Dövlət
qurumları üçün CİS təminatı
Bu sistem
ölkənin sürətli inkişafı üçün
müasir
texnologiyalardan
istifadədə geniş imkanlar yaradır
Son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı ayrı-ayrı sahələr üzrə infformasiya məlumat bazasının yaradılması, eləcə də həmin bazalardakı məlumatların təhlükəsizliyinin təmin edilməsi zərurətini meydana çıxarıb. Bu baxımdan müxtəlif sahələr üzrə tətbiqinə ehtiyac yaranmış sistemlər arasında Coğrafi İnformasiya Sistemləri (Georaphical Information Systems - GIS) özünəməxsus yer tutur.
Xatırladaq ki, bu sistem
daha çox böyük həcmli coğrafi
məlumatların toplanması, depolanması, işlənməsi,
analizi, sorğulaması və təqdim
edilməsi funksiyalarını yerinə yetirir.
Azərbaycanda 10-dək CİS şirkəti mövcuddur
və bu qurumlar
respublikanın sürətli inkişafı üçün
müasir üsul və
texnologiyalardan istifadə edirlər. Təsadüfi
deyil ki, artiq ölkəmizdə bir
neçə dövlət strukturları və idarələrində
CİS tətbiq edilir. Onların
arasında «Azərsu» ASC və Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsi (DTXK) də var.
Səhmdar
Cəmiyyətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Anar Cəbrayıllı «Həftə
içi»nə bildirir ki,
hələ bir müddət əvvəl
adıçəkilən qurumda su təchizatı üzrə CİS
yaradılıb. «AzərsuCİS»
adlanan layihə çərçivəsində
lazımi texniki avadanlıqlar alınaraq yeni yaradılan «Coğrafi
informasiya» və «SCADA» sistemləri
şöbəsinə mütəxəssislər cəlb edilib. Bundan sonra lazımi xəritə məlumatlarının
və digər informasiyaların yüklənməsi həyata keçirilib. Sistemin idarəolunması
üçün təlim-tədris işləri
reallaşdırılıb: «Bu məqsədlə
keçirilən treninqlərdə sistemin
yaradılması və idarəolunması ilə bağlı
məsələlər ətraflı izah olunub. Hətta bu layihə
çərçivəsində istifadə olunann
«Bentley Microstation V8i»
proqramının tədrisi də gerçəkləşdirilib».
Texniki qəzalar GİS-də qeydiyyata alınacaq
“Azərsu” rəsmisi deyib ki, su
təsərrüfatı üzrə GİS-in
yaradılması praktikası Azərbaycanda yenidir.
Bununla belə, həmin layihənin həyata
keçirilməsi bir çox
uğurların əldə olunması ilə nəticələnəcək.
Onun sözlərinə görə, əvvəlcədən
bəyan edildiyi kimi,
«Azərsu»da GİS-in yaradılması su təchizatı və kanalizasiya
sistemlərinin idarə olunması prosesini
asanlaşdıracaq. Burada bütün
yeraltı və yerüstü infrastruktur obyektləri barədə məlumatlar
yerləşdirilərək sistemin elektron xəritəsi yaradılacaq. Bu sistemin köməyi ilə
layihələndirmə işləri, su təchizatının
və kanalizasiya sisteminin
mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək.
Belə ki, şəbəkələrdə
hər hansı qəza halları baş
verdikdə bu barədə məlumat
sistemdə dərhal qeydiyyata düşəcək:
“Gələcəkdə abonent
bazasının da CİS-ə inteqrasiya edilməsi nəzərdə tutulur. İlkin mərhələdə
layihə Bakı şəhərində həyata keçiriləcək,
gələcəkdə isə bütün
ölkəni əhatə edəcək».
Şöbə
müdiri qeyd edir ki, ölkə üzrə
içməli və çirkab
suların, həmçinin yağış suları
infrastrukturlarının coğrafi
inventarlarını, şəbəkə analizləri ilə
modelləşdirmə işlərini özündə birləşdirən
coğrafi informasiya sistemi olan «AzərsuCİS»
layihəsi Azərbaycan üçün çox önəm daşıyır: «Çünki
bu sistemin köməyi
ilə layihələndirmə işləri, su
təchizatı və kanalizasiya sistemlərinin
mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək,
şəbəkələrdə baş
verən qəzalar dərhal sistemdə qeydiyyata
alınacaq. Eyni zamanda
həm içməli su, həm çirkab suları, həm də
yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək, tikinti və istismar sahələrində
idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq. «Azərsu»
bu layihəni ilkin mərhələdə
Bakı şəhərində, sonra isə
bütün ölkə ərazisində tətbiq
etməyi planlaşdırıb. Bütün
bu işlər Azərbaycanda informasiya texnologiyaları sahəsində
genişmiqyaslı işlərin həyata keçirilməsindən
xəbər verir».
60 rayonu əhatə edən xüsusi interaktiv xəritə yaradılıb
Səhmdar Cəmiyyətin
rəsmisi qeyd edir ki, «Azərsu» Bakı şəhərində hər
binaya dəyişməz bir
nömrə verir, binanın şəkli
çəkilir, binadakı abonentin
sayı qeyd olunur və
bu məlumatlar «AzərsuCİS»-də yerləşdirilir.
