“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə

sosial-iqtisadi inkişafı Dövlət Proqramı“ - gözlənilən nəticələr 

 

Müstəqillik illərində ümumilli lider Heydər Əliyevin xüsusi strategiyası əsasında respublikamızın iqtisadi-sosial inkişafını təmin etmək üçün ardıcıl şəkildə dövlət proqramları həyata keçirilibbu gündavam etdirilməkdədir. Geridə qoyduğumuz 10 ilin təcrübəsi də göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyənləşdirilən və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin olunmasında regional inkişaf üzrə Dövlət Proqramları mühüm rol oynayıb.

Xatırladaq ki, icrası başa çatmış iki Dövlət Proqramı çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, bölgələrdə sahibkarlıq fəaliyyəti genişlənib, ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Bu gün bölgələrdə ən müasir texnologiyaların tətbiqi ilə, beynəlxalq tələblərə cavab verən məhsullar istehsal edən yeni müəssisələr yaradılıb.

Bundan əvvəl regional inkişaf üzrə hər iki dövlət proqramının icrası ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub, ötən 10 il ərzində Ümumi Daxili Məhsul (ÜDM) 3,2, adambaşına düşən ümumi daxili məhsulun həcmi 2,8, qeyri-neft sektoru 2,6 dəfə artıb və ölkədə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib. Yenə bu dövrdə strateji valyuta ehtiyatları 31, xarici ticarət dövriyyəsi 6,6, o cümlədən ixrac məhsullarının həcmi 9,3, qeyri-neft sektorunda ixrac isə 4,7 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 16, orta aylıq əməkhaqqı 5,5, pensiyalar 9,6, əhalinin əmanətləri 27 dəfə yüksəlib. Minimum əməkhaqqının məbləği ötən 10 ildə 11,7 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşüb.

Artıq prezident İlham Əliyev növbəti 5 il üçün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Sənəddə ölkə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və bölgələrin inkişafının davamlılığının təmini, infrastruktursosial xidmətlərin daha da yaxşılaşdırılması, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsinin təmin edilməsi nəzərdə tutulub.

Dövlət Proqramının əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturunsosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədlərə nail olmaq üçün bölgələrdə infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması, eləcə də yoxsulluq səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Dövlət qarşıdakı 5 ildə möhkəm iqtisadi inkişafın təmin olunmasında mühüm faktor olan makroiqtisadi sabitliyin qorunmasını başlıca prioritetlərdən biri kimi müəyyən edib. Makroiqtisadi sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet olacaq. İqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft sektoru tarazlı və dayanıqlı artıma nail olunmasında və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirəcək.

Yeni Proqramın əsas hədəfi regionlardakı iqtisadi gücü tam səfərbər etməklə istifadə olunmamış xammal ehtiyatlarını istehsal prosesinə cəlb etməkdən ibarətdir. Bölgələrdəki istifadə olunmamış iqtisadi təbii ehtiyatların hərəkətə gətirilməsi üçün kənd təsərrüfatının, aqrar-sənaye, emal komlekslərinin müasir istehsal prosesinin tələblərinə uyğun yenidən qurulması işləri həyata keçiriləcək. Dövlət aqrar sahəni qeyri-neft sektorunun inkişafında əsas prioritet bölmə hesab edir. Aqrar sektorun inkişafı həm də əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır və buna görə də, Dövlət Proqramında kənd təsərrüfatının inkişafında yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır. Aqrar sahədə fermerlərin birləşməsi və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və beynəlxalq standartlara uyğunlaşmasına təkan veriləcək.

Dövlət qeyri-neft iqtisadiyyatının həcmini yüksəltmək üçün maliyyə vəsaitlərinin qoyuluşunu da artıracaq. Ölkənin uzunmüddətli iqtisadisosial inkişafının təmin edilməsi baxımından iqtisadiyyata investisiyaların cəlb edilməsi xüsusi rol oynayacaq ki, investisiyaların tələb olunan həcm və keyfiyyətinin alınması məqsədilə əlverişli investisiya mühitinin yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir.

2014-2018-ci illər üçün dövlətin investisiya siyasətinin əsas istiqamətlərini investisiyaların qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi, regional investisiya siyasətinin müasir inkişaf tendensiyalarına uyğun olaraq prioritetləşdirilməsi, investisiya fəaliyyətinin sosial istiqamətinin daha da gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin edilməsindən ibarət olacaq.

