“O şeir gələcək yollarıma işıq saldı”

 

Zaməddin Ziyadoğlu: “Türk dünyası ədəbiyyatı antologiyası”na adı düşən yeganə azərbaycanlı şairi mənəm”

 

AYB və AJB-nin üzvü, “Neftçi” ədəbi məclisinin rəhbəri, SSRİ Həmkarlar İttifaqları laueratı, “Səməd Vurğun”, “Qızıl qələm”, “Əlağa Şıxlinski” mükafatları laureatı, SSRİ-nin Əmək Veteranı müstəqil Azərbaycanın “Tərəqqi” medalının daşıyıcısı.

Hər kəsə nəsib olmayan bu ictimai statusu tanınmış şair-dramaturq Zaməddin Ziyadoğlu çoxdan daşıyır. Uzun illər neft sənayesində çalışsa da, ədəbiyyatdakı uğurları onu daha çox tanıdıb. Belə ki, 12 kitabın müəllifi olan Zaməddin Ziyadoğlunun “Səməd Vurğun” dramı da çoxdan səhnələşdirilib. Hazırda onun 20-ə yaxın şeirlərinin sözlərinə tanınmış bəstəkarlar tərəfindən mahnı yazılıb. Qoşmaları bu gün də aşıqların dilindən düşmür.

 

“Ədəbi düşüncə” rubrikasının budəfəki qonağı, tanınmış şair-dramaturq Zaməddin Ziyadoğlu ilə söhbətimizdə bir çox mətləblərə, o cümlədən, onun neft sənayesindən ədəbi mühitə necə körpü salmasına aydınlıq gətirməyə çalışmışıq:

- Qazaxda doğulmuşam. Bilirsiniz də, Qazax şairlər yurdudur. Qazaxlının uşağı da şeir dili ilə danışır, hətta bələkdə olan körpəsinin səsi də şeiriyyət üstündə köklənib. Şairliyi isə doğulduğumuz təbiətin və mühitin özündə axtarmaq lazımdır. Hələ uşaqlıq illərindən şeiriyyətə, ədəbiyyata bağlı olmuşam. İlk şeiri 12 yaşında yazmışam, “Ana dilim” adlı bu şeir təhsil aldığım Xanlıqlar kənd orta məktəbinin divar qəzetində dərc olunub. Bu ilk şeirim məndə böyük inam yaratdı, o şeir gələcək yollarıma işıq saldı. Taleyim gənclik illərindən məni əfsanəvi Neft Daşlarına gətirib çıxartdı. Orada fəhlə işləyə-işləyə Bakı Neft Texnikumunu da bitirdim. Sonra qiyabi təhsilimi Moskvada HüquqSosial Münasibətlər Akademiyasında davam etdirdim. Çox tirajla çap olunanNeft daşları” və “Neftyannıye kamni” qəzetləri mənim həyat və yaradıcılıq universtitetim olub. “Yaşadaq Vurğunu ürəyimizdə” şeirim 1973-cü ildə “Neft Daşları” qəzetində işıq üzü gördü. Həmin ildən dünyanın 100-dən çox mətbu orqanlarında çap olunmağa başladım. Bir çox şeirlərim və əsərlərim bir sıra xalqların dillərində tərcümə olunub. Təvazökarlıq olmasın, “Türk dünyası antologiyasına” adı düşmüş yeganə azərbaycanlı şair mənəm. Ömrümün 45 ilini neft sənayesinə həsr etmişəm. Neftçi adı ilə həmişə fəxr etmişəm. Baxmayaraq, təqaüdə çıxmışam, yenə də bu adla fəxr edirəm. Şair, ədəbiyyat adamı olmaq da məsuliyyətli işdir. Hətta neftçidən də məsuliyyətli. Bu il 15 yaşı tamam olacaqNeftçi” ədəbi məclisi də məhz bu istəkdən doğulub.

