıqla mümkündür. Belə ki, “moodle” vasitəsilə məsafədən təhsil,vebinarlar və onlayn konfranslar da həyata keçirməkolar. Dünya təcrübəsi göstərir ki, distant təhsil bir neçə istiqamətdə ayrı-ayrı ixtisaslar və peşələr üzrə distant təhsil kursları, distant orta təhsil, distant ali təhsil və distant əlavə təhsil, distant açıq dəsrlər və distant konfranslar vasitəsilə həyata keçirilə bilər".

 

Nəzarət mexanizmi işlənməlidir

 

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə “Həftə içi”nə açıqlamasında distant təhsilin innovativ vasitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı olaraq gündəmə gəldiyini bildirib. O qeyd edib ki, Avropa və digər Qərb dövlətlərindəinnovativ vasitə və yeniliklər ölkəmizlə müqayisədə daha tez tətbiq olunduğundan, onlar xeyli müddət öncə distant təhsilə qədəm qoyublar: "Artıq texnoloji avadanlıqlar həyatımıza müdaxilə etdiyindən, əyani təhsil alanların əksəriyyəti kompyuter texnologiyasındanfaydalanaraq ona lazım olan elmi ədəbiyyat, praktiki seminar materialları və elmi işləri əldə etməyə qadirdir. Distant təhsilə keçmək üçün müəllim və tələbə kontingenti arasında təlimlər keçirilməli, İKT geniş surətdə bölgələrdə tətbiq olunmalıdır. Azərbaycanın hər hansı bir rayonundan tələbə internet vasitəsilə dərsə qoşulmalı, sessiyada iştirak etməli, skayp vasitəsilə hər hansı bir komissiyaya imtahan veməlidir. Bu məsələyə nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Tələbə və müəllim prosesə qoşularkən yalnız mütəxəssis hazırlamaq amilini önə çəkməlidirlər. Burada qeyri-şəffaflıq və hansısa formalizmə yol vermək olmaz. Belə olduqda distant təhsil tez bir zamanda nüfuzdan salınar. Şübhəsiz, distant təhsilə keçid həddən artıq mürəkkəb prosesdir. Amma hər halda, distant təhsil yeni cəmiyyətin tələbidir, ondan geri qalmaq olmaz".

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 10 aprel.- S.6.