İnternet reklamının gələcək
perspektivləri
Ekspertlər yaxın gələcəkdə bu növ reklamın bazarda
payının xeyli artacağını proqnozlaşdırırlar
Beynəlxalq ekspertlərin qiymətləndirməsinə
əsasən, bu il qlobal internet reklamı
bazarının həcmi 537 milyard dollara çatacaq. Bu proqnoz özünü
doğrultsa, 2013-cü illə müqayisədə
artım 5,5 faiz təşkil edəcək.
Eyni zamanda, analitiklərinin
proqnozlarına görə, bu il avrozonada reklam
xərcləri 69 milyard dollardan
70 milyard dollaradək yüksələcək.
Qeyd edildiyinə görə, bu regionda yüksəliş
2010-cu ildən müşahidə olunmayıb. ABŞ-da
bazarın həcminin
167 milyard dollardan 176 milyard dollaradək artacağı gözlənilir.
Ümumilikdə isə
bu il
internet reklamının bazar
payının 22 faizə
- 121 milyard dollara bərabər olacağı
proqnozlaşdırılır. 2016-cı ilədək internet reklamının
payı 27,1 faizədək artacaq. Bu, mobil qurğuların artmaqda olan nüfuzetməsi
sayəsində mümkün
olacaq: 2016-cı ildə
müvafiq seqmentdə
reklam xərcləri
2013-cü ildəki 2, 7 faizdən
7,6 faizədək və ya 13,4 milyard dollardan 45 milyard dollaradək artacaq.
Proqnozlara görə,
2016-cı ildə ilk beşlikdə
ABŞ (191,4 milyard
dollar), Çin (57,4 milyard
dollar), Yaponiya (56,3 milyard
dollar), Almaniya (24,1 milyard
dollar) və Böyük
Britaniya (23,9 milyard
dollar) yer alacaq.
Xatırladaq ki,
ötən il
müxtəlif növ
reklama ümumilikdə
509 milyard dollar xərclənib.
2013-cü ildə ən
böyük reklam seqmenti 40,1 faizlik
payla televiziya olaraq qalıb. Qlobal bazarda internet reklamının (mobil seqment nəzərə alınmaqla) payı 20,8 faiz təşkil
edib. Sonrakı yerdə 16,9 faizlə qəzetlər qərarlaşıb.
2013-cü ildə ən
böyük reklam bazarı ölkələri
ABŞ (167,3 milyard
dollar), Yaponiya (53,0 milyard
dollar), Çin (41,0 milyard
dollar), Almaniya (23,2 milyard
dollar) və Böyük
Britaniya (20,4 milyard
dollar) olub.
Bəs,
görəsən, internet reklamının
hansı xüsusiyyətləri
var? Azərbaycanda bu bazar necə inkişaf edib?
Məsələyə
münasibət açıqlayan
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun əməkdaşı
Kəmalə Haşımova
deyib ki, Azərbaycanda informasiya texnologiyalarının inkişafı
hər sahədə olduğu kimi internetdə reklam və marketinqin inkişafında da öz müsbət nəticələrini göstərir. Onun sözlərinə görə, hazırda reklam bazarında canlanma və inkişaf meylləri hiss olunmaqdadır: «Bu da əsasən ölkədə
siyasi sabitliyin bərqərar olunması,
ölkə iqtisadiyyatının
sürətli inkişafı,
sahibkarlığın inkişaf
etdirilməsi istiqamətində
müvafiq dövlət
siyasətinin həyata
keçirilməsi nəticəsində
mümkün olur».
O, həmçinin bildirib
ki, internet reklamı bu gün üçün
real reklam daşıyıcısıdır.
Onun sözlərinə
görə, internetdə
olan reklam sosial fəaliyyətlə
məşğul olan bütün müəssisələrin
marketinq güclərinin
əsas hissəsinə
çevrilib: «Hazırda
yeni nəslin axtarış sistemi Google,
Yandex, Vikipediya və s. reklamçıların
şəbəkə reklamı
sahəsində bütün
ümüdlərini doğruldur.
Bu imkanların köməyi ilə
internet reklam və kontekst reklamı daha sürətlə inkişaf edir. Nəticədə internet reklamı sürətlə inkişaf
edən seqmentə çevrilir və ona öz marketinqi
kimi baxan şirkətlərin sayı
artır. Eyni zamanda
bir çox insanlar reklam yerləşdirməklə yeni
qazanc əldə edir».
Bannerlərdən geniş istifadə
olunur
Reklam məlumatlarının
internetdə yerləşdirilməsi
növlərinə toxunan
mütəxəssis deyib
ki, əsas reklam daşıyıcısına
banner, rich – media, mətn bloqlar,
yəni ekranda çıxan əlavə
pəncərələr, reklam
qoyuluşları, kiçik
saytlar aiddir: «Bannerlər internetdə
web – sayt tərəfdarları
üçün əsas
məlumat daşıyıcısıdır.
Onlar əsasən reklamvericinin saytına birbaşa hiperbağlantı vasitəsi
ilə keçid imkanına malikdirlər.
Bannerlər kadr şəklində
dəyişikləri ilə
animasiya şəklində
çatdırılır. Bu gün bannerlərin
müxtəlif formatlarında
geniş istifadə olunur. İstifadəçilər bannerin yeni formatına çox tez alışdıqları
üçün bu növ reklam daşıyıcılarının effektliyi daima aşağı düşür.