- Hansı zərurətdən yarandı “Neftçi” ədəbi məclisi?

- Neft sənayesində çalışanların içərisində kifayət qədər istedadlı yazarlar var ki, onları heç kəs tanımırdı. Həmin istedadlıları təbliğ etmək və ictimaiyyətə çatdırmaq üçün belə bir məclisin yaranmasına ehtiyac duyulurdu. Mən böyük çətinliklərlə buna nail ola bildim. Artıq məclisin 120-dən çox üzvü var. Nurəddin Oxçoğlu, Coşğun İbrahimli, Şakir Göyçəli, Məşədi Gülbacı Xanım və Sabir Paşa kimi şairlərin artıq imzası ictimaiyyətə tanışdır. “Vışka” qəzetində müntəzəm olaraq məclisin üzvlərinin şeir və hekayələri dərc olunur. Ədəbi məclisin bu günədək almanax şəklində 4 kitabı dərc olunub. Artıq 50-ə yaxın şairin kitabları da işıq üzü görüb.

- İndiyədək hansı xarici ölkələrdə olmusunuz?

- Dünyanın 4 qitəsini gəzmişəm. Ancaq Həcc ziyarəti zamanı Mədinə və Məkkə qədər saflaşdığım yer olmayıb.

- Bəs işğal altındakı Kəlbəcər, Şuşa sizin üçün saf və müqəddəs deyilmi?

- Bir xoşbəxtliyim ondadır ki, hələ işğaldan əvvəl Qarabağı və ətraf rayonlarımızı qarış-qarış gəzmişəm. O yerlərin Məkkədən, Mədinədən fərqi, əbədi müqəddəs yerimdirdoğulandan Vətən mənim qibləgahımdır.

- Son illər ədəbi mühitdə bir canlanma müşahidə olunur. Amma dram əsərləri yazanlar çox azdır. Heç sanballı dram əsəri tamaşaya qoyulmur. Sizcə niyə?

- Hər bir sənətin çətinliyi məsuliyyəti var. Sadə bir şeir yazmaq, şair xalqımızın ruhunu oxumaq olduqca məsuliyyətlidir. Dram əsərini yazmaq böyük istedad, enerji və güc tələb edir, çox ağır sahədir. Hər yazar bu janra düşə bilmir. Həm də bu sahəyə rəhbərlik edənlərin özünün marağı yoxdur. Televiziya kanallarımızda əttökən seriallara daha çox yer verilir, şou verilişlərə həvəslə yer ayırırlar. Amma dram əsərinin səhnəyə qoyulması və təbliği üçün vaxt yoxdur, şərait yaradılmır. Məsələn, günün tələbi ilə səslənən və aktual bir mövzuda yazdığım “Borçalı niskili” mənzum dram əsərim vəsait çatışmazlığımdan böyük tamaşaçı qarşısına çıxmayıb.

- İndi hansı əsər üzərində işləyirsiniz?

- “Ana fəryadı” dram əsərimi artıq tamamlamaq üzrəyəm. Bu əsər 90-cı illərin mücahidlərinin Qarabağ şəhidlərinin ümumləşmiş bir obrazıdır. Bu əsərdə ana obrazı Azərbaycan deməkdir.

- Sizi həm nəğməkar şair kimi tanıyırlar. Yaşınız 70-i haqlasa da, yenə əvvəlki sevgi ilə məhəbbət, sevgi mövzusunda şeirlər yazırsınız. Gənclik sevgi məhəbbət motivləri qocalıq motivləri bir-biri ilə necə yola gedir?

- Mən yaradıcılığımı cavanlıq qocalıq motivlərinə bölməmişəm. İndiki dövrdə yazdığım sevgi şeirləri cavanlıq illərində yazdığımdan daha təsirlidir. Cünki burada həyat eşqi öz sözünü deyir, təcrübə, dünyagörüş . Həm məhəbbət yaşa baxmır, axı...

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2014.- 22 aprel.- S.7.