Yeni Proqramda qeyri-neft sektorunun davamlı inkişafı hesabına iqtisadiyyatın diversifikasiyasının təmin edilməsində, regional inkişafın sürətləndirilməsində, sahibkarlıq təşəbbüsünün genişləndirilməsində və bu əsasda yoxsulluğun səviyyəsinin azaldılmasında bank sisteminin rolu artırılacaq. Qarşıdakı illərdə bank sistemində daha sağlam rəqabət mühiti formalaşdırılacaq, bölgələr keyfiyyətli və genişçeşidli bank xidmətləri ilə tam təmin ediləcək, kreditinvestisiya imkanları artırılacaq, bank xidmətləri bazarında bərabər hüquqlu rəqabət mühitinin təşkilinə nail olunacaq.

Sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlər davam etdiriləcək. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının müasirləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli istehsalın və ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək. Məhz sənayeləşmə siyasəti çərçivəsində ölkədə yüksək texnologiyalar əsasında rəqabətədavamlı məhsullar istehsal edən sahələrin yaradılmasının təşviqi, qeyri-neft bölməsində ənənəvi istehsal sahələrinin - kimya, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesinin inkişaf etdirilməsi ilə əlaqədar layihələrin icrası nəzərdə tutulur.

Millət vəkili Musa Quliyevin sözlərinə görə, bu proqram xüsusən bölgələrdə qeyri-neft sektorunun inkişafına, yeni yerlərinin açılmasına, Azərbaycan brendinin xarici bazara çıarırılmasına yönələcək çox mühüm mərhələ olacaq: «Azərbaycanda həm kənd təsərrüfatının bütövlükdə qaldırılması, həm emal sənayesinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi ilə Azərbaycan məhsullarının xüsusən ekoloji təmiz məhsulların istehsal olunması, qablaşdırıması, emal edilməsi və xarici bazarlara Azərbaycan brendi altında çıxarılması bu üçüncü mərhələ proqramın xüsusi istiqamətlərindəndir. Eyni zamanda, turizmin inkişafı bu proqramda əsəs götürülüb. Bildiyimiz kimi, prezident qarşıya məqsəd qoyub: Azərbaycan 2020-ci ilədək dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxmalıdır. Bunun üçün də Azərbaycanın ümumdaxili məhsulu son 5 ildə təxminən 1,5-2 dəfə artmalıdır. Bu daxili məhsulun artmasında da regionların sosial-iqtisadi inkişafı proqamının çox mühüm əhəmiyyəti olacaq. Əgər ilk iki proqram regionlarda infrostrukturun genişləndirilməsinə, yeni infrostrukturun yaranmasına xidmət edirdisə, artıq 3-cü proqram bu iki proqramın yekunu olaraq istehsal sahələrinin yaranmasına, yeri yerlərinin açılmasına və yüksək texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəlməsinə, qeyri-neft sektorunun inkişafına, Azərbaycan məhsulunun dünya bazarlarına çıxmasına, son nəticədə isə ölkə əhalisinin illik gəlirlərinin Avropa dövlətləri səviyyəsinə qaldırılmasına xidmət edəcək».

YAP-ın iqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov da deyir ki, ölkədə insan kapitalının inkişafı və sosial müdafiə sisteminin təmin edilməsi sahəsində görülən işlərin genişləndirilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. A.Hüseynov da bu qənaətdədir ki, 2014-2018-ci illərdə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin əsas prioritet istiqamətləri sosial müdafiə sistemini inkişaf etdirməklə regionlarda yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması olacaq.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifahının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Ayaz Orucovun fikrincə, uğurlu sosial-iqtisadi islahatların nəticəsidir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtiasadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb: «Eyni zamanda, bir müddət öncə ABŞ-ın «Heritage» Fondu və «Wall Street Journal» qəzetinin birgə hazırladığı «İqtisadi Azadlıq indeksi-2014» adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub». Millət vəkilinin sözlərinə görə, ötən müddətdə ölkə iqtisadiyyatına 150 milyard dollardan artıq investisiyanın yatırılması sübut edir ki, Azərbaycanı qarşıdakı illərdə daha önəmli uğurlar gözləyir. Müsahib bildirir ki, «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında prezident sərəncamının imzalanması indiyədək görülən genişmiqyaslı işlərin qarşıdakı növbəti beş ildə də davam etdiriləcəyini isbatlayır.

 

Vüsal Tağıbəyli

 

Məqalə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

 

Həftə içi.- 2014.- 25 aprel.- S.4.