Nəticədə reklam agentliklərinə
reklam məlumatlarını
ötürmək üçün
daim yeni formatlar haqqında düşünməli olurlar.
Banner formatlarının sayı nəzərə çarpmaq dərəcədə
artmaqdadır. Bannerin ölçüsü
nə qədər böyük olarsa internet istifadəçisinin ona baxma ehtimalı çox olur, nəticə etibarı ilə eyni şəraitdə
onun effektivlik dərəcəsi yüksəlir.
Digər
tərəfdən istifadəçi
web – səhifəyə baxana
qədər, ölçüsü
böyük olan bannerlər tamamilə yüklənməyə bilər.
İnternet texnologiyanın daima
inkişafı rich – media bannerlərinin
yaranmasına gətirib
çıxartdı. Ənənəvi bannerlərdən fərqli
olaraq rich – media bannerləri
keyfiyyətli animasiya effekti ilə bərabər səsli, mousun hərəkətinə
reaksiya verən, interaktiv elementlərlə
zəngin bannerdir».
O, həmçinin deyib
ki,bəzən səriştəsiz reklamvericilər
öz reklam məlumatlarını göndəriş
şəklində internet istifadəçisinin
razılığı olmadan
birbaşa göndərirlər.
Nəticədə istifadəçi
vaxtını lazımsız
məlumatların təmizləməyə
sərf edir: «İnternetdə reklamın
bu növü “spam” adlandırılır. Spam internet istifadəçiləri tərəfindən
yaxşı qarşılanmadığı
üçün reklamın
belə bir yayım növündən
istifadə edən şirkətin adına
xələl gələrək
xeyli ziyanla nəticələnir. Spamın alternativi
olan «opt– in marketinq»
internet istifadəçisi hər
hansı reklam məhsulları və ya xidmətlər almaq istəyinə əsasən məlumat göndərilir. Reklamın bu
növü əks tərəfin maraq dairəsinə uyğun gəldiyi üçün
effektivdir. Elektron poçt
vasitəsi ilə reklam yerləşdirməyin
daha bir növü-reklam qoyuluşlarda,
elektron jurnallarda yerləşdirilmiş banner, mətn
və mətn-qrafiki məlumatların elektron poçtla göndərilməsidir.
İnternet istifadəçilərin istifadə etdiyi xüsusi mövzuları işıqlandıran göndərişlər
mövcuddur. İstifadəçilər
onları maraqlandıran
məlumatları e-mail poçtla
almaq üçün
qeydiyyatdan keçirlər.
Belə göndərişlər adətən
elektron jurnal adlandırılır və
reklam məlumatlarının
yerləşdirilməsi üçün
xüsusi yer ayrılır».
Əgər bazarda inhisarçılıq
olmasa…
Məsələyə münasibət bildirən
Azərbaycan Reklamçılar
İttifaqının prezidenti
Hacıəmi Atakişiyev
deyib ki, ilk internet reklamları satışa məhsul çıxaran müəssisələr və
ya şəbəkə
xidmətini təşkil
edən kompaniyalar tərəfindən həyata
keçirilib: «İndi
isə internet reklam işi ilə məhz reklam şirkətləri məşğul
olur. Reklam şirkətləri də digər internet xidmətləri kimi öz məhsullarının
reklam bazarında təkrarolunmamazlığına, üstün və fəqləndirici keyfiyyətlərə
malik olmasına, xüsusi internet istifadəçiləri
bazasına malik olmağa çalışırlar.
Adətən müasir reklam
şirkətləri, məhsul
reklamı saytlarında
müxtəlif gündəlik
məlumatları, maraqlı
xəbər və əyləncə hissələrini
yerləşdirməklə geniş istifadəçi
kütləsinin cəlb
edilməsinə nail olurlar».
Mütəxəssis həmçinin vurğulayıb
ki, reklam növündən asılı
olmayaraq insanlarda qıcıq yaratdığından
bu işə bir qədər kreativ yanaşmaq lazımdır: «Bu səbəbdən
bannerlərin kreativliyi
böyük əhəmiyyət
kəsb edir. Təəssüf ki, heç
də bütün reklamçılar bu faktı etiraf etməyə hazır deyillər və buna görə də, reklamlar o qədər uğurlu olmur».
Azərbaycanda internet reklamı ilə bağlı vəziyyəti
dəyərləndirən Hacıəmi
Atakişiyev deyib ki, bazarın inkişafı üçün
kifayət qədər
potensial var: «Bu gün Azərbaycanda da İKT sektoru sürətlə inkişaf
edir və demək olar ki, bütün sahələr bu sektora inteqrasiya edirlər. Artıq reklamçılar da internetlə reklam verməyə meyl edirlər. Bunun üçün kifayət
qədər potensial
var. Amma bazarda inhisarçılıq olduğundan
bazarın inkişafı
əngəllənir. Halbuki bu
bazarda ildə neçə milyon manat vəsait qazanmaq olar. Lakin bütün bunlara baxmayaraq yaxın gələcəkdə internet reklamının
bazarda payını xeyli yüksələcək».
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 19-21 aprel.- S.6.