Mobil şəbəkə siqnalı ilə təminat
Davos İqtisadi Forumunun hesabatına görə, ölkəmiz bu sahədə 7 pillə irəliləyib
Son illərdə Azərbaycanda
İnformasiya-Kommunikasiya Texnologiyaları
(İKT) sektoru iqtisadiyyatın
aparıcı və dinamik inkişaf
edən sahəsinə çevrilib. Bu illər ərzində sektorun
həcmi təqribən 20-25 faiz orta illik artım tempi ilə hər üç
ildə iki dəfə artaraq,
1,9 milyard dolları ötüb,
ÜDM-də payı 1,7faizə, qeyri-neft
ÜDM-də payı isə 3,3 faizə yüksəlib. Sektora investisiya qoyuluşu təqribən
2,5 milyard dolları təşkil edib ki, bunun
da 28 faizi dövlət,
72 faizi isə yerli biznes strukturları və xarici
investorlar tərəfindən
yatırılıb. Özəl sektorun
payı 2003-cü illə müqayisədə 67,3 faizdən 80
faizə yüksəlib.
Azərbaycanda İKT sektorunun sürətli inkişafı
beynəlxalq təşkilatlar tərəfindən hazırlanan
hesabatlarda da öz əksini tapır. Belə ki, bu
yaxınlarda Dünya İqtisadi Forumu (DİF) tərəfindən
hazırlanmış "Qlobal informasiya texnologiyaları
hesabatı 2014" ("The Global Information Technology Report 2014")
adlı illik hesabatda ölkələrin informasiya
texnologiyaları sahəsində inkişafını əks
etdirən "Şəbəkələşmə
hazırlığı indeksi" göstəricisinə
görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə
irəliləyərək 148 ölkə arasında 56-cı
yerdən 49-cu yerə yüksəlib. Yəni, hər zaman MDB ölkələri
arasında yüksək mövqelərdə yer
alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı
ölkələri də qabaqlayıb.
Sevindirici haldır ki, Azərbaycan
"ölkənin əhali yaşayan ərazisində
mobil telefon şəbəkəsinin
əhatəsi" reytinqinə görə dünyada
1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil
şəbəkə siqnalı ilə təmin olunması deməkdir.
Eyni zamanda "Şəbəkələşmə
hazırlığı indeksi"nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə
Azərbaycan hər 100 nəfər arasında internet
istifadəçilərinin sayına görə 148 ölkə
arasında 59-cu, genişzolaqlı internet
abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə,
şirkətlərin innovasiya qabiliyyətinə
görə ölkəmiz MDB-də ən yüksək, ümumən
dünyada isə 35-ci pilləni tutur.
Hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, yuxarı orta gəlirli
ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha
yaxşı nəticə qazanıb və hökumətin gələcəklə
bağlı İKT sektoruna
yanaşması üzrə 6-cı yeri tutub. MDB-də
lider olmaqla, ölkəmiz
İKT sektorunun təbliğində
hökumətin uğuruna görə 8-ci,
hökumətin xidmətlərinin səmərəliliyində
İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur.
Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu
(52), eləcə də qonşu ölkələrdən
Türkiyə (51), Gürcüstan (60) və
İranı (104) qabaqlamışdır. Həmçinin, Azərbaycan
dünya nəhənglərindən Çin (62), Braziliya (69) və
Meksikanı (79) da arxada
qoyub.
Bəs, görəsən,
Azərbaycan İKT sektorunda əldə etdiyi uğurların davamlı olması üçün hansı addımları
atmalıdır?
Məsələ
ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat
xidmətindən bildiriblər ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən həmişə
MDB ölkələri arasında yüksək mövqelərdə
yer alan Azərbaycanın
bu reytinq cədvəlində
bir çox
aparıcı ölkələri də qabaqlaması müsbət hadisədir: «Azərbaycan
“Ölkənin əhali yaşayan ərazisində
mobil telefon şəbəkəsinin
əhatəsi” reytinqinə görə dünyada
1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil
şəbəkə siqnalı ilə təmin olunması deməkdir.
Eyni zamanda "Şəbəkələşmə
hazırlığı indeksi"nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə
Azərbaycan hər 100 nəfər arasında internet
istifadəçilərinin sayına görə 148 ölkə
arasında 59-cu, genişzolaqlı internet
abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə,
şirkətlərin innovasiya qabiliyyətinə
görə ölkəmiz MDB-də ən yüksək,
ümumən dünyada isə 35-ci pilləni
tutur».
Azərbaycanın tranzit qovşağa
çevrilməsi
üçün tədbirlər davam etdirilir
Nazirlikdə deyirlər ki, dinamik inkişaf
tempini bu ilin ilk rübündə də davam etdirən İKT
sektorunun ölkənin hərtərəfli inkişafında
xüsusi çəkisi ilbəil artır. Belə ki, bu ilin
ilk rübündə “2014-2016-cı illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq
olunub və hər iki proqramda rabitə və informasiya xidmətlərinin
yaxşılaşdırılması üzrə nəzərdə
tutulmuş tədbirlərin icrasının təmin edilməsi
məqsədilə aidiyyəti rabitə birlik və müəssisələrinə
müvafiq tapşırıqlar verilib.
