Əməyin Mühafizəsi
üçün
İnformasiya Mərkəzi yaradılacaq
Sistemə
daxil edilmiş bildirişinin qeydiyyatı barədə
məlumat
bir gün ərzində işəgötürənə
göndəriləcək
Yaxın gələcəkdə Azərbaycanda Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi isə bu il iyulun 1-dən tətbiq olunacaq.
“Həftə içi”nin məlumatına görə, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri
Səlim Müslümov «Kimyəvi maddələr
istifadə olunan iş
yerlərində əməyin mühafizəsi» mövzusunda
dünən keçirilən konfransda bildirib.
Nazir deyib ki, əmək müqaviləsi
bildirişlərinin elektron qeydiyyat sistem iş yerlərində
əməyin mühafizəsi məsələlərinə
güclü nəzarət etmək imkanı verəcək:
“Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən əmək müqaviləsi
bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və
qeydiyyata alınması prosedurlarını əks etdirən
müvafiq qaydalar hazırlanaraq təsdiq olunmaq
üçün respublika hökumətinə təqdim edilib”.
Bəs,
görəsən, Milli İnformasiya
Mərkəzinin yaradılması işçilərlə
işəgötürənlər arasında münasibətlərin
tənzimlənməsinə hansı rolu oynayacaq? Əmək müqaviləsi
bildirişlərinin elektron qaydada qeydiyyata
alınmasının əhəmiyyəti nədir?
Mövzu ilə bağlı fikirlərini
bölüşən Əmək Hüquqlarının
Müdafiəsi Liqasının sədri Sahib
Məmmədov hesab edir
ki, bu məsələ
əslində bir qədər gecikmiş sayıla bilər. Onun
fikrincə, əslində bu işə
5-10 il əvvəl başlana
bilərdi. Çünki Azərbaycanda
İKT sektorunun sürətli
inkişafı müxtəlif sahələrin bu
sektora inteqrasiyasını zəruri edib: “Hələ elektron
sistemin tətbiqinə
başlandığı ilk illərdə biz təklif etmişdik ki, əmək kitabçası artıq bir sənəd olaraq mahiyyətini
itirdiyindən onu elektron
portalla əvəzləmək
lazımdır. Əmək kitabçası sovet
dönəmində işçinin pensiyaya çıxması üçün
yeganə sənəd idi. Burada işçinin
mükafatlandırılmasından tutmuş
cəzalandırılmasına qədər bir
çox məlumatlar qeydə
alınırdı Amma son
illər bu sənəd "SV” rolunu oynayır və ancaq
əmək stajının qeyd olunduğu sənəd sayılır. Bütün müavinətlərin
sığorta stajı ilə hesablandığı bir vaxtda əmək
kitabçası funksiyasını itirib”.
Saxta məlumatların qarşısı alınacaq
Liqa rəhbəri bildirib
ki, əmək müqavilələrinin
qeydiyyatı ilə bağlı vahid portal yaradılmalıdır. Burada
işçinin əmək stajını
göstərən elektron
çıxarışlar verilə bilər. Sahib
Məmmədov hesab edir
ki, bunu hər kəs ona verilən kodla özü daxil olub, çıxarış edə bilər, ya da sorğu
göndərməklə yerinə yetirmək olar.
Onun fikrincə, portalda
daha bir bazanın əmək
stajının göstəriciləri üzrə
yaradılması daha yaxşı
olardı: Belə olsa, hər kəsin özünün fərdi
çıxışı olacaq, stajı
barədə məlumatı özü
öyrənə biləcək”.
Sahib Məmmədov onu da qeyd edib
ki, Milli İnformasiya Mərkəzinin yaradılması
saxta məlumatların da
qarşısını alacaq. Onunj sözlərinə
görə, hazırda əmək kitabçasında saxta məlumatların yerləşdirilməsinin,
əlavə staj yazdırmağın əhəmiyyəti
yoxdur. Çünki
ötən müddət ərzində Sosial
Müdafiə Fonduna sosial
ödəmə olmayıbsa, əmək
kitabçasındakı staj nəzərə
alınmır: “Amma elə yerlər var ki, çalışmaq
üçün 5 illik
staj tələb olunur.
Belə olan təqdirdə elektron
sistemin üstünlüyü
özünü onda
göstərəcək ki, sistemə süni şəkildə iş
stajını artırmaq kimi məlumatları
yerləşdirmək mümkün olmayacaq”.
Xatırladaq
ki, Əmək Məcəlləsinin 49-cu
maddəsinə edilmiş dəyişikliyə
əsasən əmək müqaviləsinin
bağlanılması, ona dəyişiklik
edilməsi və ya xitam
verilməsi bununla bağlı elektron informasiya sisteminə
daxil edilmiş əmək
müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində
qeydiyyata alınmasından və bu barədə
işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə
minir. Bu dəyişikliklərdən sonra
təşkilati-hüquqi formasından və mülkiyyət
növündən asılı olmayaraq bütün işəgötürənlər
əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə
bağlı elektron informasiya
sistemində əmək müqaviləsi bildirişini
qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata
alınması barədə 1 iş
günündən gec olmayaraq
sistem vasitəsilə işəgötürənə
elektron qaydada məlumatın
göndərilməsi nəzərdə tutulub.
