Pirat proqramlarla mübarizə
Hər il şirkətlər pirat proqram təminatının “təmizlənmə”sinə təxminən, 500 milyon dollar sərf edirlər
Redaksiyamıza müraciət edən Ruslan Cəfərov adlı oxucumuz bu ilin fevral ayında paytaxtda fəaliyyət göstərən mağazaların birindən noutbook alıb. Amma o, aldığı noutbooku heç iki gün işlədə bilməyib. Noutbookda müxtəlif problemlər ortaya çıxdığından onu mağazaya geri qaytarıb. Mağazada isə bildiriblər ki, malda heç bir problem yoxdur, sadəcə noutbooka yüklənən proqram lisenziyasız olduğundan texniki problem yaranıb.
Qeyd edək ki, bu gün bütün
dünyada lisenziyasız proqram
problemi mövcuddür.
Hətta bunu nəzərə alan dünyanın aparıcı İT şirkətlərindən
sayılan «Microsoft” korporasiyası uzun illərdir piratçılıqla
mübarizə aparır. Ekspertlərin qiymətləndirməsinə
əsasən isə sözügedən problem
2014-cü ildə də şirkətlərə ciddi ziyan vuracaq.
Belə ki, bu il şirkətlər qeyri-qanuni
proqram təminatında aşkar
edilmiş boşluqların aradan qaldırılmasına 127 milyard dollar xərcləyəcəklər.
Bu göstərici ötən il 114 milyard dollar olub. Korporativ
informasiya sızması ilə mübarizədə
daha 364 milyard dollar xərclənəcək.
Beləliklə, pirat proqram təminatının
“təmizlənməsi” müəssisələrə 500 milyon dollara başa gələcək ki,
bu məbləğin də 315 milyard dolları
kiberfırıldaqçılıqla mübarizə üçün xərclər təşkil edəcək.
Bundan başqa mütəxəssislərin
hesablamasına əsasən, şirkətlər 2014-cü ildə
pirat proqram təminatı
virusa yoluxduqdan sonra sistemin bərpasına
təxminən 1,2 milyard saat
vaxt sərf edəcəklər.
Bəs, Azərbaycanda
pirat proqramlarla necə
mübarizə aparılır?
Bəri başdan qeyd edək ki, "Microsoft" proqram təminatı üzrə müəllif
hüquqlarının pozulması hadisələrinin
araşdırılması çərçivəsində Azərbaycan
da müvafiq tədbirlər
görür. Belə ki,
Daxili İşlər Nazirliyinin
Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsi bununla
bağlı Bakının kompüter
dükanlarında növbəti reyd təşkil
olunub. "Microsoft-Azərbaycan"
şirkətindən verilən məlumata görə, polis tərəfindən ilk
yoxlama cari ilin yanvar ayında
sübutların toplanması və sonradan
müəllif hüquqlarının pozulması və pirat proqram təminatının
yayılması üzrə cinayət işinin
açılması üçün keçirilib: «DİN tərəfindən
keçirilən ikinci gözlənilməyən
yoxlama aprel
ayının əvvəlində baş tutub. Yoxlama zamanı
araşdırmada sübut kimi
istifadə olunacaq kompüterlər və onlarla əlaqəli materiallar
müsadirə edilib. Müəlliflik hüququ və əlaqəli huquqlar
haqqında Azərbaycan Respublikasının qanununa
əsasən, pirat proqram
təminatının satışı və ya
hər hansı formada yayılması
müəllif hüquqlarının pozulmasıdır. Bu, cinayət, inzibatı və ya
mülki məsuliyyətə, hətta həbs
müddətinə gətirib çıxara bilər».
İstifadəçi texniki dəstək imkanını itirir
“Microsoft"un Mərkəzi
və Şərqi Avropada
lisenziyalaşdırma üzrə direktoru Yevgeni Danilov bildirib ki, pirat
proqram təminatlı kompüteri
aldıqda, istifadəçi texniki dəstək
və mütəmadi təhlükəsizlik yenilənmələrindən
istifadə imkanını itirir və
şəxsi məlumatlarını və sistemin
etibarlılığını şübhə altına qoyur: «IDC (International Data
Corporation), Sinqapur Universiteti və "Microsoft"un Rəqəmsal cinayətlər ilə
mübarizə şöbəsi tərəfindən birgə
keçirilən araşdırma göstərdi ki, 11 ölkə bazarından əldə edilən
203 kompüterdən 61faizi viruslu proqram təminatı ilə işləyir.
"Microsoft" Korporasiyası
Azərbaycanda istifadəçilərin məlumatlandırılmasını
nəzərdə tutan kampaniyasını davam etdirəcək və onlara
izah edəcək ki,
yalnız orijinal "Microsoft"
əsllik Sertifikatı kompüterə etibarlı proqram təminatının yüklənilməsinə
zəmanət verir. Biz
kompüter
piratçılığının səviyyəsini azaltmaq istiqamətində istifadəçilərimiz
və tərəfdaşlarımızla izahetmə işlərimizi
davam etdirəcəyik. Lakin
biz piratçılığın
qarşısıını almaq üçün proqram təminatının
yayılma kanalında və istifadəşilərimiz
arasında mövcud hüquqi
mexanizmlərdən istifadə edəcəyik».
