İKT layihələri
gələn
aydan maliyyələşdiriləcək
Bununla bağlı İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna 40-dək iddiaçı müraciət edib
Hazırda Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi dövlət üçün əsas prioritetlərdən sayılır. Elə bu səbəbdəndir ki, ölkəmizdə İKT sahəsində fəaliyyətin stimullaşdırılması məqsədilə 2012-ci ildə dövlət başçısının sərəncamı ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb.
Artıq sözügedən qurum
qrant və investisiya
layihələrinin qəbuluna başlayıb. Bu
məqsədlə Fonda 2014-cü ilin dövlət büdcəsindən 5 milyon manat vəsait
ayrılıb.
Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondunun icraçı
direktorunun müavini
Azər Bayramovun "ICTnews" xəbər
xidmətinə verdiyi məlumata əsasən,
layihələrin qəbulu may ayınadək
davam edəcək: "Aprelin
2-dən bu günədək "www.ictfund.gov.az" saytının "e-qrant" bölməsində 40-dək qrant iddiaçı qeydiyyatdan
keçib. Qrant layihələrinin
qəbulu mayın 2-də başa çatacaq və bundan sonra onların ekspertlər tərəfindən
qiymətləndirilməsi prosesi həyata
keçiriləcək".
Azər Bayramov vurğulayıb ki,
müsabiqənin qalibləri təxminən iyun
ayında məlum olacaq. Onun
sözlərinə görə, layihələrə 10 min manatdan 300 min manatadək vəsait ayrılması nəzərdə
tutulub: “Müəlliflər üçün VÖEN layihənin qəbul olunduğu təsdiq edildikdən sonra açılacaq ki,
müəllif xərclərə və problemlərə məruz
qalmasınlar».
Bəs, görəsən,
fond layihələri hansı kriteriyalar əsasında seçəcək?
Ümumiyyətlə, bu qurumun
investisiya lvayihələrinə dəstəyi
davamlı olacaqmı?
Məsələ
ilə bağlı fikirlərini bölüşən Azərbaycan
İnternet Forumunun Prezidenti, İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü Osman Gündüz bildirib ki, fonddan maliyyə dəstəyi
almaq üçün
«Startup»çılar və İKT sektorunda
fəaliyyət göstərən iş
adamları təkliflərini
mövcud qaydalara uyğun olaraq Fonda (www.ictfund.gov.az) təqdim
etməlidirlər.
O, həmçinin deyib ki, İKT sahəsində
fəaliyyət göstərən sahibkarlıq subyektləri
güzəştli kreditlərdən yararlanmaq
üçün müvəkkil banklara müraciət edə bilərlər:
«Müvəkkil banklar isə “Paşa Bank” ASC, “Bank Respublika” ASC, “Dəmir
Bank” ASC, “Bank BTB” ASC və
“Rabitə Bank” ASC-dir.
Qeyd edək ki, kreditlərə
tətbiq olunan illik faiz dərəcəsi 5 faizdir
və kreditlər 10 ilədək müddətə verilir».
Güzəştli kreditlər 10 ilədək veriləcək
Mövcud qaydalara da toxunan ekspert
vurğulayıb ki, sahibkarlıq subyektlərinə
fondun vəsaitləri konkret
həcmdə təklif olunacaq. Osman Gündüz bildirib ki, «Kiçikhəcmli
kreditlərin həcmi 10000 manatdan 50 000
manatadək, ortahəcmli kreditlər 50 001 manatdan
500 000 manatadək və böyükhəcmli kreditlər 500
001 manatdan 5 000 000
manatadək dəyərindədir. Qaydalara
əsasən, hər bir sahibkarlıq subyektinin fondun vəsaitləri
hesabına aldığı güzəştli kreditin,
o cümlədən, bir
investisiya layihəsi üzrə maksimum həddi 5 000000 manatdan
artıq ola bilməz.
Fondun güzəştli kreditlərinin
müddətlərinə gəlincə, kiçikhəcmli
kreditlər üçün 3 ilədək,
ortahəcmli kreditlər üçün
5 ilədək, böyükhəcmli kreditlər
üçün10 ilədək nəzərdə tutulub. Fondun kreditlərinin
illik faiz dərəcəsi
1 faiz müəyyən edilir.
Müvəkkil kredit təşkilatlarının
Fondun kreditlərinə tətbiq etdiyi illik faiz
dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləğinin 5 faizindən
artıq olmamalıdır. Osman Gündüz deyib ki, müvafiq qaydalara əsasən, fondun
müvafiq bölməsi və daimi ekspertləri tərəfindən hər
layihə üzrə müvafiq sənədlər
toplusu hazırlanır: «Layihələrin
maliyyələşdirilməsi fondla
müsabiqənin layihə rəhbəri arasında
bağlanmış müqavilə əsasında həyata keçirilir. Layihənin xərclər
smetası, biznes planı və praktiki nəticələrinin istifadəsi ilə
bağlı xüsusi öhdəlikləri
nəzərdə tutan müvafiq
sənədlər müqaviləyə əlavə olunur. Layihələr üzrə qrantlar kiçik, orta və böyük həcmli
olmaqla, 36 ay müddətinədək
ayrılır. Bir layihə üzrə qrant maliyyələşdirilməsinin həcmi
300 000 manatdan çox
olmamalıdır. Sahibkarlıq subyektlərinə
fondun vəsaitlərindən hansı həcmdə
qrant vəsaitlərinin ayrılmasına gəlincə,
kiçikhəcmli qrantlar 10 000 manatdan 100 000 manatadək, ortahəcmli qrantlar 100 001 manatdan 200 000
manatadək, böyükhəcmli qrantların həcmi 200 001 manatdan 300 000 manatadək nəzərdə
tutulub».