İndiyədək yazılı bağlanılmış və
qüvvədə olan əmək
müqavilələri üzrə bildirişlərin elektron informasiya sistemində
qeydiyyata alınması üçün
həmin məlumatları işəgötürənlər
sistemə daxil etməlidirlər.
Ekspert vurğulayıb ki, bundan sonra müqavilədə
işçi barədə məlumatlara onun şəxsiyyətini təsdiq edən sənədin
pin kodu barədə məlumatların
da əlavə edilməsi tələb olunacaq. Eyni zamanda müqavilədə
işəgötürən barədə məlumatlara əlavə
olaraq sığortaedənin uçot nömrəsi, dövlət sosial sığorta şəhadətnaməsinin
nömrəsi, şəxsiyyətini təsdiq edən sənədin
pin kodu və ya fərdi identifikasiya
nömrəsi barədə məlumatların da göstərilməsi tələb ediləcək.
Göstərilən əlavə məlumatlar əmək
müqaviləsi bildirişlərnin işəgötürənlər
tərəfindən Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil
edilməsini asanlaşdıracaq: “Bu dəyişikliklər məşğul əhalinin
əmək hüquqlarının müdafiəsini təmin etməyə
və qeyri-leqal əmək fəaliyyətinin
qarşısının alınmasına, işəgötürən-işçi
münasibətlərinin rəsmiləşdirilməsində və
əməyin ödənişinin təşkilində mövcud olan problemlərin
aradan qaldırılmasına şərait
yaradacaq. Artıq bütün işəgötürənlərin,
eləcə də işçilər onlar
tərəfindən bağlanmış əmək müqavilələri
barədə məlumatları əmək müqaviləsi
bildirişləri vasitəsi ilə real vaxt rejimində nazirliyin elektron informasiya sistemindən
əldə etmək imkanları olacaq.
Bununla da, hər iki tərəf əmək müqavilələri
ilə üzərində götürdükləri öhdəlikləri
yerinə yetirmək məcburiyyətində qalacaq».
Vaxt itkisi aradan qalxacaq
Konstitusiya Araşdırmalar Fondunun
rəhbəri Əlməmməd Nuriyev də
hesab edir ki, hazırda ölkədə sənədləşmə
işləri elektronlaşdığından əmək
kitabçasının tətbiqi indiki
dövrə bir o qədər
də uyğunlaşmır.
O, bu baxımdan əmək
kitabçalarının ləğvini inkişaf
istiqamətində atılan addım kimi
qiymətləndirir: “Çünki fərdi
uçota əsaslanan pensiya
sistemində insanlara Dövlət Sosial Fondundan şəhadətnamələr
verilir ki, bu şəhadətnamə unikal
qeydiyyat nömrəsinə malikdir. Hər bir
şəxsin öz unikal
nömrəsi olacaq. Neçə yerdə
işləməyindən asılı olmayaraq,
həmin işlər üzrə maaşlar,
gəlirlərdən Sosial Müdafiə Fonduna ayırmalar olur. Bütün ayırmalar nəticədə bir nömrə altında cəmləşir».
Ekspert onu da qeyd edib ki,
e-hökumət çərçivəsində həyata
keçirilən işlər vətəndaşların mənafeyinə
hesablanıb. Əlməmməd Nuriyevin
sözlərinə görə, bu sistem sadə vətəndaşlara rahatlıq
gətirdiyi halda, cəmiyyətdə illərlə
kök salmış bürokratik qüvvələrə qətiyyən sərf
etmir. Amma onun fikrincə, informasiya
cəmiyyətinə keçidin təmin
edilməsi, şəffaf və demokratik virtual məkanın yaradılması, hər təşkilatın
"elektron imzasının” təsdiq
olunması, idarələrin dövriyyəsində və
arxivində olan bütün
sənədlərin elektron
variantlarının hazırlanması, onlara
hüquqi statusun
verilməsi, həmin sənədlərin internet
vasitəsilə vətəndaşlara verilmə
qaydalarının müəyyənləşdirilməsi
bürokratizmə və rüşvətxorluğa
qarşı mübarizədə çox
səmərəli effekt verə bilər: “Artıq virtual məkanda,
gerçək aləmdən fərqli olaraq
məmurların rüşvət ala bilməsi
ehtimalı sıfıra enərək son nəticədə
ölkədə vətəndaşın, biznesin
işinin keyfiyyəti, həyat və
yaşayış səviyyəsi daha da artmağa başlayacaq. Modern və çevik
idarəetmənin təmin edilməsi, dövlət
orqanlarının fəaliyyətinin səmərəliliyinin
artırılması, şəffaflığının təmin
edilməsi və bürokratik əngəllərin
aradan qaldırılması üçün "elektron
hökumət”in inkişafı və əhaliyə göstərilən
elektron xidmətlərin daha da da
genişləndirilməsi vacibdir».
Hüquqşünas vurğulayıb ki,
e-hökumətin inkişafı gələcəkdə Azərbaycanda
rüşvətsiz idarəetmə sisteminin
yaradılmasına gətirib çıxaracaq. Onun
sözlərinə görə, dövlət
qurumlarının tədricən bütün
xidmətlərinin e-hökumətə keçid
alması artıq bu istiqamətdə ciddi inkişafın olduğunu
göstərir. Yeni texnologiyalara
əsaslanan inkişaf isə ancaq əhalinin rahatlığının təmin
olunmasına və vaxt itkisinin
aradan qaldırılmasına xidmət edir.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 25 aprel.- S.6.