Mobil telefonla savadsızlığı ləğv etmək olar

 

Dövlət qurumları bunun üçün xüsusi tədbirlərin həyata keçirilməsini istəyirlər

 

UNESCO-da savadsızlıqla mübarizə vasitəsi kimi mobil telefonlardan istifadə oxucu dairəsinin genişləndirilməsi ilə bağlı tədqiqat keçirilib. un.org saytının yazdığına görə, mobil telefonlar hər yerdə, həmçinin kitab çatışmazlığı hiss olunan regionlarda geniş yayılıb. BMT-nin qiymətləndirməsinə əsasən, hazırda 6 milyard insan kommunikasiya şəbəkələrinə qoşulmuş mobil qurğulara çıxış imkanına malikdir. Kitab qıtlığı savadlılığın yayılması yolunda əsas maneələrdən biri olduğundan «Mobil rabitə dövründə mütaliə» adlı yekun hesabatda aşağı savadlılıq səviyyəsinə malik ölkələrdə ucuz mobil qurğulardan istifadə ilə bağlı tövsiyələr diqqətə çatdırılıb. Onların hədəfi oxucu dairəsini genişləndirməkdir. UNESCO-dan bildirilib ki, İKT həmişə savadlılığın yayılmasında aparıcı rol oynayıb.

Bəs görəsən Azərbaycanda mobil rabitə vasitəsilə savadsızlığın ləğvi, yaxud müəyyən yaş təbəqəsinə məxsus insanların savadlanmasının təşkili mümkündürmü?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) informasiya cəmiyyəti şöbəsinin müdiri İsbəndiyar Əliyev deyir ki, Azərbaycanın təhsil sisteminin inkişaf etdirilməsində, müəyyən uğurların əldə etdilməsində İKT-nin tətbiqinin rolu çoxdur. Bu baxımdan İKT-nin potensial imkanlarından maksimum yararlanmaqla «Elektron təhsil»in, «Distant təhsil»in və digər təhsil növlərinin inkişaf etdirilməsi praktikası ölkəmizdə geniş yayılıb. İnternet və müxtəlif sa ytlar vasitəsilə təhsil sahəsində müəyyən informasiyaların yayılması da müsbət nəticələr verib: «Bizim nazirliyimiz tərəfindən dəfələrlə respublikamızın ayrı-ayrı regionlarında tədbirlər, simpoziumlar, treninqlər və təlimlər təşkil olunub və onların vasitəsilə təhsil sistemində çalışanların, eləcə də qeyri-təhsil sahəsinə aid olan vətəndaşların təhsil sistemi ilə bağlı məlumatlandırılması həyata keçirilib. Bundan başqa, bölgələrdəki təhsil müəssisələrinin İKT-nin imkanlarından istifadə etməsi üçün müəyyən qədər işlər görülübproses hazırda da davam etdirilir».

 

Layihə dəstəklnir

 

Mobil rabitə vasitəsilə savadsızlığın səviyyəsinin aşağı endirilməsinin mümkünlüyünü istisna etməyən şöbə müdiri hazırda Azərbaycanda belə bir praktikanın tətbiq olunmadığını diqqətimizə çatdırır. Onun dediyinə görə, RYTN-in bu istiqamətdə hər hansı bir tədbir həyata keçirməsi barədə məlumatı yoxdur: «Yəni bu məsələylə bağlı aidiyyəti qurumlar tərəfindən bizim nazirliyə müraciət edilməyib. Ona görə də biz bu istiqamətdə konkret tədbirlər planı hazırlamamışıq, yaxud bununla bağlı qərar qəbul etməmişik. Ancaq bununla belə düşünürəm ki, savadlılılığın artırılması və savadsızlığın ləğvi istiqamətində mobil rabitənin imkanlarından istifadə olunması müsbət nəticə verə bilər».