Yeri gəlmişkən, "Microsoft"un Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Takuya Hirano jurnalistlərə
açıqlamasında bildirib ki, Azərbaycanda "Microsoft"un lisenziyalı məhsullarının
satış həcminin orta illik artımı təqribən 35 faiz təşkil edir. Onun sözlərinə
görə, bir çox
ölkələrin üzləşdikləri nisbətən ən
mühüm problemlərdən biri saxta məhsullara tələbatın
yüksək səviyyəsidir: «Bu gün Azərbaycanda pirat proqram təminatı bazarının həcmi
87 faizə çatır. Nəzarət etdiyim
regionda bu göstəricinin
90 faizi ötdüyü
ölkələrə rast gəlinir. Orta səviyyə 63, ən aşağı səviyyə
isə təqribən 43 faizdir".
Buna baxmayaraq, Takuya Hirano Azərbaycanın
bu sahədə müəyyən irəliləyişə
nail olduğunu və bazarda vəziyyətin tədricən yaxşılaşdığını
söyləyib. Onun sözlərinə
görə, bu problemin
həllində ən mühüm rolu bu məsələyə
çox ciddi yanaşan respublika
hökuməti oynayır: “Hökumət üzərinə bazarda vəziyyətin
yaxşılaşması ilə bağlı müəyyən
öhdəliklərgötürüb. Azərbaycan informasiya texnologiyaları sektoruna
xüsusi diqqət ayırır. Ölkədə
bu sahənin inkişafı üçün zəruri şərait
yaradılır. İnkişaf məsələsində
insan amili mühüm rol oynayır.
Bu barədə danışarkən,
şübhəsiz ki, söhbət
yüksəkixtisaslı kadrlardan gedir".
Ekspert öz
açıqlamasında onu da vurğulayıb ki,
ölkənin kadr potensialının
gücləndirilməsində "Yüksək Texnologiyalar Parkı" mühüm
rol oynayacaq. Onun fikrincə, yüksək səviyyədə
tədrisin aparılacağı və biri
də "Microsoft"un
olacağı iri vendorlarla
əməkdaşlıq da çox
mühüm əhəmiyyətə malikdir: "Respublika
hökuməti informasiya texnologiyaları sektorunun inkişafına çox
böyük maraq
göstərir ki, bunu
da son illər ərzində
həyata keçirilən böyük həcmdə
işlər sübut edir.
Bu gün Azərbaycan
üçün İKT sahəsi prioritet sahələrdən sayılır.
Ölkə yeni texnologiyaların
inkişafında maraqlıdır. Biz, bu məsələdə gələcəkdə
bütün lazımi dəstəyi
göstərməyə hazırıq".
Lisenziyasız proqram təminatının
1 faiz
artımı 19 milyon
dollar gəlir gətirir
BSA-nın
("Business Software Alliance") Azərbaycandakı hüquq məsləhətçisi Nəriman Ramazanov isə deyib ki, təmsil etdiyi qurumla Fransanın "INSEAD" biznes məktəbi və tədqiqat institutu tərəfindən keçirilən
araşdırmanın nəticələrinə əsasən,
lisenziyalı proqram təminatının
artımı Azərbaycan
iqtisadiyyatına böyük xeyir gətirə bilər. Onun
sözlərinə görə, lisenziyalı proqram
təminatının 1 faiz artımı Azərbaycanın
ÜDM-nə 38 milyon dollar
gəlir gətirəcək. Lisenziyasız proqram
təminatının 1 faiz
artımından isə ölkə iqtisadiyyatı yalnız 19 milyon dollar gəlir əldə
edəcək. Beləliklə, lisenziyalı proqram
təminatı bazarının 1faiz artımı iki dəfə çox gəlir
əldə etməyə imkan yaradır. Bundan əlavə, lisenziyalı proqram təminatına yatırılan hər 1
dollar 380 dollar gəlir
gətirir, lisenziyasız proqram təminatına
xərclənən hər 1 dolların gəliri isə 28 dollar təşkil edir.
Qurum rəsmisi onu da qeyd edib ki, aidiyyəti orqanlar Azərbaycanda proqram təminatı sənayesini təkmilləşdirməkdə maraqlıdırlar. Nəriman Ramazanovun fikrincə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən tədbirlər dövlət qurumlarının istifadəçiləri, yerli biznesi və müəllif hüquqlarını ziyanlı proqram təminatından qorumaq istəyini göstərir: “Ümidvarıq ki, belə fəaliyyət ölkədə proqram təminatı sənayəsini təkmilləşdirəcək və yerli iqtisadiyyatın inkişafına təkan verəcək. Növbəti aylar ərzində analoji yoxlamaların sayının bir qədər də artmasını gözləyirik».
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.-
2014.- 23 aprel.- S.6.