Maliyyələşdirmə 3 mərhələdə aparılacaq
Osman Gündüz
vurğulayıb ki, layihənin maliyyələşdirilməsi
üç mərhələdə həyata
keçiriləcək Onun sözlərinə
görə, 12 ay müddəti əhatə
edən birinci mərhələdə ilkin maliyyələşdirilmə
aparılır. Bu mərhələdə layihənin biznes-planına uyğun olaraq işlərin
təşkilinə qrantın ümumi məbləğinin
20 faizi ayrılır. 12-24 ay
müddəti əhatə edən ikinci mərhələdə
maliyyələşdirilmənin davam
etdirilməsinə dair qərar ilkin mərhələnin nəticələrinə
uyğun olaraq qəbul
edilir. Layihənin ilkin mərhələsinin nəticələri
layihənin biznes-planında qeyd olunan proqnoz göstəricilərinə
müvafiq olaraq qənaətbəxş
hesab edildiyi təqdirdə,
layihənin aralıq maliyyələşdirilməsinə
qrantın ümumi məbləğinin 30 faizi ayrılır.
Xatırladaq ki, 24-36 ay müddəti əhatə
edən sonuncu mərhələdə müvafiq prosedura uyğun olaraq, layihənin
son maliyyələşdirilməsinə
qrantın ümumi məbləğinin qalan 50 faizi ayrılır.
Bu mərhələdə layihənin
kommersiyalaşdırılması məqsədi ilə layihəyə
digər investorların vəsaitlərinin cəlb olunması əsas
şərt hesab edilir.
Osman Gündüz bildirib ki, vəsaitlərin
təyinatı üzrə istifadəsinə nəzarət etmək
məqsədilə fond maliyyələşdirdiyi
sahibkarlıq subyektlərində müstəqil monitorinqlər
apara bilər: “Müsabiqə layihələrinin
monitorinqini fondun müvafiq bölməsi və ya
fondun sifarişinə əsasən
müstəqil ekspertlər həyata keçirirlər».
«Startup»çıların dəstəyə ehtiyacı var
Məsələyə
münasibət açıqlayan Azərbaycan İnternet
Cəmiyyətinin sədri, İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü Qalib Qurbanov isə Azərbaycanda ilk
dəfə olaraq dövlət büdcəsindən
İKT sektoruna dəstək verildiyini xatırladaraq deyib
ki, bu addım ölkədə yüksək
texnologiyaların daha da
inkişaf etməsinə zəmin yaradacaq: «Hazırda Azərbaycanda İKT sektoru əsas prioritet sahələrdən
sayılır. Bunun nəticəsidir ki, son illər bu sektora diqqət xüsusi olaraq
artırılıb. Təbii ki, ölkədə
İKT-yə Dövlət Dəstəyi Fondunun
yaradılması bu diqqətin bariz nümunəsidir. Artıq Fond
tamamilə formalaşdığından layihələrin qəbuluna
başlayıb. Hesab edirik
ki, qiymətləndiriləcək layihələr
ən layiqli təkliflər olacaq. Amma
düşünürəm ki, bu məsələdə seçim
etmək elə də asan olmayacaq.
Çünki indi
İKT sektorunda olanların böyük əksəriyyəti gənclərdir
və onların hər biri kreativ, fərqli düşüncəyə malikdir. Yəqin ki, təklif
olunan layihələrin hər biri maraqlı, diqqətçəkən olacaq».
Qalib Qurbanov
vurğulayıb ki, hazırda Azərbaycanda
«Startup»çılar və İKT sektorunda
fəaliyyət göstərən iş
adamlarının dəstəyə ehtiyacı var.
Fondun
Müşahidə Şurasının üzvü
deyir ki, hazırda
ölkəmizdə uzun müddət biznes ənənələrinə malik iş adamları həhəlik
İKT sektoruna maraq
göstərmirlər: “İndi bu sahədə olanların əksəriyyəti
gənclərdir ki, onların da ciddi vəsaiti yoxdur. Yəni, bu gün «Startup»çıların maliyyə dəstəyinə
ehtiyacı var. Düzdür,
indiyədək ayrı-ayrı özəl qurumlar
tərəfindən müxtəlif İKT layihələri
maliyyələşdirilib. Amma dövlətin
verdiyi dəstək bu
sahəyə marağı daha da artıracaq və İKT sektorunda
əldə olunan gəlirlərin
artmasına gətirib çıxaracaq».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 17 aprel.- S.6.