İsbəndiyar Əliyev vurğulayır ki, mobil rabitə vasitəsilə savadlılığın artırılması və savadsızlığın ləğvi üçün bir sıra tədbirlər həyata keçirmək lazımdır. Bunun üçün ilk növbədə mobil qurğularla işləməyi tədris edən əyani və yazılı vəsaitlər hazırlanmalıdır: «Vətəndaşlar, xüsusilə də regionlarda və kəndlərdə yaşayanlar həmin vəsaitlərdən istifadə etməklə mobil qurğulardan istifadə qaydalarını öyrənməlidirlər. Bundan sonra öyrənci saytları yaradılmalı və əhaliyə həmin saytların xidmətlərindən təmənnasız istifadəsi üçün müəyyən tədbirlər həyata keçirilməlidir. Amma qeyd etdiyim kimi bu məsələdə aidiyyəti qurumlar xüsusi fəallıq nümayiş etdirməlidirlər. Əgər müvafiq dövlət orqanları bu məsələylə bağlı nazirliyimizə müraciət ünvanlayarsa, RYTN bu məsələni müzakirə edəcək və lazımi köməkliyin göstərilməsi üçün əlindən gələn köməkliyi əsirgəməyəcək».

 

Azərbaycanda kitab qıtlığı hökm sürür

 

İqtisadçı-alim Əli Əlirazyev bildirir ki, təkcə bölgələrdə deyil, Bakı şəhərində də müəyyən sahələr üzrə kitab çatışmazlığı özünü büruzə verir. Onun sözlərinə görə, əhalinin ayrı-ayrı sahələr üzrə kitablara tələbatı məsələsində də müxtəliflik özünü büruzə verir: «Elə kitablar, ədəbiyyatlar var ki, onlara tələbat həddən artıq çoxdur. Amma onların qıtlığı ucbatından bölgə və paytaxt əhalisi bu kitab və ədəbiyyatlardan yetərincə faydalana bilmir. Xüsusilə də ail məktəblərdə tələbələr bəzi ədəbiyyatların çatışmazlığından çox əziyyət çəkirlər. Ancaq bəzi ədəbiyyatlar və kitablar var ki, onların oxucuları ya yoxdur, ya da nəzərə çarpmayacaq qədər azdır. Bundan əlavə, regionlarda telekanalların, radioların fəaliyyətə başlaması, İKT-nin tətbiqinin genişlənməsi, əsasən də internetin təşkili əksər kitablara olan ehtiyacı azaldıb. Digər tərəfdən, regionlardakı kitabxanaların lazımi ədəbiyyatlarla təmin edilməməsi, yaxud az sayda ədəbiyyatla təmin olunması, müəyyən kitabların çatışmazlığı həmin obyektlərin fəaliyyətini də sıfıra endirib. Kitabların baha olması və onların əhalinin alıcılıq qabiliyyətinə uyğun gəlməməsi də ciddi problemdir. Bütün bunlara görə də keçmiş SSRİ dövrü ilə müqayisədə son illərdə böləgələrdə nəinki kitabları, hətta qəzetləri alanların və oxuyanları sayı xeyli aşağı düşüb».

Əli Əlirzayevbildirir ki, son illərdə Azərbaycanda İKT-nin yüksək sürətli inkişafı digər sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən irəliləyişlərin əldə edilməsində mühüm rol oynayır. Onun dediyinə görə, internetsaytlar vasitəsilə oxucuların savadlılığının artırılması məsələsi həmişə aktual məsələ və bir problem olaraq qalır: «Söhbət ondan gedir ki, oxuculara çatdırılacaq informasiyaların yüksək keyfiyyətli, başa düşülən və asanlıqla qavranılan olması əsas şərtlərdən biridir. Amma əksər hallarda qeyri-peşəkarlıq üzündən sözügedən şərtlərin tələbləri pozulur. Unutmaq lazım deyil ki, oxuculara internet yolu ilə çatdırılacaq informasiyalar konkret funksionallığı ilə fərqlənməli və seçilməli, oxucuların mənəvi və intellektual səviyyəsinin artırılmasında rol oynamalıdır. Ona görə də haqqında danışılan məlumatların və informasiyaların hazırlanması peşəkarlar və mütəxəssislər tərəfindən həyata keçirilməlidir».