Onun dediyinə görə, bu sistem su
itkilərinin qarşısını almağa
imkan verir: «Bu sistem növbəti illərdə
su itkisinin daha effektiv
qarşısını almağa kömək
edəcək. Bu, inşşat
işləri aparan podratçılara da yardımçı olur.
Tutaq ki, bu yerdə su qaynayır, oradan da 3 kəmər keçir, biri daha köhnədir. Əvvəllər su qaynağı tapmaq üçün böyük
bir yeri qazmaq lazım gəlirdi. Lakin
indi «Azərsu»yun işçisi
mobil şəkildə sistemə baxacaq və çox kiçik bir yeri qazmaqla bu
problem həllini tapacaq.
Hər hansı qurum bir
yerdə qazıntı aparanda «AzərsuCİS»-ə
daxil olaraq bizim oradakı infrastrukturu
millimetr dəqiqliyi ilə müəyyənləşdirə
biləcək».
Anar Cəbrayıllı vurğulayır ki, Səhmdar Cəmiyyətin rəsmi internet saytında xüsusi
interaktiv xəritə yerləşdirilib.
Xəritədə Azərbaycanın 60 inzibati
rayonu üzrə ASC tərəfindən
xidmət göstərilən abonentlərlə bağlı məlumatlar
yer alıb: «Xəritədə
hər bir rayon üzrə
xidmət olunan yaşayış məntəqələrinin
sayı, xidmət göstərilən abonentlərin sayı, su anbarları, su xətləri,
o cümlədən magistral
və məhəllədaxili xətlərlə bağlı məlumatlar,
eləcə də kanalizasiya şəbəkəsi
barədə informasiyalar
yerləşdirilib. İnteraktiv xəritə
su mənbələrini də əks etdirir ki, buradan
istənilən əraziyə suyun
hansı mənbələrdən daxil olduğunu da müəyyənləşdirmək
olar. 49498 nəfər abonentə xidmət
göstərilən Abşeron rayonu üzrə əsas su
mənbələri Ceyranbatan, I və
II Bakı su kəmərləridir».
Coğrafi adlar «Eurogeographics»də yerləşdiriləcək
DTXK sədri Qərib
Məmmədov isə deyir ki,
Bakıda nəqliyyatın intellektual idarəolunması
layihəsi üzrə paytaxtın 2200 kvadrat
kilometr ərazisində komitə tərəfindən
rəqəmsal xəritələr hazırlanıb. Onun sözlərinə görə, həmin xəritələrdə
57 növdə «3D» formatında məlumatlar həm mətn, həm
də qrafik formada
hazırlanaraq aidiyyəti üzrə təhvil verilib:
«Bu işin əsas sifarişçisi Nəqliyyat Nazirliyidir.
İşin əsas hissəsi olan rəqəmsal xəritələr DTXK tərəfindən
hazırlanıb. Xəritələr əsasında
Bakı şəhərinin ərazisində nəqliyyat vasitələrinin
hərəkəti üçün
yolların gediş istiqamətləri, yol nişanları, döngələr, binalar, bina nömrələri,
yolların adları, strateji obyektlərin
adları və ünvanları, parklar və
s. barədə vizual görüntü yaranır, eləcə
də istənilən yerdən tələb olunan
yerə qədər olan məsafə və
vaxt tez bir zamanda təyin edilir».
Qərib
Məmmədov qeyd edir
ki, müxtəlif kütləvi informasiya vasitələrində,
ayrı-ayrı tədbirlərdə Ermənistan tərəfindən
coğrafi adlar sahəsində
mütəmadi olaraq təxribat xarakterli hərəkətlərə yol verilməsinin, o
cümlədən Azərbaycanın coğrafi
adlarının
əsassız şəkildə dəyişdirilməsinin
qarşısını almaq üçün Prezidentin
«Cənubi Qafqaz. 1903-cü il
xəritəsinin nəşri haqqında» 18 aprel
2012-ci il tarixli sərəncamı
əsasında komitədə «Cənubi Qafqaz.
1903-cü il» xəritəsi hazırlanaraq
nəşr edilib: «Bununla yanaşı, Azərbaycandakı coğrafi adların xarici
ölkələrdə nəşr edilən xəritələrdə
olduğu kimi əks
etdirilməsi məqsədilə hazırda respublikanın coğrafi adlarının «Eurogeographics»
portalında yerləşdirilməsi üçün
müvafiq işlər görülür.
Xəritənin məzmunu 1903-cü ildə çar
Rusiyası dövründə Rusiya hərbçiləri
tərəfindən rus dilində nəşr
edilmiş «Karta Kavkazskoqo voennoqo okruqa 1903 qoda» xəritəsinə
əsaslanır. Xəritə üç
dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr edilib. Bu xəritə keçmiş dövrdəki coğrafi
adları olduğu kimi
əks etdirməklə Ermənistanın coğrafi
adlar sahəsində olan
təxribatlarına tutarlı cavabdır».
Təbriz Vəfalı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 16 aprel.- S.6.