Həmçinin RYTN tərəfindən həyata
keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə
özündə konkret tapşırıq və vəzifələri
cəmləşdirən “2014-cü ildə rabitə və
informasiya texnologiyaları göstəricilərinin
yaxşılaşdırılması üzrə” Tədbirlər
Planı təsdiq edilib və icrasına başlanılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı
ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının kommunikasiya
texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə
keçidin təmin edilməsi bölməsinin həyata
keçirilməsi üçün hazırlanmış Tədbirlər
Planının, eləcə də digər qanun və
proqramların icrası üzrə müvafiq tədbirlər
görülüb. Bunun nəticəsində
I rüb ərrzində İKT, informasiya və poçt sektorunda əldə olunan
gəlirlərin həcmi müqayisəli qiymətlərlə
ötən ilə nisbətən 13,3faiz artaraq
381.0 milyon manat təşkil
edib.
Nazirlikdən
o da vurğulanıb ki, hazırda ölkədə hər 100 nəfərə
düşən internet istifadəçilərinin
sayı 73-ə, genişzolaqlı internet
istifadəçilərinin sayı isə 55-ə bərabərdir.
Ölkədə əhalinin internet xidmətlərinə
tələbatının artmasının və
yaradılmış texniki
imkanlığın nəticəsidir
ki, beynəlxalq internet
kanallarının ümumi tutumu
250 Gb/s-ə çatdırılıb.
Bundan başqa Azərbaycanın
tranzit qovşağa
çevrilməsi məqsədilə ölkə üzərindən
tranzit trafikin təşkil
olunması üçün tədbirlər
davam etdirilir. Həmçinin, beynəlxalq rabitənin keyfiyyətinin
artırılması və kanal
sayının trafik həcminə uyğun tənzimlənməsi məqsədilə
“Rostelekom” ASC, “UkrTelekom”,
“Vodafon-Turkey”, “Deutsche
Telekom” və “TATA Communications”
istiqamətlərində əlavə portlar
qoşulub, Birləşmiş Ərəb
Əmirliklərinin “ETISALAT”, Ukraynanın “Kiyevstar”
və Finlandiyanın “Telia Sonera”,
Kanadanın “Certburg Network”
şirkətləri ilə yeni birbaşa kanallar təşkil
edib. Hazırda ölkənin beynəlxalq telefon kanallarının sayı 7317 ədəd
təşkil edir. Eyni
zamanda, Azərbaycandan dünya
ölkələrinə çıxış terminal
trafikinə görə hesablaşma qiymətlərinin
tənzimlənməsi, ölkəyə giriş
trafikinin azalma səbəblərinin
araşdırılması istiqamətində zəruri tədbirlər
görülüb.
Qeyri-neft sektorunun inkişafı İKT-dən asılıdır
Azərbaycan Marketinq Cəmiyyətinin sədr müavini, ikt üzrə
mütəxəssis Fuad Əliyev deyir ki, qeyri-neft
sektorunun inkişafında elmtutumlu
sahələrin rolu böyükdür.
O, dünya təcrübəsinə əsaslanaraq
bildirir ki, qeyri-neft sektorunun
inkişafında innovasiya və elmtutumlu sahələrin faydaları əvəzedilməzdir:
“Bu aspektdən, əlbəttə, informasiya texnologiyalarının əhəmiyyəti
danılmazdır. Daim texnoloji
yeniliklər və gündəlik ictimai həyatda
artan tələbatla müşayiət olunan sektorunda həm yeni xidmət növlərinin yaradılması
vacib məsələdir. Bir məqamı
vurğulayım ki, təkcə 2004-2010-cu
illərdə ölkədə İKT-dən əldə olunan gəlirlərin orta illik artım tempi ümumdünya göstəricisini 2,5-3 dəfə
qabaqlayıb və bu dövrdə özəl
sektorun İKT bazarında payı artaraq 80 faizə çatıb. Bu gün Azərbaycanda yeni tipli nanomateriallar, elektron qurğular,
işıq elementləri, elektron tabletlər,
Azərbaycan dilində tam səslə idarə
olunan kompyuterlər, proqram
təminatı, yeni mobil
tətbiqləri və yeni həllərin
yaradılması formalaşır. İnnovativ
məhsul və xidmətlərin kütləvi istehsala
çevrilməsi üzərində işlər
aparılır».
Fuad Əliyev qeyd edib ki, Azərbaycan İKT
sektorunun davamlı inkişafını təmin
etmək məqsədilə elmtutumlu layihələrə
önəm verməlidir. Onun sözlərinə
görə, AMEA-da İnnovasiya
Fondunun yaradılması da
bu sektorunun inkişafını
daha da sürətləndirəcəyinə
inam yaradıb.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 26-28 aprel.- S.6.