Əli Əlirzayev qeyd edir ki, mobil rabitə vasitəsilə savadlılığı artırmaq üçün bir sıra tədbirlər həyata keçirilməlidir və həmin tədbirlərə konkret bir qurum nəzarət etməlidir: «Yəni həmin qurum savadlılığı artırmaq üçün hazırlanacaq informasiyaların keyfiyyətinə cavabdehlik daşımalı, bu məlumatların mobil telefon vasitəsilə izlənilməsi və oxunması üçün xüsusi saytların yaradılması işi ilə məşğul olmalı və digər gərəkli işləri görməlidir. Əks halda nəzarətin olmaması mobil rabitə vasitəsilə savadlılığın artırılmasında mühüm rol oynamayacaq. Əksinə, milli mentalitetimizə zidd materialların və əhalid çaşbaşlıq yaradan məlumatların yayılması ciddi mənfi təsirlərini göstərəcək».

 

«Bu işdə QHT-lər də maraqlı olmalıdır»

 

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin fikrincə, mobil rabitə vasitəsilə savadlılığın artırılması məqsədəuyğundur. Ona görə də belə bir praktikanın Azərbaycanda tətbiqi çox böyük uğurların əldə olunması ilə nəticələnər. Onun sözlərnə görə, sözügedən layihənin bölgələrdə icra edilməsi savadsız əhalinin maarifləndirilməsi baxımında mühüm əhəmiyyət kəsb edə bilər: «Regionlarda təkcə mobil telefon rabitəsi ilə deyil, İKT-nin digər imkanlarından da faydalanmaqla təhsil sisteminin inkişafına nail olmaq mümkündür. Ancaq bui şin təşkilində yalnız dövlət qurumları deyil, ictimai təşkilatlar, QHT-lər və əhali də maraqlı omalıdır. Bu yolla əhalinin, əsasən də gənclərin asudə vaxtlarının hədər getməməsi və mobil telefonlarla müxtəlif informasiyaları əldə edə bilmələri və məlumatlanmaları mümkün olar. Bir sözlə, belə bir paktikanın ölkəmizdə, xüsusilə də bölgələrdə tətbiqi mütləq vacibdir və düşünürəm ki, gələcəkdə bu istiqamətdə müəyyən işlər görülə bilər».

Elnur Nağızadə onu da qeyd edir ki, dərsliklərin mobil telefonlar vasitəsilə izlənilməsi məsələsi də gündəmdədirvə bu məsələ də savadlılığın artırılmasına mühüm rol oynayacaq: «Hazırda aidiyyəti qurumlar bui şlə məşğuldurlar. Bu layihənin həyata keçirilməsi də yeniyetmə və gənclərin biliklərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olacaq».

Təhsil üzrə ekspert, Milli Məclisin Təhsil Komissiyasının sabiq sədri Şahlar Əsgərov isə mobil rabitə vasitəsilə savadlılığın artırılacağına inanmır. Bildirir ki, istər telekanallarradiolar, istərsə də internetsaytlar vasitəsilə savadsızlığı ləğv etmək qeyri-mümkündür. Çünki sözügedən vasitələr yalnız informasiya verə bilər ki, bu da biliklənmək və savadlanmaq deyil: «Təhsil konkret proqram əsasında, mükəmməl və peşəkar əhsil işçilərinin rəhbərliyi ilə öyrədilə bilər. Yəni öyrənci üçün öyrədən mütləq lazımdır. Ona görə də mobil telefonlar vasitəsilə bilik vermək və savadı artırmaq barədə deyilənləri doğru qəbul etmirəm».

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 24 aprel.- S.6.